ELAN: Vəkillər üçün “AİHK-ə giriş” HELP distant kursu

Ramil Gachay's picture
Avropa Şurasının Bakıdakı Ofisi Azərbaycan Respublikası Ədliyyə Akademiyası ilə birgə Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Layihəsi çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) distant kursuna ərizələrin qəbulunu elan edir.

Distant kursu Avropa Şurasının HELP Proqramının sertifikatlı təlimçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Günel Sevdimalıyeva və Sadiq Bağırovaparacaqlar.

3 aylıq onlayn kursun oktyabrın ilk ongünlüyündə başlanması nəzərdə tutulur.

Kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaqdır.

Kursda iştirak etmək istəyən vəkillərdən əlavə olunmuş fayldakı qeydiyyat vərəqəsini doldurub 09/10/2017-ci il tarixədək vafa.rovshanova@coe.int e-mail ünvanına göndərməyi xahiş olunur.
 
Ətraflı məlumat üçün yuxarıdakı e-mail ünvanına yaza və ya (+99412) 599 05 27 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Layihə üzrə məsul şəxs: Vəfa Rövşənova
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.