AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi həyata keçirilir.
Son illər ərzində yeni mütərəqqi qaydalara uyğun, çoxmərhələli seçim prosedurları nəticəsində 2600 namizəd sırasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas yazılı və şifahi imtahanları, habelə uzunmüddətli tədris kurslarını müvəffəqiyyətlə başa vuraraq müvafiq hakim vəzifələrinə təyin edilmişlər.
Hakim kadrlarına olan ehtiyacla bağlı hakim vəzifəsinə namizədlərin sənədlərinin ötən il qəbuluna yenidən başlanılmış və 806 nəfər öz namizədliyini irəli sürmüşdür.
İyun ayının 9-da bütün hakimliyə namizədlər üçün vahid zalda – “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzində test imtahanı keçirilmişdir. Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən imtahanın hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılması bilavasitə imtahan keçirilən zalda, namizədlərin, habelə 30-dan çox beynəlxalq təşkilat və yerli QHT təmsilçiləri, televiziya və mətbuat nümayəndələri qarşısında həyata keçirilmişdir.
Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1300 test sualları bankından təsadüfi yolla – lototron vasitəsilə 10 variantda sual topluları seçilmişdir. Sonra hakimliyə namizədlər bu sual toplularından birini seçmiş və o yerindəcə çoxaldılaraq cavablandırılması üçün namizədlərə paylanılmışdır.
Dörd saat davam edən imtahanın nəticələri xüsusi dəqiq avadanlıqla imtahan başa çatan kimi dərhal yoxlanılaraq nəticələr yerindəcə elan olunmuş, Məhkəmə-Hüquq Şurasının və Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilmişdir.
İmtahan Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə “on-line” rejimində birbaşa yayımlanmışdır. İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.
https://eservices.tqdk.gov.az/imtnetice/neticeinet_hakim.htm