AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 100 nəfər vəkilliyə namizəd peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmişdir.
İmtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 90 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaqdır. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.
İcbari təlimin keçiriləcəyi vaxt ilə bağlı daha sonra əlavə məlumat veriləcəkdir.
Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin
SİYAHISI