Vətəndaşların nəzərinə! Ədliyyə naziri oktyabrın 28-də Ağsu rayonunda vətəndaşları qəbul edəcək

Ramil Gachay's picture

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 28-də Ağsu rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Ağsu, Şamaxı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 174) keçiriləcəkdir.

Bildirilir ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.