Masallı, Bərdə, Qəbələ, İmişli ASAN xidmət mərkəzlərində olan Hüquqi Yardım Mərkəzlərinin fəaliyyətinə dair hesabat

Ramil Gachay's picture

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Qanunun aliliyi layihəsini həyata keçirir. Layihə əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyir. Layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində Hüquqi Yardım Mərkəzləri açılmışdır. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ASAN xidmətinin dəstəyi ilə həyata keçirilmişdir.

Agentliklər arasında sıx əməkdaşlıq nəticəsində Bərdə, Qəbələ, İmişli və Masallıda mövcüd olan ASAN xidmət mərkəzlərində 2019-cu ilin fevral ayından etibarən pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. May ayının sonuna kimi mərkəzlərə 806 nəfər 1249 hüquqi məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edənlərin 36% -i qadın, 64%-i kişi, müraciətlərin 33%-i məhkəmələrlə bağlı məsələlər olmuşdur. İlk dörd ayda göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 24%-i bank kreditləri, 16%-i mülkiyyətlə bağlı məsələlər, 15%-i ailə məsələləri, 10%-i əmək və sosial müdafiə ilə bağlı olan məsələlər olmuşdur. Bundan əlavə, digər müraciətlər miras, miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat, cinayət və inzibati işlər kimi müxtəlif sahələri əhatə etmişdir.

Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalmışlar. Layihədə nəzərdə tutulduğu kimi ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb. Hüquqi Yardım Mərkəzlərində vətəndaşlara pulsuz hüquqi yardım xidməti hazırda uğurla həyata keçirilməkdədir.

https://barassociation.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.