Vəkillər üçün inzibati prosesə dair seminar keçirilmişdir

Ramil Gachay's picture

Bugün Bakı şəhərində yerləşən WinterPark mehmanxanasında vəkilliyə yeni qəbul olunmuş üzvlər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilmişdir.

25 nəfər vəkilin iştirak etdiyi seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilmişdir.

Bir gün davam edən seminar Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov, Vəkillər Kollegiyasının üzvü, GİZ-in eksperti Elçin Usub və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov tərəfindən aparılmış və inzibati prosesdə mübahisələndirmə barədə iddia və onun yoxlanılması, məcburetmə barədə iddia və onun yoxlanılması kimi mövzuları əhatə etmişdir.

http://barassociation.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.