Vəkillər Kollegiyasının dəstəyi ilə Philip C. Jessup beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan seçimləri keçirilir

Ramil Gachay's picture

9 fevral 2019-cu il tarixində ADA Universitetində Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi (International Law Moot Court Competition) Azərbaycan seçimlərinin Final Raundu keçiriləcəkdir. Raundlar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının media dəstəyi ilə təşkil olunur. Müsabiqə 100-ə qədər ölkədən 600-dan çox hüquq məktəbinin iştirak etdiyi ən böyük məhkəmə müsabiqəsidir və bu il 60 illiyini qeyd edir. Qalib komandanın ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək beynəlxalq raundlara vəsiqə qazandığı milli raundlar ölkəmizdə 13 illik fasilədən sonra təşkil olunur.

Bu ilki Azərbaycan milli raundlarında Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Gömrük Komitəsi Akademiyasının hüquq fakültələrinin komandaları iştirak edirlər. Beynəlxalq Ədalət Məhkəməsində baxılan xəyali iş üzrə keçirilən müsabiqə yeni yaranan və aktual beynəlxalq hüquq problemlərni əks etdirən məsələləri əhatə edir.

Müsabiqə hüquq tələbələrinin vəkillik, hüquqi təhlil, hüquqi yazı və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının önə çəkilməsinə və inkişafına köklənərək, onları peşəkar təcrübəyə hazırlayır.

Azərbaycan milli raundları AtaBankın Qızıl Sponsorluğu, Grata hüquq şirkətinin Bürünc Sponsorluğu, ABŞ Təhsilli Azərbaycan Məzunları İB təşkilati dəstəyi və MGB hüquq şirkətinin dəstəyi ilə keçirilir.

Final Raundunda iştirak etmək üçün bu səhifədə qeydiyyatdan keçməyiniz lazımdır.

http://barassociation.az/

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.