“2023-cü il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində 186 intizam işinə baxılıb. 12 nəfər vəkilin fəaliyyəti, onların üzvlükdən azad...
Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə tədrisin nəticələri üzrə yazılı imtahan yanvar ayının 15-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) təşkil ediləcəkdir.
İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçiriləcək.
Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdirəcəklər. Bu məqsədlə namizədlər mülki, mülki-prosessual, cinayət və cinayət prosessual məcəllələri və digər aidiyyəti vəsaitləri istifadə üçün özləri ilə gətirə bilərlər.
İmtahan yerinə saat 10:00-dan etibarən gəlmək tövsiyə olunur. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.