Search

Test -i başla
Suallar5
Cəhdlərin sayıMəhdudiyyətsiz
ÇatımlıqHər zaman
Keçid faizi40 %
Vaxt məhdudiyyəti0:05:00
Geri qayıtmaMövcud
Ramil Gachay's picture

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 31.01.2019-cu il saat 10:00-dan 20.02.2019-cu il saat 24:00-dək həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Tələb olunan sənədlər

  • Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.azwww.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti.
  • Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak

  • Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.
  • Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
  • Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqlar. 

İmtahanın keçirilməsi

  • Elektron ərizə vermiş namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.
  • Müsabiqənin test imtahanı mərhələsi 30.03.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
  • Test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı 10.01.2019-cu il tarixdə Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcək; 

Üstünlük verilən namizədlər

  • Xarici dil biliklərinə və elmi dərəcəyə malik olanlar;
  • son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olanlar.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla);
  • müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar.
Ramil Gachay's picture

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.

Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 2019-cu il 8 sentyabr tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə- elektronlaşdırılmış qaydada həyata keçiriləcək imtahanda 245 namizəd iştirak edəcəkdir. 

Əlavə olaraq bildiririk ki, regionlarda vəkillərin sayının azlığını nəzərə alaraq, vəkilliyə qəbulla bağlı imtahanda sənədlərin təqdim olunma ardıcıllığı ilə deyil, qeydiyyat ünvanı Bakı şəhəri olmayan namizədlərin yazılı test imtahanında iştirakına üstünlük veriləcəkdir. İmtahanda iştirak edəcək namizədlərə telefon vasitəsilə məlumat veriləcəkdir.

Əlavə məlumar üçün +994 12 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

https://barassociation.az

Ramil Gachay's picture

Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprel ayında başlanılmış sənəd qəbulu nəticəsində 150 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürmüş və 3 saat davam edən imtahanda bilavasitə 138 nəfər iştirak etmiş, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplamışdır ki, bu da 76,8 faiz təşkil edir.

Ən yüksək nəticə göstərən namizəd 94 bal toplamışdır.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak etmişdir.

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirilmiş test imtahanından müvəffəqiyyət qazanmış namizədlərin siyahısı
 

