Dr. Ramil Qaçayevin məqaləsi “The Journal of World Intellectual Property” jurnalında dərc olunub

Ramil Gachay's picture

“The Journal of World Intellectual Property” (Wiley) jurnalında Dr. Ramil Qaçayevin “Primal intellectual property rights: re-envisioning modern paradigms through a protodesmic perspective” (“Ibtidai əqli mülkiyyət hüquqları: müasir paradiqmalara protodesmik prizmadan yenidən baxış”) adlı məqaləsi dərc olunub.

Məqalədə əqli mülkiyyətin mənşəyi qanunvericilik və bazar mülahizələrindən kənarda araşdırılır. Hüquqi plüralizm yanaşmasına, tarixi və etnoqrafik mənbələrə əsaslanan müəllif qədim cəmiyyətlərdə tanınmış yaradıcı ilə onun əsəri arasındakı bağı təhlil edir və bu yanaşmanın ənənəvi biliklərlə bağlı müasir müzakirələr üçün əhəmiyyətini nəzərdən keçirir.

Məqalə ilə tanış olmaq üçün: https://onlinelibrary.wiley.com/doi/10.1111/jwip.70040

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.