Şəxsi həyata müdaxilə (Avropa Məhkəməsinin kazusu)

Ramil Gachay's picture

 

Bir neçə ay bundan öncə yazmışdır. Məsələ dair Avropa Məhkəməsinin Böyük Palatası qərarını açıqladı:
İŞİN HALLARI:
"Barbulescu" (Rumuniya vətəndaşı) adlı bir şəxs şirkətlərin birində satış meneceri işləyən zaman, korporativ maildən (Yahoo Messenger) ailə üzvləri ilə və nişanlısı ilə danışmaq üçün istifadə edir və ailə məsələlərini, şəxsi məsələləri müzakirə edir. Şirkət onun yazışmasını monitorinq etdikdən sonra əmək münasibətlərinə şirkətin yazışma vasitələrindən şəxsi istifadə etdiyinə görə xitam verir. Şəxs Avropa Konvensiyasının 8-ci maddəsinə dayanaraq, şəxsi yazışmaların "şəxsi həyatının" parçası olması iddiası ilə yerli məhkəmələrdə iddia qaldırır. Yerli Məhkəmələr iddiaçının əleyhinə qərar verir. İş AİHM-nin önünə gəlir. Şəxs 8-ci maddəyə dayanaraq, həmçinin Avropa Birliyinin hüququna dayanaraq iddia edir ki, onun əmək münasibətlərinə xitam verilməsi şəxsi həyatına müdaxilə nəticəsində əldə edilən sübuta əsaslanıb. 12 yanvar 2016-cı il tarixli AİHM qərarı ilə ərizəçinin iddiası rədd edilir və AİHM qeyd edir ki, hökümət şəxsi həyata müdaxilə edərkən ədallətli balansı gözləmiş, yarışan hüquqlar zamanı tarazlıq təmin edilmişdir. Bir yanda ərizəçinin şəxsi həyatı dursa da, digər yanda cəmiyyət üçün əsas xidmət sferalarında çalışan sahibkarların/işəgötürənlərin keyfiyyətli xidmət göstərmələri və gəlir etmək hüquqları durur. Palatanın qərarı ilə razılaşmayan ərizəçi 06 iyun 2016-cı il tarixində işin Böyük Palatada baxılmasını tələb edib. Böyük Palata 05 sentyabr 2017-ci il tarixində qərarını açıqlayaraq ərizəçinin 8-ci maddə ilə qorunan hüquqlarına müdaxilə olduğu qənaətinə gəlmişdir
ƏSASLANDIRMA:
1) Ərizəçi işə başlamazdan öncə onun yazışmalarının monitorinq olunacağına dair xəbərdarlıq almamışdır və yetərincə iltizamlanmamışdır:
2) Hansı hədd və ölçü daxilində monitorinq aparılması bəlli deyil, müfəssəl qayda yoxdur,
3) Daxili məhkəmələr müdaxilənin səbəbini yetərincə əsaslandırmamışdır,
4) Daxili məhkəmələr işəgötürənin məqsədlərinə nail olmaq üçün işçilərin şəxsi toxunulmazlıq hüququna daha az müdaxilə edən vasitələrin olub-olmamasını müəyyən etməmişdir,

https://www.facebook.com/agil.layicov

Vəkil Agil Layıc

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.