Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə may ayının 26-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcəkdir.
Qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 24-25 may tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:
1.Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf üsullarla, müasir beynəlxalq tələblər səviyyəsində seçilməsinə xüsusi əhəmiyyət verilir.