...
Kenquru məhkəməsi (kangaroo court). Bu barədə bir dəfə yazmışdım. Özümüzü qiymətləndirmə baxımından yenidən yazılmasında fayda vardır. Nədir Kenquru Məhkəməsi, etimologiyasını hardan götürür? Kenquru məhkəməsi ədalət mühakiməsinin elə tərzdə həyata keçirilməsidir ki, ədalət mühakiməsinə dair bütün tələblər pozulur və hüququn tənəzzülə uğraması ilə müşayət olunan proses aparılır. Bu əsasən sifarişli proseslər zamanı baş verir. Öncədən şəxs haqqında qərəzli mövqeyin tutulması, siyasi sifariş kenquru məhkəmələrinin əsas səbəbidir. Bu məhkəmələrdə hər şey dekorasiya xətrinə edilməklə bərabər, məhkəmə qərarı prosesdən öncə hazırdır və sadəcə məhkəmə katiblik və ya xəttat işi görür. Həmçinin kenquru məhkəməsi bir tərəfin institusional və maliyyə cəhətdən güclü olaraq bir tərəfin , digər tərəfi məhkəmənin tərəzisində öz xeyrinə əzməsidir və məhkəmənin bu zamanda gördüyü iş elə kargüzarlıq işindən başqa birşey deyildir və məhkəmə güclü tərəfin əlində alət halına gəlir.
Etimologi mənbəyinə gəldikdə bəziləri qeyd edir ki, bu Avtsraliyada cəza koloniyalarında formal xaratkerli keçirilən proseslər zamanı əmələ gəlib. Bəziləri iddia edir ki, bu Kaliforniyada Qızıl Hərəkatı zamanı əmələ gəlib. Nəyə görə məhz Kenquru məhkəməsi adı seçilib məsələsinə gəldikdə isə, Kenquru kimi ədalətin və haqlının üzərinə sıçramaq, ağı basmaq və həmçinin proses öncəsində artıq qərarın Kenqurunun çantasında olması anlamına gəlir.
Sizlərə məhşur Capital Cities qrupunun-Kangaroo Court mahnısını təqdim edirəm. Mahnının yuxarıdakı yazıların mahiyyətinə uyğun olan sözləri aşağıdakı kimidir:
Shut up, shut up, shut up
Sit up, sit up, sit up, it's a kangaroo court
A kangaroo court
Shut up, shut up, shut up
Sit up, sit up, sit up, it's a kangaroo court
A kangaroo court
Aqil Layıc (https://www.facebook.com/agil.layicov)