Vüqar Şahbazlı: "Son bir həftədə meydanda və Konqresdə qalib durumdayıq"

Ramil Gachay's picture

Bu sözləri e-huquq.az-a açıqlamasında ABŞ-dakı Millennial Siyasi Mərkəzin təsisçi üzvü Vüqar Şahbazlı deyib.

Son günlər Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində törədilən təxribatlarla bağlı ABŞ-ın Los Anceles şəhərində keçirilən aksiya zamanı həmvətənlərimizin ermənilərin hücumuna məruz qalmasından danışan V.Şahbazlı baş verənlərindən məyus olduğunu bildirib.

"Bildiyiniz kimi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.

Amerika Azərbaycanlıları ABŞ-ın müxtəlif şəhərlərində uğurlu aksiya və əks aksiyalar vasitəsilə ABŞ ictimaiyyətinə öz haqlı səslərini çatdırmışıq və erməni lobbiçilərinin yalanlarını ifşa olunub. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc Azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimiz zorakılığa məruz qoyub. Nəticədə bir neçə həmvətənimiz ciddi bədən xəsarətləri alıb.

Bu hadisə bizi çox məyus etdi. Amma biz bununla bağlı erməni lobbisinin ABŞ-ın Ədliyyə Nazirliyi və Baş Prokurorluq səviyyəsində cəzalandırılmasına nail ola bilərik.

Mənim bu müraciətimdən sonra ABŞ-da yaşayan 100-dən çox azərbaycanlı və onların amerikalı dostları amerikalılar "US The Attorney General"a (ABŞ-da Ədalət departamentinin rəhbəri və Baş Prokuror) şikayət məktubları göndəriblər. Artıq məsələnin araşdırılması ilə bağlı cavab məktubları alanlar da var", - deyə o qeyd edib.

V.Şahbazlının sözlərinə görə, hadisənin baş verdiyi ştatda erməni lobbisi güclü təsirə malikdir və onlara dəstək verilir: "Qanunla bu məsələni Los Anceles polisi nəzarətə götürüb araşdırmalıdır. Lakin dünənki iğtişaşda çox az sayda polisin əraziyə cəlb olunması onu göstərir ki, Kaliforniya ştatında erməni lobbisi çox güclü fəaliyyət göstərir. Onlar birbaşa şəhər meri və polis rəhbərliyi səviyyəsində dəstək alırlar".

O, göstərdikləri həssaslığa görə həmyerlilərimizə təşəkkür edib: "Hər bir soydaşımızın göstərdiyi vətənpərvərlik və milli birlik, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildirirəm. Eyni zamanda bütün vətəndaşlığı olan və olmayan ABŞ-da yaşayan azərbaycanlıları haqq səsimizi çatdırmaq üçün "U.S Azeris Network"un hazırladığı Amerikan Konqresmenlərinə, hüquq-mühafizə orqanlarına, ayr-ayrı media rəhbərlərinə ünvanlanan petisiyaları imzalamağa və ətrafındakı dost və tanışlarını da bu məsələyə cəlb etməyə çağırıram".

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.