AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
Azərbaycan Republikasının Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanı ilə yeni qurum olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdır.
Palatanın yaradılmasında məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir.
Qeyd olunmalıdır ki, Fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Sığorta Nəzarəti Xidməti və Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək və onların istifadəsində olan dövlət əmlakı Palataya veriləcəkdir.
Prezidentin Fərmanına uyğun olaraq Palatanın idarə edilməsi üçün İşçi Qrup formalaşdırılmışdır ki, onun da tərkibi aşağıdakı kimidir: