...
XV fəsil. Yol vergisi
Maddə 209. Vergi ödəyiciləri
Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.
Maddə 210. Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.
Maddə 211. Yol vergisinin dərəcələri
211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən oturacaqlarının sayından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:
211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrindən:
211.1.1.1. minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
Ölkə ərazisində qaldığı müddət |
Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda |
Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda |
Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda |
1 aya qədər |
15 ABŞ dolları |
20 ABŞ dolları |
40 ABŞ dolları |
3 aya qədər |
30 ABŞ dolları |
40 ABŞ dolları |
60 ABŞ dolları |
1 ilə qədər |
40 ABŞ dolları |
80 ABŞ dolları |
120 ABŞ dolları |
1 ildən yuxarı |
40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları |
80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları |
120 ABŞ dolları+ 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları |
211.1.1.2. avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
Ölkə ərazisində qaldığı müddət |
Oturacaq yerlərinin sayı 12-dək olanda |
Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda |
Oturacaq yerlərinin sayı 31 və çox olanda |
1 gün üçün |
15 ABŞ dollar |
20 ABŞ dollar |
25 ABŞ dollar |
1 həftədəyək |
30 ABŞ dollar |
40 ABŞ dolları |
50 ABŞ dollar |
1 aya qədər |
100 ABŞ dollar |
140 ABŞ dollar |
175 ABŞ dollar |
3 aya qədər |
300 ABŞ dollar |
400 ABŞ dollar |
500 ABŞ dollar |
1 ilə qədər |
1050 ABŞ dollar |
1400 ABŞ dollar |
1750 ABŞ dolları |
1 ildən yuxarı
|
1050 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 12 ABŞ dolları |
1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları |
1750 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 20 ABŞ dolları |
211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
Ölkə ərazisində qaldığı müddət |
4 (dörd) oxa qədər olanda |
4 (dörd) ox və çox olanda |
1 gün üçün |
20 ABŞ dollar |
30 ABŞ dollar |
2 həftəyədək |
40 ABŞ dollar |
80 ABŞ dollar |
1 aya qədər |
140 ABŞ dollar |
280 ABŞ dollar |
3 aya qədər |
400 ABŞ dollar |
800 ABŞ dollar |
1 ilə qədər |
1400 ABŞ dollar |
2800 ABŞ dolları |
1 ildən yuxarı |
1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları |
2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları |
211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.
211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.
211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.
211.2. Bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:
nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
211.3. Təhlükəli yüklərin daşınmasına görə bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:
Ölkə ərazisində qaldığı müddət |
4 oxa qədər olduqda |
4 ox və çox olduqda |
||||
az təhlükəli yüklər üçün |
təhlükəli yüklər üçün |
xüsusi təhlükəli yüklər üçün |
az təhlükəli yüklər üçün |
təhlükəli yüklər üçün |
xüsusi təhlükəli yüklər üçün |
|
1 gün üçün |
20 ABŞ dolları |
40 ABŞ dolları |
80 ABŞ dolları |
30 ABŞ dolları |
60 ABŞ dolları |
120 ABŞ dolları |
2 həftəyədək |
40 ABŞ dolları |
80 ABŞ dolları |
160 ABŞ dolları |
80 ABŞ dolları |
160 ABŞ dolları |
320 ABŞ dolları |
1 aya qədər |
140 ABŞ dolları |
280 ABŞ dolları |
560 ABŞ dolları |
280 ABŞ dolları |
560 ABŞ dolları |
1120 ABŞ dolları |
3 aya qədər |
400 ABŞ dolları |
800 ABŞ dolları |
1600 ABŞ dolları |
800 ABŞ dolları |
1600 ABŞ dolları |
3200 ABŞ dolları |
1 ilə qədər |
1400 ABŞ dolları |
2800 ABŞ dolları |
5600 ABŞ dolları |
2800 ABŞ dolları |
5600 ABŞ dolları |
11200 ABŞ dolları |
1 ildən yuxarı |
1400 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları |
2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları |
5600 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları |
2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları |
5600 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları |
11200 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 120 ABŞ dolları |
Maddə 212. Yol vergisinin tutulması
212.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1.-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.
212.2. //çıxarılıb//
212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.
212.4. //çıxarılıb//
212.5. Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır:
212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.