“Şəffaflıq Azərbaycan” təşkilatı Sizləri 13-14 iyul və 15-16 iyultarixlərində “Qeyri-hökumət təşkilatlarında (QHT) idarəetmə bacarıqlarının inkişafı” mövzusunda təlim

Ramil Gachay's picture

“Şəffaflıq Azərbaycan” təşkilatı Sizləri 13-14 iyul və 15-16 iyultarixlərində “Qeyri-hökumət təşkilatlarında (QHT) idarəetmə bacarıqlarının inkişafı” mövzusunda keçirəcəyi təlimlərdə iştirak etməyə dəvət edir. Təlimlərdə kimlər iştirak edə bilər? 13-14 iyulda keçiriləcək təlim yeni fəaliyyətə başlamış (və ya başlamağı planlaşdırılan) QHT-lərin nümayəndələri (rəhbər, layihə meneceri və ya koordinatoru), 15-16 iyulda keçiriləcək təlim isəuzunmüddətli fəaliyyət təcrübəsinə malik QHT nümayəndələri (rəhbər, koordinator və ya layihə meneceri) üçün nəzərdə tutulmuşdur.

Təlimlərdə hansı bilik və bacarıqlar öyrədiləcək? Təlimlərdə QHT-nin səmərəli fəaliyyəti üçün tələb olunan aşağıdakı bilik və bacarıqlar tədris olunacaq:

  • QHT-lərdə yaxşı idarəçilik
  • QHT-lərin menecmenti
  • QHT-lərin fəaliyyətinin şəffaflığı
  • Qrantların qeydiyyatı sahəsində mövcud qanunvericilik (2014-2015-ci illərdə qanunvericiliyə edilmiş dəyişikliklər)

Təlimi uğurla başa vuran iştirakçılara təşkilatımız tərəfindən sertifikat veriləcək.

Təlimlər nə vaxt keçiriləcək?

13-14 iyul, 2016 – Yeni fəaliyyətə başlamış (və ya başlamağı planlaşdırılan) QHT-lərin nümayəndələri üçün

15-16 iyul, 2016 – Uzunmüddətli fəaliyyət təcrübəsinə malik QHT nümayəndələri üçün

Hər iki təlim iki gün davam edəcək və saat 10.00-dan 15.00-dək baş tutacaq

Təlimin keçiriləcəyi məkan barədə məlumat iştirakı təsdiq olunmuş müraciətçilərə göndəriləcək.

Təlimdə iştirak etmək üçün nə etməliyik? Təlimdə iştirak etmək üçün zumrud@transparency.az elektron ünvanına özCV-nizi, təmsil etdiyiniz təşkilatın adını və əlaqə məlumatınızı (email və telefon nömrəsi) göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix 10 iyul 2016-dır.

Təlimlər Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” (AŞT) layihəsi çərçivəsində həyata keçirilir. Təşkilatımız və AŞT layihəsi haqqında daha ətraflı məlumatı saytımızdan və ya Facebook səhifəmizdən əldə edə bilərsiniz.

Vebsaytımız: www.transparency.az

Facebook səhifəsimiz: https://www.facebook.com/Transparencyazerbaijan

Əlaqə nömrələrimiz:

Ofis: +994 12 596 20 38/497 81 70/ 497 68 15

Mobil: +994 55 291 00 02

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.