ÖLKƏ TARİXİNDƏ İLK DƏFƏ VƏKİLLƏRİN SAYI İKİ MİNİ KEÇDİ

Ramil Gachay's picture

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 98 namizədin təntənəli surətdə andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər vəkil andı içmişlər.

Bununla da, son 3 ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 2.5 dəfə artaraq, 840-dan 2025-ə çatmışdır.

İclas zamanı yeni vəkillər çıxış etmiş, vəkillik sahəsində son dövrdə həyata keçirilən islahatlar və görülən işlər ilə bağlı fikirlərini söyləmiş, o cümlədən bu peşəni seçdikləri üçün məmnun olduqlarını bildirmişlər.

Sonda iclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilmişdir.

https://barassociation.az/

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.