Vəkillər Kollegiyasının sədri Azər Tağıyev səhhəti ilə bağlı istefaya gedib

Ramil Gachay's picture

Qeyd olunur ki, növbəti qurultayadək sədrin səlahiyyətlərini Azər Tağıyevin müavini F.Nəcəfov icra edəcək.

Seçkidə Vəkillər Kollegiyası sədrliyinə əsas namizədlərlə bağlı da müzakirələr başlayıb.

Hüquqşünasların böyük əksəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Ramiz oğlu Bağırovun şansını yüksək qiymətləndirirlər.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü A.Bağırov BDU-nu bitirib, hüquq üzrə fəlsəfə doktorudur. O, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri hüquq doktoru” adına layiq görülüb. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 19.05.2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Azvision.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.