Azercell Tələbə Təcrübə Proqramı 2016/Hüquqi İşlər şöbəsi
İş qrafiki: Bazar ertəsi- Cümə, 09:00-18:00 (həftənin günləri daha sonra dəqiqləşdiriləcək)
İş yeri: Bakı ş., Tbilisi pr-ti 149, Azercell Plaza
Təcrübənin müddəti 1– 3 ay
Əsas Öhdəliklər
Məhkəmə aktlarının arxivə göndərilməsi və göndərilməmişdən əvvəl yoxlanması
Məhkəməyə göndərilən sənədlərin hazırlanmasında dəstək
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi
Bakalavr pilləsinin 3-4-cu kurs və magistratura tələbələri
Ali təhsil (Maliyyə, İqtisadi sahələrə üstünlük verilir)
Dil bilikləri: Azərbaycan dili – əla, İnglis və rus dili - orta səviyyədə (intermediate/upper intermediate)
Əla yazılı və şifahi ünsiyyət bacarıqları
Excel proqram biliyi
Tələb olunan yetkinliklər
Analiz etmə qabiliyyəti
Keyfiyyətə yönümlülük
Təcrübəçinin bələdçisi:
Arzu Abbasova
Sizin müraciətinizin qəbulu və dəyərləndirilməsi
Xahiş edirik ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz. Siz bu veb səhifədə artıq qeydiyyatdan keçmisinizsə və ya hər hansı vakansiyaya müraciət etmisinizsə, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Səhifənin aşağısındakı və sağ tərəfindəki "Ərizəni göndər" linkini tıklayaraq, daha əvvəl yaratdığınız istifadəçi adı və parolu daxil edin. Seçim prosesi ərizələrin qəbulu üçün son tarixdən öncə başlaya bilər.
Azərbaycanda ən iri mobil operatoru olan “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azercell Azərbaycanın telekommunikasiya bazarının təmayülünü müəyyən edən şirkət kimi tanınır.
Azercell Telekom MMC Cənubi Qafqazda yeganə şirkətdir ki, 2006-cı ildə “İnsanlara Sərmayə” (Investors in People) sertifikatına layiq görülüb. Həmin sertifikat biznes məqsədlərinin nail olunması üçün insanların təlimi və inkişafı təcrübəsinin yüksək səviyyəsini nümayiş edən standartı təsdiq edir.
Hal-hazırda, Azercell-in şəbəkəsi ən geniş əhatə dairəsinə malikdir və şirkət xidmət keyfiyyətini təkmilləşdirməyə davam edir.