Şəkildə gördüyünüz Angola müxalif üsyançısı Conas Savimbidir. Şəkildə sol tərəfdə onun həqiqi şəkli sağ tərəfdə isə dünyaca məhşur "Call of Duty" komputer oyununun presonajıdır. Həmin oyunda Savimbi barbar personajının ifaçısı rolundadır. Savimbinin 3 uşağı oyunun yaradıcısı olan " Activision Blizzard" şirkətinin Fransa qoluna qarşı atalarının barbara bənzədilməsinə görə defamasiya barədə məhkəmədə iddia qaldırır. Məhkəmə prosessual pozuntuların olmasına, eyni zamanda, həmçinin işə baxmağa səlahiyyətləri olmamasına (ratione materiae) görə iddianı rədd edir. Qeyd edim ki, iddia şirkətin Fransada yerləşən qoluna qarşı verilib. Çox ehtimal qərar əsl cavabdehə qarşı irəli sürülmədiyi üçün rədd edilib. Conas Savimbiyə gəldikdə isə üzün illər Anqolada baş verən vətəndaş müharibəsi (27 il) zamanı müxalifət lideri olub və 2002-ci ildə qətlə yetirilib.
Qeyd edim ki, bundan əvvəl analoji iddia Panama diktatoru Manuel Noriega "Call of Duty" oyunundanı personajına şirkəti məhkəməyə vermiş, ABŞ məhkəməsi ifadə azadlığına istinadən iddianı rədd etmişdir.