22.01.2018-ci il tarixdən saat 17:00-dan etibarən Dövlət İmtahan Mərkəzinin veb-saytından vəkilliyə namizədlər öz imtahana “buraxılış vərəqələri”ni çap edə bilərlər.
Buraxılış vərəqələrini çap etmək üçün hər bir namizəd veb-saytın (http://dim.gov.az/) ana səhifəsinə daxil olaraq “Vəkillər Kollegiyası” bölməsində öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu daxil etməklə “buraxılış vərəqsi”ni “pdf” formatda saxlayaraq, onu çap edə bilər. İmtahan 3 saat davam edəcəkdir.
Qeyd olunmalıdır ki, vəkilliyə qəbul imtahanın yazılı test mərhələsi 28.01.2018-ci il tarixdə keçiriləcəkdir və namizədlər həmin gün səhər saat 9:00-dan gec olmayaraq “buraxılış vərəqəsi”ndə qeyd olunan imtahan keçiriləcək ünvanda olmalıdırlar və özləri ilə mütləq şəkildə qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, pozan və aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- imtahana buraxılış vərəqəsi.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Hər bir namizədin imtahandan ən azı bir gün əvvəl Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı “Namizədin yaddaş kitabçası” ilə yaxından tanış olması (http://eservices.dim.gov.az/brxvdq/yaddas_kitab.pdf) tövsiyə olunur.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijan Bar Association
Vəkillər Kollegiyasının sədri Anar Bağırov imtahan qabağı Femida.az-ın suallarını cavablandırıb.
Anar müəllim, imtahan suallarının tərtibində əvvəlki illərdən fərqli cəhətləri varmı?
- Ən əsası bu il düşəcək suallar əvvəlki illərlə müqayisədə daha asan olacaq. Sualların 60 faizə qədər olan hissəsini asan suallar təşkil edir. Bu imtahanda çətinlik təşkil edən suallar azdır. Məqsədimiz cənab Prezident İlham Əliyevin məlum sərəncamını daha yüksək səviyyədə icra etmək və ölkədə vəkillərin sayını artırmaqdır.
- İmtahana üzrlü səbəblərdən gələ bilməyən şəxslərin əlavə şansı olacaqmı?
- Əlbəttə olacaq. Onların sənədləri bizdə qalır. Növbəti imtahanda ərizə yazıb iştirak edə bilərlər.
- Növbəti imtahan nə vaxt olacaq?
- Biz növbəti imtahanı elə bu il ərazində keçirməyi planlaşdırırıq.Ola bilsin ki, bir ildə 3 dəfə imtahan keçirəcək. Məqsədimiz isə daha çox namizədin uğur qazanmasını təmin etməkdir.Buna görə də, bu imtahanda iştirak edə bilməyən şəxslər növbəti imtahana qatıla bilər.
- Sualları kimlər tərtib edib?
- Sualların tərtib edilməsində şəxsən özüm də iştirak etmişəm. Bundan əlavə peşəkar vəkillərin də əməyindən istifadə olunub.
- İmtahanlar harada keçiriləcək?
- Bu il imtahanlar Bakı şəhərində 4 binada təşkil olunacaq.Növbəti imtahan vahid zalda keçiriləcək.
- Sənəd qəbulunun gələcəkdə elektron qaydada aparılması nəzərdə tutulurmu?
- Bəli, bunun üzərində iş aparılır.
- Vəkillər Kollegiyasının sədri kimi imtahanda iştirak edəcək şəxslərə sözünüz nədir?
- İlk növbədə namizədlərə uğurlar arzu edirəm. Hamıdan çox onların uğur qazanmasını demək olar ki, mən istəyirəm. Bundan sonra da vəkil olmaq istəyən şəxslərə dəstək olacaq.
Dekabrın 13-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşmüş, hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat vermişdir.
İclasda Vəkillər Kollegiyasının “Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması məsələsinə baxılmış, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilmiş, təşkil olunacaq Mərkəzə Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınmışdır.
Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Entilex Law Group” və Sumqayıt Regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul olunmuş, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmışdır.
İclasda vəkillər barəsində başlanılmış 40 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, üzrlü səbəb olmadan üzvlük haqqının 6 aydan artıq müddətə ödənilməməsi səbəbilə 2 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunmuşdur. Həmçinin 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilmiş, 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilmiş, 6 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınmışdır.
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, sayca on beşinci müsabiqə üzrə test imtahanından uğur qazanmış və qanunvericiliyin tələblərinə cavab verən 163 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılmışdır. Hüquqşünas alimlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi bu mərhələdə 82 nəfər zəruri bal toplayaraq söhbətdən müvəffəqiyyətlə keçmişdir. Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir. İcbari təlimdə iştirakla bağlı namizədlər dekabr ayının 20-i saat 10.00-da Akademiyada olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31). Aidiyyəti məsələlərlə əlaqədar Nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).
Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:
|
|
Abbaszadə Çinar Mustafa oğlu |
|
|
Abdurahmanov Tural Malik oğlu |
|
|
Ağazadə Nərmin Calal qızı |
|
|
Allahverdiyev Asif Sahil oğlu |
|
|
Asifli Fidan Xalid qızı |
|
|
Ataxanlı Elgün Zahid oğlu |
|
|
Azadəliyeva Günel Elman qızı |
|
|
Babayev Bəxtiyar Natiq oğlu |
|
|
Babayev İsmayıl Elxan oğlu |
|
|
Babayev Orxan Azad oğlu |
|
|
Babayev Samir Gülməmməd oğlu |
|
|
Bünyadov Adil İbrahim oğlu |
|
|
Əhmədov Orxan Nurəddin oğlu |
|
|
Əhmədzadə Reyhan Fərman qızı |
|
|
Əkbərova Nərgiz Fariz qızı |
|
|
Ələsgərova Nəzrin Zahir qızı |
|
|
Əlirzayev Ayaz Nəbi oğlu |
|
|
Əliyev Elşən Rövşən oğlu |
|
|
Əliyev Ruslan Oktay oğlu |
|
|
Əliyev Vadim Vaqif oğlu |
|
|
Əliyeva Bağdagül Siyafər qızı |
|
|
Əmiraslanlı Nicat Pənah oğlu |
|
|
Əsədov Elşən Əsəd oğlu |
|
|
Əsgərov Həsən Rasim oğlu |
|
|
Fərəcov Şahin Oruc oğlu |
|
|
Fərəcova Sevda İlqar qızı |
|
|
Hacızadə Pərviz Rövşən oğlu |
|
|
Həsənli Adil Zülfüqar oğlu |
|
|
Həsənov Qüdrət Həsən oğlu |
|
|
Həsənova Qasımova Gülnar Araz qızı |
|
|
Həsənova Ulduz İlham qızı |
|
|
Hidayətli Ceyhun Mətləb oğlu |
|
|
Hüseynquliyeva Lamiyə Qabil qızı |
|
|
Hüseynli Eldar Süleyman oğlu |
|
|
Hüseynov Amid Qafur oğlu |
|
|
Hüseynov Səbuhi Xasay oğlu |
|
|
Hüseynova Ağca Arif qızı |
|
|
Hüseynova Aygün Abdulla qızı |
|
|
Hüseynova Elnurə Şəmşəddin qızı |
|
|
Hüseynova Gülzar Şəmsəddin qızı |
|
|
Xaspoladov Orxan Raiq oğlu |
|
|
İbrahimov Anar Paşa oğlu |
|
|
İlyasbəyli Humay Bəhmən qızı |
|
|
İmranlı Cavid Mahir oğlu |
|
|
İsfəliyev Cilovxan Novruzəli oğlu |
|
|
İsmayılova Nisə Səməddin qızı |
|
|
İsrafilov Orxan Xudaqulu oğlu |
|
|
Kazımlı Gülnar Lazım qızı |
|
|
Kərimzadə Nüşabə Köçəri qızı |
|
|
Qasımova Aləmnur Əmir qızı |
|
|
Qasımzadə Məhəmmədəli Duman oğlu |
|
|
Quliyev Nasir Vəli oğlu |
|
|
Məhəddinov Rafiq Əhməd oğlu |
|
|
Məmmədov Nazim Elbrus oğlu |
|
|
Məmmədov Orxan Elxan oğlu |
|
|
Məmmədov Ramil Mahir oğlu |
|
|
Məmmədova Günay Əliqulu qızı |
|
|
Məmmədova Leyla İdris qızı |
|
|
Muradova Günel Rəşad qızı |
|
|
Musayev Şahin Rəşid oğlu |
|
|
Mustafayeva Günel Rafiq qızı |
|
|
Mustafayeva Züleyxa Xaliq qızı |
|
|
Neymətzadə Şəfəq İslam qızı |
|
|
Nəcəfli Fuad Bəxtiyar oğlu |
|
|
Nəcəfov Azər Əzizulla oğlu |
|
|
Nəsibov Elşad Rubail oğlu |
|
|
Nəsibova Əfsanə Elçin qızı |
|
|
Nəsirov Fərid Bəhruz oğlu |
|
|
Novruzov Ayxan Nəsrulla oğlu |
|
|
Nuriyev Vəli Amil oğlu |
|
|
Rəhimli Ülviyyə Hafiz qızı |
|
|
Rüstəmli Fuad Məhəmməd oğlu |
|
|
Rzayev Fərid Müzəffər oğlu |
|
|
Rzayev Sahil Rəfi oğlu |
|
|
Səlimova Aytən Elçin qızı |
|
|
Səmədli Aygün Soltanağa qızı |
|
|
Səmədova Ayşən Ədalət qızı |
|
|
Şıxəliyev Rüfət İkram oğlu |
|
|
Şirinzadə Nərmin Raqub qızı |
|
|
Yusifli Seymur Mübariz oğlu |
|
|
Yusifova Günel İlham qızı |
|
|
Zərbiyeva Fatimə Qədir qızı |
Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 11 may 2019-cu il tarixdə keçirilmiş növbəti test imtahanından keçid balı toplayaraq müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2019-cu ilin iyun ayının 11-dən etibarən söhbət keçirilməsinə başlanılacaqdır.
Müsahibə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.
Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 100 nəfər vəkilliyə namizəd peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmişdir.
İmtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 90 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaqdır. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.
İcbari təlimin keçiriləcəyi vaxt ilə bağlı daha sonra əlavə məlumat veriləcəkdir.
Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin
SİYAHISI
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.
Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 31 oktyabr 2019-cu il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək və imtahanda 245 namizəd iştirak edəcəkdir.
Əlavə olaraq bildiririk ki, imtahanda iştirak edəcək namizədlərdən şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə 31 oktyabr 2019-cu il tarixdə saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzinə gəlmələri xahiş olunur.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.
Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.
Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.
Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər.
Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 23.02.2021-27.04.2021-ci il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilmişdir.
İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 117 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. 03.05.2021-ci il tarixdə saat 09:00-da başlayacaq icbari təlim ZOOM proqramı vasitəsilə distant formada keçiriləcək. İcbari təlimdə iştirak edəcək namizədlərə əlavə məlumat veriləcəkdir.
Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin
SİYAHISI