  1. ABDULLAYEV KAZIM HƏMDULLA
  2. ABDULLAZADƏ TURAN ELŞAD
  3. ABIŞOVA GÜNAY RZA
  4. AĞAYEV İSLAM SABİR
  5. ALIYEVA ARZU İDAYƏT
  6. AXUNDOVA FİDAN QƏLƏNDAR
  7. BABAYEV ARİF BƏYBALA
  8. BABAYEV TAHİR MİSİR
  9. BABAYEV TEYMUR TOFİQ
  10. BAĞIR-ZADƏ NOFƏL İSAX
  11. BAYRAMOV CAVİD ƏLİ
  12. BAYRAMOV VAQİF NƏSİB
  13. BÜNYADOV ADİL İBRAHİM
  14. CABBARLI PƏRVİN YUSİF
  15. CAVADOVA GÜNEL NİZAMİ
  16. CƏFƏROV NƏSİMİ ABBAS
  17. CƏFƏROVA SƏBİNƏ ƏJDƏR
  18. CƏFƏRXANOV ƏYYUB İSRAFİL
  19. DADAŞOV ADİL QADİR
  20. DADAŞOV ORXAN ELXAN
  21. ƏHMƏDLİ ƏSƏD YUSİF
  22. ELDAROVA NAİLƏ ƏHMƏD
  23. ƏLƏKBƏROV NİYAZ AKİF
  24. ƏLİYAROV TOFİK SƏLİM
  25. ƏLİYEV RAMİN RAMİZ
  26. ƏLİYEV SAMİR SAHİB
  27. ƏLİYEV TARİYEL VAHİD
  28. ƏLİZADƏ FARİZ ARİZ
  29. ƏMRAHOV ABDULHƏSƏN QURBAN
  30. ƏMRALİYEV EMİN AĞAQARDAŞ
  31. ƏSƏDOVA MEHRİBAN YAQUB
  32. ƏSKƏROV ELXAN ƏJDƏR
  33. ƏZİZLİ GÜLƏR MAŞALLAH
  34. GÜLƏHMƏDOV ZİYAMİN YUNUS
  35. HACIYEV FƏXRİ ELÇİN
  36. HACIYEVA SİMUZƏR DÜNYAMİN
  37. HƏSƏNOV EMİL BARAT
  38. HƏSƏNOV TEYMUR HƏSƏN
  39. HƏSƏNOVA REYHANƏ ƏHMƏD
  40. HEYDƏROV ABİSALAM TƏRXAN
  41. İBRAHİMOV FİKRƏT NÜSRƏT
  42. İBRAHİMXƏLİLOVA SƏBİNƏ HAFİZ
  43. İMANOV İSMAYIL TOFİQ
  44. İMANOV MƏZHƏR RƏSUL
  45. İSMAYILOV AZƏR HƏŞİM
  46. İSMAYILOV RAMİD RAMİZ
  47. İSMAYILZADƏ PƏRVANƏ CƏLİL
  48. İSMAYILZADƏ QULAM AZƏR
  49. KAZIMOVA NƏRGİZ KAZIM
  50. KƏRİMOV BAHADUR SƏTTAR
  51. KƏRİMOV TURAL BARİS
  52. LƏZGİYEV FAZİL HÜSEYN
  53. MAHMUDOV MÜLKÜM FƏRRUX
  54. MAHMUDOV NAZİM PƏNAH
  55. MƏHƏRRƏMLİ ƏHMƏD NİZAMİ
  56. MƏHƏRRƏMOV ELMƏDDİN ƏLƏSGƏR
  57. MƏMMƏDOV ATİLAY AKİF
  58. MƏMMƏDOV FAMİL NƏRİMAN
  59. MƏMMƏDOV NAİM VASİF
  60. MƏMMƏDOV RASİM RAFİQ
  61. MƏMMƏDOVA AYSEL HÜSEYN
  62. MƏMMƏDOVA NİGAR NAZİM
  63. MƏMMƏDOVA PƏRVANƏ ƏZİZ
  64. MİRZƏYEVA AYTAC EYNULLA
  65. MÜRŞÜDZADƏ RUSLAN QƏRİB
  66. MUSA FUAD QURBAN
  67. MUSAYEV ŞAHƏLİ CALAL
  68. MUSAYEVA AYNUR BAYRAM
  69. MÜTƏLLİMOV ŞAHİN RASİM
  70. MUXTAROV NİCAT ÇİNGİZ
  71. NAMAZOVA GÜNAY RÜSTƏM
  72. NƏSİROV HİKMƏT NƏSİR
  73. NOVRUZOV FƏRQAN GƏRAY
  74. NURİYEV AQİL ABDUL
  75. ORUCOV ADƏM AĞADİN
  76. QAFAROV SADIQ RƏFAİL
  77. QARAŞOV ROMAN AĞASƏN
  78. QASIMOV AZƏR YUSİF
  79. QASIMOV EMİN SƏLİM
  80. QAZIYEV RUSLAN ŞİRİNBALA
  81. QOCAYEV BABƏK LƏTİF
  82. QULİYEV CAVİD KAMRAN
  83. QULİYEV MEHMAN RAMAZAN
  84. QULİYEVA RƏŞİDƏ PAŞA
  85. QURBANOV MALİK HAKİM
  86. RƏCƏBOV ELVİN QABİL
  87. RƏCƏBOVA ADİLƏ FƏRHAD
  88. RƏCƏBOVA ELNURƏ HÜSEYN
  89. RÜSTƏMOV YAVƏR MİROV
  90. SADIXZADƏ RAMİN MUSTAQİM
  91. SƏFƏROV ORXAN VAHİD
  92. SƏFƏROV RUBAYIL HƏTƏMƏLİ
  93. SƏMƏDOĞLU ELDƏNİZ SƏMƏD
  94. SƏRDAROVA NƏRGİZ XƏQANİ
  95. SEYİDZADƏ VÜQAR FAZİL
  96. ŞIXIYEVA AYNUR VAQİF
  97. ŞÜKÜROV NAİL KAMİL
  98. SÜLEYMANOV MƏMMƏD YAVƏR
  99. TAĞIYEV İQBAL XƏQANİ
  100. TAĞIYEVA MEHRİBAN YAFƏZ
  101. VƏLİYEV RAUF ƏMİRXAN
  102. XƏLİLOV ELVAR MİRZƏƏLƏKBƏR
  103. XEYRULLAYEV RƏŞİD SOLTAN
  104. YAQUBOV HİLAL HİKMƏT
  105. YUSİFOV NURƏDDİN ƏLİ
  106. ZEYNALOV ƏBÜLFƏZ ƏLİ

http://barassociation.az

İşəgötürən: 
Vergilər Nazirliyi
Ramil Gachay's picture

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair geniş tərkibli iclası keçirilib.

Iclasda Rəyasət Heyətinin üzvlərindən başqa, Vəkillərin İxtisas və İntizam komissiyalarının üzvləri də iştirak ediblər.

İclasa sədrlik edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin cari fəaliyyəti ilə bağlı, xüsusilə vəkilliyə sənəd qəbulunun vəziyyəti, ötən həftə ərzində sədr tərəfindən hüquq məsləhətxanalarında keçirilmiş görüşlər və həmin görüşlərdə iştirak edən vəkillərin vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri barədə iclas işitirakçılarına məlumat verib.

İclas ərzində bir sıra təşkilati, vəkillərin intizam, vəkilliyə qəbul imtahanlarına hazırlıq, habelə vaxtilə bütün imtahan mərəhələlərini keçmələrinə baxmayaraq, müxtəlif səbəblərdən vəkilliyə keçməmiş namizədlərin qəbulu məsələləri ilə bağlı qərarlar qəbul olunub, həmin namizədlərin andiçməsi keçirilib.

Hazırda vəkilliyə sənəd qəbulu və imtahanın təşkili məsələlərinin aktuallığı nəzərə alınaraq, Rəyasət Heyəti tərəfindən aşağıdakı məsələlərə də münasibət bildirilib.

Vəkilliyə qəbul üzrə yazılı test imtahanın tarixi barədə Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş ilkin razılığa əsasən, imtahanın ən geci 2018-ci ilin yanvar ayının sonunadək keçirilməsi nəzərdə tutulub. Gələcək aylarda isə vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsinin zəururiliyi xüsusi vurğulanıb.

Vəkillərin İxtisas Komissiyasının rəyinə əsasən, əvvəlki illərdən fərqli olaraq yazılı test imtahanı mərhələsində “Məntiq”ə dair suallardan istifadə olunmaması qərarlaşdırılıb.

Həmçinin, vəkilliyə sənəd vermək arzusunda olan, lakin 3 illik iş stajı tamam olmayan namizədlərin sənədlərinin qəbulunun, həmin namizədlərin ehtimal olunan iş stajlarının sənəd qəbulunun bitməsindən sonrakı 3 ay ərzində tamamlanacağı təqdirdə, həyata keçirilməsi qərara alınıb.

Eyni zamanda, qanunvericliyin mövqeyi qeyri-müəyyən olduğundan, fərdi sahibkar qismində vergi uçotuna duraraq hüquqi xidmətlər göstərən hüquqşünasların sahibkar qismində işlədiyi dövrün əmək stajı kimi hesablanıb-hesablanmaması məsələsinə aydınlıq gətirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müvafiq sorğunun ünvanlandırıldığı bildirilib ki, yaxın günlərdə bunun nəticəsi barədə əlavə məlumat veriləcək.

Bundan başqa, ötən dövr ərzində vəkillik fəaliyyətində müsbət mənada fərqlənmiş vəkillər təltif olunublar.

https://report.az

Aktın növü: 
Qəbul edən qurum: 
Ramil Gachay's picture

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Dövlət vergi orqanlarında mövcud olan cari vakant vəzifələrin tələblərinə uyğun olaraq müsabiqəyə əlavə sənəd qəbulunda bir qayda olaraq aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

