Hacıqabul Rayon Məhkəməsinin hakimi barədə, qanunvericiliyin tələbin pozduğuna görə ona irad tutulmuş, 3 hakim barədə intizam icraatları başlanılmışdır.

Ramil Gachay's picture

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son günlər erməni hərbi birləşmələrinin təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınaraq düşmənə ağır zərbə endirildiyi bildirilmiş, bu möhtəşəm zəfərin qazanılmasında şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi yad olunmuşdur. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusunun düşmənin hər bir təxribatına layiqli cavab verməyə qadlir olduğu vurğulanmışdır.

Eyni zamanda bir sıra hakimlərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti iştirakları ilə müzakirə edilməklə qiymətləndirilmiş, yol verilən nöqsan və çatışmazlıqlar nəzərlərinə çatdırılmış, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi üçün hakimlərin iş yerinin dəyişdirilməsinə dair təkliflər hazırlanmışdır.

İclasda Hacıqabul Rayon Məhkəməsinin hakimi Həmid Əzizov barədə intizam icraatına baxılaraq, qanunvericiliyin tələbin pozduğuna görə ona irad tutulmuş, 3 hakim barədə intizam icraatları başlanılmışdır.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.