
MÜVƏQQƏTİ YAŞAMAQ İCAZƏSİ (MYİ)
Əldə edəcəyiniz imkanlar:
Vizasız Avropa İttifaqında (ŞENGEN ÖLKƏLƏRİ) sərbəst hərəkət etmək, yaşamaq, iş qurmaq və təhsil almaq imkanları
Qeydiyyat zamanı aşağıdakı sənədlər tələb olunur:
- Xarici pasport
- Daxili pasport (şəxsiyyət vəsiqəsi)
- 3x4 iki ədəd fotoşəkil
- Qeydiyyat yerinizdən məhkumluğun olmaması barədə arayış(arayış 6 ay müddətində keçərlidir, arayışda apostilin olması vacibdir)
Rəsmiləşdirmənin aparılması üçün müştəri miqrasiya idarəsində qeydiyyatı zamanı iki dəfə Vilnüs şəhərinə gəlməli olacaq:
- Birinci səfərdə sənədlərin Miqrasiya İdarəsinə təqdim olunması üçün;
- İkinci səfərdə Müvəqqəti Yaşamaq İcazəsini təsdiq edən sənədi almaq üçün;
Bizim tərəfimizdən aşağıdakı işlər görülür:
- Məhdud Məsuliyyətli Cəmiyyətin qeydiyyatdan keçirilməsi;
- Mühasibat xidmətləri;
- Əlavə xidmətlər (sənədlərin notariat qaydasında təsdiqlənməsi, bank hesablarının açılması);
Xərclər:
MMC-nin təsis edilməsi və sənədləşməsi xidmətinin ödənişi bir nəfər üçün vəziyyətdən asılı olaraq 4500-5000 avro arasında dəyişir. Belə olan halda aylıq ödəniş 1 nəfər üçün 200-250 avro təşkil edəcək.
Birinci il şəxsiyyət vəsiqəsi 1 il müddətinə verilir. Sonra ildə bir dəfə sənədin vaxtını uzatmaq və vəsiqəni yeniləmək üçün Litvaya gəlmək lazımdır. Üç il vəsiqəyə sahib olduqdan sonra vəsiqə 2 il müddətinə verilir. 5 ilin sonunda artıq aylıq 200-250 avro ödənişdən tam azad olursunuz.