  1. Hüquqşünaslıq;
  2. Beynəlxalq hüquq;
  3. Dünya iqtisadiyyatı;
  4. Maliyyə;
  5. İqtisadiyyat;
  6. Statistika;
  7. Beynəlxalq iqtisadi münasibətlər;
  8. Mühasibat uçotu və audit;
  9. Maliyyə və kredit;
  10. İqtisadiyyatın tənzimlənməsi;
  11. Qiymət və qiymətin əmələ gəlməsi;
  12. Xəzinə əməliyyatlarının uçotu;
  13. İqtisadi nəzəriyyə;
  14. Vergilər və vergitutma;
  15. İqtisadi siyasət;
  16. Dünya iqtisadiyyatında informasiya texnologiyaları;
  17. Milli hesablar sistemi;
  18. Qiymətləndirmə (sahələr üzrə);
  19. Qiymətli kağızlar;
  20. Gömrük işinin təşkili;
  21. Gömrük ekspertizası (sahələr üzrə);
  22. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
  23. Vergi işinin təşkili və idarə edilməsi;
  24. Tətbiqi riyaziyyat;
  25. Avtomatlaşdırılmış layihələndirmə sistemləri (sahələr üzrə);
  26. İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (sahələr üzrə);
  27. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
  28. Məlumatların mühafizəsinin texnologiyası və təşkili;
  29. Avtomatlaşdırma və informasiya texnikası.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

-  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

-  üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə əlavə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.04.2018-ci il tarixdən 09.05.2018-ci il tarixədək (saat 24:00-dək) həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına  daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və test imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.  Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.

Qeyd: Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 05-30 dekabr 2017-ci il tarixlərdə qeydiyyatdan keçmiş və elektron ərizələri qəbul edilmiş vətəndaşların müsabiqədə iştirak hüququ saxlanılır.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Elektron ərizə vermiş namizədlər 23-25.05.2018-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi26.05.2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən yenilənmiş ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir. 

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.

Ramil Gachay's picture

Dövlət gənclər siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil gənc mütəxəssislərlə möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aşkarlıq şəraitində açıq müsabiqələr keçirilir.

Həmçinin ölkə gənclərini bu orqanlarda işləməyə daha da həvəsləndirmək, məşğulluğunun təmin olunmasına şərait yaratmaq və kadr ehtiyatını formalaşdırmaq məqsədilə könüllülük institutu geniş təşviq olunur.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, Nazirliyin yerli icra və probasiya, həmçinin qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş və davamlı xarakter daşıyan növbəti müsabiqə üzrə ilk qrup namizədlərlə kompüter vasitəsilə keçirilmiş test imtahanından uğur qazanmış 35 hüquqşünasla ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb.

Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi bu mərhələdə 18 nəfər zəruri keçid balı toplayaraq müsabiqədən keçib və Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin fevral ayının 17-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.

Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onların ədliyyə orqanlarına qulluğa qəbul məsələsi həll olunacaqdır.

İcbari təlimdə iştirakla bağlı namizədlər 17.02.2020-ci il tarixdə saat 10.00-da Akademiyada olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:

1. Bünyatova Vüsalə Əbülfəz qızı

2. Cəfərli Babək Bəhram oğlu

3. Cəfərov Vüsal Suliddin oğlu

4. Dəmirçili İsgəndər Arif oğlu

5. Hacıyev Məhərrəm Durdağ oğlu

6. Heydərova Gülşən Şahvələd qızı

7. İsgəndərov Anar Rövşən oğlu

8. Kazımlı Araz Osman oğlu

9. Mahayev Yaşar Muhuma oğlu

10. Məmmədov Şahin Vəli oğlu

11. Məmmədova Zərifə Polad qızı

12. Mirhüseynov Taleh Fikrət oğlu

13. Nağıyeva Mahru Vahid qızı

14. Nəsibova Turanə Etibar qızı

15. Rafailzadə Elvin Əvəzağa oğlu

16. Salmanov Cəlal Bilal oğlu

17. Salmanov Rəşad Çingiz oğlu

18. Vəli-zadə Əlövsət Qədim oğlu

Eyni zamanda Müsabiqə Komissiyası bir daha xatırladır ki, hazırda Nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir və müvafiq sayda növbəti namizəd qrupu formalaşdıqdan sonra Dövlət İmtahan Mərkəzi ilə birlikdə onlarla kompüter vasitəsilə test imtahanı keçiriləcəkdir.

