2008-2009
Yer.az hostinqin (Rəşad Əliyev) və Sadiq Yolçuyevin texniki və tədirs dəstəyi ilə dejure.az saytı wordpress platforması üzərində qurulmuşdur. 26.02.2009-cu il tarixdə ilk dəfə istifadəçilər bu saytla tanış ola bildilər. Dejure.az Azərbaycanda doğma dilimizdə olan birinci hüquq portal olmuşdur. Həmin saytın təsisçisi Qaçayev Ramildir.
2010-2013
Dejure.az joomla platformasına keçdi, çünki dizayn, struktur və təhlükəsizlik baxımından daha əlverişli idi. Joomla ilə sayt üç ildən artıq fəaliyyət göstərdi. Həmin müddət ərzində onlayn-məsləhətxama bölməsi açılmışdır və hüquq ilə bağlı 2 mindən artıq sual cavablandırılmışdır. Azərbaycanda ilk dəfə məhkəmələr və digər dövlət qurumları barədə sistemləşdirilmiş və mərkəzləşdirilmiş məlumatlar yerləşdirilmişdir (http://courts.gov.az/ daha sonralar yaranmışdır). Saytda çoxlu sayda sənəd nümunələri, normativ aktlar, hüquq üzrə testlər və digər faydalı məlumatlar yerləşdirilmişdir.
2011
22.02.2011-ci tarixdə, saytın ideyasından təsirlənərək De Jure hüquq firması yaradılmışdır. Sayt və firma ayrı-ayrılıqda fəaliyyət göstərir və bir-biri ilə bağlı deyil.
2013-2015
Ziyarətçilərin sayı daim artırdı (gündəlik girişlərin sayı mindən artıq olmuşdur). Ola bilsin bu səbəbdən sui-istifadəçilərin sayı da artmışdır və sayt "hack" hücumlara məruz qalmışdır və bir-çox faydalı məlumatlar məhv edilmişdir. Buna görə də dejure.az drupal platformasıma keçmişdir. Bu platforma saytın imkanlarını genişləndirmişdir. Saytda görülən quruculuq işləri ilə əlaqədar Eldar Əliyevə xüsusi minnətdarlığımızı bildiririk.
2015