"Azərbaycan Vəkili" Jurnalının 16-cı sayı çıxmışdır

Ramil Gachay's picture

Bu günlərdə “Azərbaycan Vəkili” jurnalının 15-ci sayı işıq üzü görmüşdür. Nəşrin bu sayında oxucular maraqlı müəllif yazıları ilə tanış ediləcəklər ki, bura vəkil Paşa səfərovun əmməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının təminatı və pozulması hallar, Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənovanın müdafiəçi-vəkilin cinayət-prosessual sübutetmənin subyekti kimi rolu, əməkdar hüquqşünas Müzəffər Ağazadənin yarımçıq dekriminallaşdırmaya və s. bu kimi məsələlərə həsr olunmuş yazıları daxildir.
 
Eyni zamanda qeyd olunmalıdır ki, jurnalın bu sayında yerli və beynəlxalq hüquq xəbərləri mövzusuna xüsusi yer verilərək oxuculara faydalı məlumatlar təqdim edilmişdir.

Məlumat üçün bildirək ki, “Azərbaycan Vəkili” jurnalına istənilən hüquqşünas hüququn aktual məsələlərinə həsr olunmuş yazılar, məqalələr verməyə dəvət olunurlar. Bunun üçün məqalə göndərmək istəyən şəxslər office@barassociation.az ünvanına öz yazılarını göndərə bilərlər. Yazılar tarix baxımından daxil olma ardıcıllığına görə jurnalda işıq üzü görəcəkdir.

Qeyd olunmalıdır ki, Jurnal Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramının maliyyə dəstəyi ilə işıq üzü görmüş, Vəkillər Kollegiyasının üzvləri, həmçinin digər hüquqşünaslar arasında pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur. 
 
Qeyd: Jurnalın bu və əvvəlki sayları ilə Vəkillər Kollegiyasının veb-səhifəsindəki elektron bazada bu linkə daxil olaraq tanış ola bilərsiniz.

http://barassociation.az/

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.