...
Tarixdə ilk dəfə məhkəmə və beynəlxalq qaydalar bioloji insan fizionomiyasının əleyhinə qərarlar verdi.
Bu xanım Cənubi Afrika Respublikasından olan qaçış üzrə dəfələrcə dünya və olimpiya çempionu Caster Semenyadır. Öz təqibləri üzərində tənasübsüz üstünlük təşkil etdiyini görən Dünya Atletik Federasiyası xanımın testesteronu yoxlamış və bəlli olmuşdur ki, onun bədənində olan testeron o qədər yüksəkdir ki, bu birbaşa ədalətli rəqabət qaydalarını pozur. Bu xanıma görə yarış qaydalarında dəyişiklik edilmiş və xanımın testeronu yüksək olduğu üçün yarışlara daha qatıla bilmir. Məsələ İsveçrədə Ali İdman Arbitaj Məhkəməsinə idmançı tərəfindən daşındı ki, bu açıq diskriminasiyadır.
Məhkəmənin qərarı bu yaxınlarda belə oldu:
1) həqiqətən də bioloji üstünlüyə görə edilən dəyişiklik diskriminasiya təşkil edir, amma:
2) bu qayda leqitim məqsədə xidmət etməklə idmanda rəqabətin təmin edilməsinə və idman yarışlarının axarlı olmasına xidmət etməkdədir.
Nəticə- Xanım müalicə nəticəsində testeronunu aşağı saldıqdan sonra rəsmi yarışlara qatıla biləcək
P.S. Bu xanıma görə dünyanın ən güclü genetika mühəndisləri, həkim professorlar prosesə cəlb edilmişdi.