Aidiyyəti məsələlərlə əlaqədar Nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: (contact@justice.gov.az).

http://www.justice.gov.az/

Ramil Gachay's picture

7 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilmişdir. Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilmişdir ki, vəkil Anar Bağırov seçkinin nəticəsinə görə yekdilliklə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir. Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilmişdir.

Bundan başqa, Konfransda “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyası təsdiq olunmuşdur. Əsasnamə Avropa Vəkillər İttifaqı və Hüquq Cəmiyyətlərinin (CCBE) müvafiq nümunəsinə əsasən, hazırlanmışdır.

Son bir il ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23 iclası keçirilmişdir ki, Vəkillər Kollegiyası tarixində ilk dəfə olaraq bir il müddətində bu sayda iclas keçirilmişdir.

Keçirilmiş iclaslarda mütəmadi olaraq Rəyasət Heyəti tərəfindən həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilmiş, o cümlədən Kollegiyanın cari fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilmişdir.

Belə ki, Rəyasət Heyətinin fevral ayında baş tutmuş iclasında fərdi qaydada fəaliyyət göstərən vəkillərin və vəkil qurumlarının Rəyasət Heyətinə təqdim etdikləri illik statistik hesabatın yeni nümunəsi, aprel ayında keçirilmiş iclasda isə hüquqi yardım haqqında müqavilənin yeni forması, may ayında isə yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsinin nümunəsi təsdiq edilmişdir.

Bundan əlavə, keçirilən iclaslarda “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi”, “Elektron vəkil kabinetindən istifadəyə dair”, “Vəkil kabinetinin yaradılmasına dair”, “Vəkil qurumlarının yaradılması və fəaliyyətinə dair” qaydalar, “Vəkil orderi və order markası haqqında” Əsasnamə qəbul olunmuş, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydalarına dəyişikliklər edilmişdir.

Qeyd olunan normativ sənədlərdən “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydaları qəbul olunmuş, növbətçilik siyahılarının Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində dərc edilməkdədir.

“Vəkil kabinetinin yaradılmasına dair” Qaydaları da qəbul olunmuş sənədlər sırasındadır.

“Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydalarına edilmiş dəyişikliklərə əsasən vəkilliyə sənəd qəbulunun sadələşdirilməsi üzrə qeyd olunmalıdır ki, artıq əvvəlki illərdən fərqli olaraq vəkilliyə namizədlərin iş stajlarını, ali təhsilləri haqqında diplomlarının surətləri və digər sənədləri toplamaq zərurətləri aradan qaldırılmışdır.

Vəkilliyə qəbulla bağlı aparılmış tədbirlərlə bağlı qeyd etmək lazımdır ki, yeni seçilmiş Rəyasət Heyəti özünün ilk iclasında vəkilliyə sənəd qəbulunu bərpa etmiş, yanvar ayının 28-də keçirilmiş ixtisas imtahanlarının yazılı test mərhələsinədək 2000-ə yaxın vəkilliyə namizədin sənədi qəbul edilmiş və Vəkillər Kollegiyasının tarixində rekord sayda – 1961 nəfər namizədlə yazılı test imtahanı təşkil olunub keçirilmişdir. İmtahanda iştirak etmiş namizədlərdən 607 nəfər tələb olunan keçid balını toplayaraq növbəti – şifahi müsahibə mərhələsinə buraxılmışlar.

Mart ayının 1-dən etibarən Vəkillərin İxtisas Komissiyası tərəfindən namizədlər şifahi müsahibə mərhələsi keçirilməyə başlamışdır. Mərhələnin nəticələrinə əsasən 535 nəfər müsahibə mərhələsindən müvəffəqiyyətlə keçərək icbari təlimə buraxılmışlar. Nəticə etibarilə il ərzində keçirilmiş ixtisas imtahanlarının yekununda Respublikada fəaliyyət göstərən vəkillərin sayı 939-dan 1503-dək artmışdır.

Eyni zamanda, 2018-ci il aprel ayının 16-dan etibarən vəkilliyə sənəd qəbulu qeyd olunan tarixdən etibarən daimi əsaslarla açıq elan olunmuş, Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş razılığa əsasən, kompüter mərkəzində təşkil olunacaq.

