“Azərbaycan Vəkili” jurnalı Vəkillər Kollegiyasına veriləcək

Ramil Gachay's picture

“Həmtəsisçisi olduğum Azərbaycan Hüquq İslahatları Mərkəzinin təsisçiləri qərar veriblər ki, yaxın günlərdə jurnala dair öz hüquqlarını Vəkillər Kollegiyasına bağışlasınlar”.

“Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov deyib. O xatırladıb ki, 2013-cü ilin aprelindən etibarən təsisçisi Azərbaycan Hüquq İslahatları Mərkəzi olan, lakin Vəkillər Kollegiyasının dəstəyi ilə “Azərbaycan Vəkili” jurnalı nəşr etdirilir, bu günə kimi 14 sayı çıxan bu jurnal Azərbaycan vəkilliyi tarixində vəkilliklə bağlı işıq üzü görmüş ilk nəşrdir: “Hətta cəmiyyətdə elə təsəvvür formalaşıb ki, bu jurnalın təsisçisi məhz Vəkillər Kollegiyasıdır. Bu anlaşılmazlığın aradan qaldırılması üçün həmtəsisçisi olduğum Azərbaycan Hüquq İslahatları Mərkəzinin təsisçiləri qərar veriblər ki, yaxın günlərdə jurnala dair öz hüquqlarını Vəkillər Kollegiyasına bağışlasınlar”.

https://report.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.