Konsertin keçirilməsi adı ilə vətəndaşların pulları ilə maxinasiyalar

Konsertlər təşkilatçısı Nahid Emiloğlu Müdaifə etdiyim vətəndaşın başına oyun açıb. Vəkili olduğum Ramin İbadov Nahid Emiloğlunun təşkilatçılığı ilə Türk müğənni Rafet El Romanın Bakıda konsert verəcəyini öyrənir. Nahiddən 2000 manat məbləğində 10 ədəd bilet alır. Nahid konserti bir neçə dəfə təxirə salır. Lakin konsert keçirilmir. Hər dəfə pulun qaytarılmasını tələb etdikdə gah konsert keçirəcəyini, gah pulu alıb verəcəyini bildirən Nahid əslində yüzlərlə vətəndaşın pulunu bu cür yolla mənimsəmişdir. Hörmətli media işçiləri ümid sizədir. Bu adam məhkəməni, prokurorluğu və polisi də saymır. Dəfələrlə şikayət etməyimizə baxmayaraq şikayətimizə baxan yoxdur.​ Bu xəbər vəkil Vamiq Şükurovun müraciətinə əsasən yerləşdirilmişdir.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.