Systematic shelling of positions of the Azerbaijan Army by the formations of Armenia’s armed forces using weapons of different calibers, continued...
Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda ixtisasartırma təlimləri təşkil edilir.
Təlimlər cari ilin 11 və 18 oktyabr (saat 11:00-12:00) tarixlərində onlayn qaydada keçiriləcəkdir. Təlimdə təlimçi qismində Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev iştirak edəcəkdir.
Təlimdə iştirak etmək istəyən vəkillər Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına (legalaid.training@barassociation.az) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçərkən uyğun olan tarixi göstərməyiniz xahiş olunur.
Əlaqələndirici şəxs – Vəkil Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)