...
“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir.
AzərKredit universitet tələbələrinə və məzunlara təşkilatın Bakı, Gəncə, Göyçay, Biləsuvar, Cəlilabad, Goranboy, Qazax, Sabirabad ofislərində Hüquq şöbəsində təcrübə keçmə imkanı təklif edir:
Təcrübə proqramı bir aydan üç aya qədər müddətə davam edəcəkdir.
Təcrbüəçinin iş yeri yaşadığı ünvana müvafiq olaraq yuxarıda qeyd edilmiş filial ofislərindən biri olacaq.
Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.
Tələblər:
Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: cv@azercredit.az (xahiş edirik, email məktubunun Mövzu sətrində “intern” sözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 15 Fevral 2018-ci il tarixədək AzərKredit filiallarına təqdim etməlidir.
AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_apply internet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.
Xahiş edirik müraciət etdiyiniz filialın adını dəqiq qeyd edin. Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.
Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.