“Məhkəmələrdə əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər” mövzusunda təlim

Ramil Gachay's picture

Azərbaycan Respublikası Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində “Məhkəmələrdə əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər” mövzusunda təlim keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 28 yanvar 2020-ci il tarixdə saat 09:00-da Ədliyyə Akademiyasında keçiriləcək təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov tərəfindən “Əmək mübahisələri və onların həlli mexanizmləri”, “İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti” mövzularında və Vəkillər Kollegiyasının üzvü Samir Nuriyev tərəfindən “Əmək mübahisələrinin rəsmiləşdirilməsi və xitam verilməsi qaydaları” ilə bağlı müzakirələr aparılacaqdır.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.
57265885