...
Barəsində bəhs etdiyimiz mart ayı Azərbaycanda insan hüquq və azadlıqlarına dair bir çox yadda qalan hadisələrlə zəngin olmuşdur. Bunlardan ən əsası, bir qrup siyasi məhbusların azadlığa çıxması ilə bağlıdır. Azadlığa çıxmış siyasi məhbusların bir qismi Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli əfv sərəncamına əsasən, digər bir qismi isə müvafiq məhkəmə qərarları ilə azadlığa çıxmışdır.
Birinci qrupa Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, İnsan Hüquqları Klubunun rəhbəri, hüquq müdafiəçisi və Respublikaçı Alternativ Hərəkatının İdarə Heyəti üzvü Rəsul Cəfərov və digərləri aiddir. Anar Məmmədli 16 dekabr 2013-cü il tarixində həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli qərarına əsasən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. SMDTM rəhbəri Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınmışdı. Rəsul Cəfərov isə 2 avqust saxlanılmış, 16 aprel 2015-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
İkinci qrupa isə jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevi aid edilir.
Siyasi məhbusların azadlığa çıxması məsələsi artıq uzun müddətdir gündəmdədir. Bu addımın Azərbaycan Respublikası prezidenti İlham Əliyev 31 mart tarixində ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitinə yola düşməzdən öncə atılması isə maraq doğurur. Bundan başqa ABŞ ABŞ Helsinki Komissiyasının sədri, ABŞ-ın ATƏT-dəki nümayəndəsi və konqresmen Chris Smithin "Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktı" adlı sənədin qəbulu məsələsinin də gündəmdə olduğu bir vaxtda edilməsi məsələni daha da maraqlı etməkdədir. Qeyd edək sözügedən sənədin digər müəllifi «Qlobal Maqnitski» Aktı adlı sənədin müəllifi olan konqresmen Jim McGovern-dir və konqresmenlər Louise Slaughter və Joe Heck bu sənədin qəbulunu dəstəkləyirlər.
Azərbaycanda insan haqqıarının vəziyyətinə dair yuxarıda adı cəkilən sənəd gündəmə ötən ilin dekabrında gəlmişdir. Bu məsələdən öncə isə ötən ilin birinci yarısında Freedom House təşkilatının vitse-prezidenti Daniel Kalinqaert Konqresin Xarici Məsələlər Komitəsinə müraciət edərək Maqnitski Aktının genişləndirilməsinə çağırmış, Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda İnsan Hüquqları üzrə Birgə İşçi Qrupda iştirakına son vermək haqqında qərar vermiş, qəbul edilmiş bəyanatda Azərbaycanda insan haqqlarının vəziyyətinin daha da pisləşdiyini ifadə etmişdir. Human Rights Whatch təşkilatı isə 29 oktyabr tarixində verdiyi bəyanatda “Təkcə 2014-cü il ərzində Azərbaycanın hakim dairələri azı 35 juralisti, insan haqları fəalını və siyasi fəalı məhkum edərək azadlıqdan məhrum edib. 2015-ci ildə təqiblər başgicəlləndirici templə, yeni həbslər və ittihamlarla davam edib.” fikrini səsləndirmişdi. Daha sonra konqresmen Chris Smith Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətini sərt şəkildə tənqid etmiş, ardından "Azərbaycan Demokratiya aktı" sənədi gündəmə gəlmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bu hadisədən dərhal sonra özünün "twitter" sosial şəbəkəsindəki hesabından dekabrın 3-ü IV Nüvə Təhlükəsizliyi Sammitinə ölkə başçısı İlham Əliyevin dəvət olunduğunu yazmışdı ( dəvət dekabrın 3-ü olsa da, bir neçə həftə sonra bu məlumat ictimaiyyətə bildirildi ).
Fevral mart aylarında Chris Smithin hazırladığı sənəd istər sosial şəbəkələrdə, istərsə də ictimaiyyət arasında müzakirələrə səbəb oldu. Mart ayı ərzində 2015-ci ilin avqust ayında öldürülmüş jurnalist Rasim Əliyevin məhkəmə prosesi davam etdi, martın 17-si isə əfv sərəncamı imzalandı. Əfv sərəncamından sonra ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri, ardından bir çox beynəlxalq hüquq müdafiə təşkilatları - Article 19, Freedom Now, Helsinki Foundation for Human Rights, Front line defenders və s. Azərbaycanda bütün siyasi məhbusların azadlığa çıxarılması haqqında müraciət etmişdir. Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, bir sıra QHT-lərin bank hesablarına olan həbs aradan qaldırılıb, Azərbaycandakı QHT-lərin fəaliyyəti üçün şəraiyin daha da yaxşılaşdırılacağını demişdir. Lakin bununla yanaşı bir sıra hüquq pozuntuları da qeydə alınmaqdadır. Bunlara misal olaraq yazıçı Əkrəm Əylislinin Heydər Əliyev adına hava limanında saxlanılaraq, polisə müqavimət ittihamı ilə saxlanılması göstərilə bilər. Əkrəm Əylisli özünün "Daş yuxular" adlı əsərindən sonra sərt tənqidlərə məruz qalmış, Azərbaycan hakimiyyəti tərəfindən fəxri adlarından məhrum edilmişdir. Əsərdə 90-cı illərin əvvəllərində azərbaycanlılar haqqında tənqidi və s.fikirlər yer almışdır. Bundan başqa jurnalistlər İzolda Ağayeva və Gülər Mehdizadənin ölkədən cıxışına qadağa qoyulmuşdur.