Baş prokuror mayın 25-də saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək

Ramil Gachay's picture

Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayon sakinlərinin nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il mayın 25-də saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.