“2023-cü il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində 186 intizam işinə baxılıb. 12 nəfər vəkilin fəaliyyəti, onların üzvlükdən azad...
Əvvəl qeyd olunduğu kimi, yanvar ayının 28-də vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçiriləcəkdir. İmtahan Bakı Dövlət Universiteti (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 23) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Ünvan: Bakı şəhəri Yasamal rayonu, A.Sultanova küçəsi 11 ünvanında) binalarında təşkil olunacaqdır.
Məlumat üçün bildiririk ki, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydaları”na görə, hər bir imtahan sualına düzgü cavab 1 balla qiymətləndiriləcək (cəmi 100 mümkün bal). Yazılı test imtahanının yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinici mərhələsinə - şifahi müsahibəyə buraxılacaqlar. Həmçinin səhv cavablar düz cavabların qiymətləndirilməsinə təsir göstərməyəcəkdir.
Əvvəlki illərdən fərqli olaraq bu dəfə imtahanda Məntiqə dair suallardan istifadə olunmayacaqdır.
Qeyd olunmalıdır ki, imtahana buraxılış vərəqələrini növbəti həftənin ilk günlərindən etibarən Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə (http://tqdk.gov.az/) daxil olmaqla yükləmək mümkün olacaqdır. İmtahanın vaxtı barədə əlavə məlumat veriləcəkdir.