PRAKTİK HÜQUQŞÜNASLAR ÜÇÜN “MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİ” MÖVZUSUNDA 2-Cİ TƏLİM KEÇİRİLMİŞDİR

Ramil Gachay's picture

Noyabrın 25-27-də Xaçmaz rayonunda praktik hüquqşünaslar üçün Almaniya Beynəlxalq Əməkdaşlı Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Mülkiyyət hüququnun müdafiəsi” mövzusunda 2 günlük seminar keçirilmişdir. Gənc hüquqşünaslardan ibarət olan iştirakçılar qrupu mülkiyyət hüququnun müdafiəsi sahəsində beynəlxalq və yerli sənədlərin məzmunu ilə tanış edilmiş, onlara Avropa İnsan Hüquqları Konvensiyası və Avropa Məhkəməsinin presedentləri prizmasından “mülkiyyət hüququnun müdafiəsi”nin konseptual və təcrübi məsələləri barədə məlumat verilmişdir. İnteraktiv qaydada keçirilmiş seminarın yekununda təlim ərzində əldə olunmuş biliklərin yoxlanılması məqsədilə iştirakıçılara tapşırıqlar verilmiş, həmçinin onlardan gələcəkdə hüququn hansı aktual istiqamətləri barədə seminarların keçirilməsinin zəruriliyi barədə yazılı rəylərini GİZ-ə təqdim etmələri xahiş olunmuşdur.

Seminarı mühazirəçi qismində Bakı Hüquq Mərkəzinin hüquqşünası, Azərbaycan Hüquq İslahatları Mərkəzinin layihələr üzrə koordinatoru Fərhad Nəcəfov aparmışdır.

Bu qəbildən olan interaktiv metodika üzrə aparılan seminarların faydalılığı nəzərə alınaraq növbəti ildə praktik hüquqşünaslar üçün hüququn digər cari mövzuları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, təlim iştirakçıları seminarın sonuncu günü Avropa Şurasının HELP Proqramı haqqında məlumatlandırılmış və bu platformadan necə yararlanmaları barədə müxtəsər məlumat əldə etmişlər.

https://www.facebook.com/giz.law.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.