Rəyasət Heyətinin aprel ayında keçirilmiş iclasında vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar yaradılmış Komissiyanın hazırladığı rəyə əsasən, vəkillərin peşə bayramı gününün hər il 30 iyul tarixində qeyd edilməsi ilə bağlı təklif Rəyasət Heyəti üzvlərinin müzakirəsinə təqdim olunmuş və qərar yekdilliklə qəbul olunmuşdur. 30 iyul – “Vəkillərin peşə bayramı günü”ü kimi qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi ilə bağlı tövsiyə icrası ilə bağlı olaraq, bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus satın alınmışdır. Həmin mikroavtobus vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilmişdir. Belə ki, mütəmadi olaraq Vəkillər Kollegiyasının bir qrup üzvləri Respublikanın müxtəlif regionlarına səfər edərək aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər göstərməkdədir. Bu kimi tədbirlər ölkənin Siyəzən, Hacıqabul, Qusar və Masallı rayonlarında təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Sərəncamında Vəkillər Kollegiyasına Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, Kollegiyanın və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi tövsiyə edilmişdir.

Ölkədə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də Vəkillər Kollegiyasının həm vəkillərin, həm də vətəndaşların tələblərinə cavab verən, tam yeni və müasir internet saytının istifadəyə verilməsi olmuşdur.

Bu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı qurumlar arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilmişdir. Memoranduma əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vəkil bürolarının təsis olunması gözlənilir.

Vəkillər Kollegiyası yerli təşkilatlardan ELSA Azərbaycan ilə də əməkdaşlığa başlamışdır. Razılaşmaya əsasən, bundan sonra Vəkillər Kollegiyası birgə layihələrin, konfransların, dəyirmi masaların, seminarların və müzakirələrin, məhkəmə müsabiqələrinin, hüquq məktəblərinin keçirilməsi, ELSA üzvlərinin vəkil qurumlarında təcrübə keçməsinə dəstək göstərəcəkdir.

Vəkillər Kollegiyası üzvlərinin sosial rifahının və təminatının yaxşılaşdırılması məqsədilə bir sıra qərarlar qəbul edilmiş, görüşlər keçirilmiş, müxtəlif qurum və təşkilatlarla razılıqlar əldə olunmuşdur.

Qeyd olunan məsələ ilə bağlı ən mühüm hadisə Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etməsi ilə bağlı göstəriş və Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarıdır.

Vəkillər Kollegiyası üzvlərinin və vəkil qurumlarının iş şəraitlərinin, maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində də bir çox tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması, Azərbaycan Respublikasının regionlarında - Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla təmin olunması üçün tədbirlər görülməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli tapşırılmışdır. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar olaraq Vəkillər Kollegiyası Kollegiyanın və vəkil qurumlarının istifadəsinə veriləcək yerlərin təmiri və zəruri texniki avadanlıqlarla təmin edilməsi ilə bağlı işlər görmüşdür.

Qeyd etmək lazımdır ki, 2017-ci il üçün ölkə ərazisində 39 vəkil qurumu fəaliyyət göstərmişdir. Son bir il ərzində isə regionlarda 11, ümumilikdə 31 yeni vəkil qurumu fəaliyyətə başlamış, beləliklə də vəkil qurumlarının sayı 70-ə çatmışdır.

Həmçinin, qanunsuz “vəkillik” halları ilə də geniş mübarizə aparılmışdır. Eyni zamanda, bu kimi halların aşkarlanması və qarşısının alınması məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətində “Qaynar xətt” yaradılmışdır.

Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti fəaliyyətə başladığı gündən beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm vermiş, bir çox görüşlər keçirmiş, səfərlərdə olmuş, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, belə tədbirlərin təşəbbüskarı və təşkilatçısı qismində çıxış etmişdir.

Bu dövr ərzində BMT-nin, habelə onun ixtisaslaşmış qurumları olan Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan Hüquqları, habelə Uşaq hüquqları üzrə komissarlıqları,  Avropa Vəkillər Kollegiyaları Assosiasiyası (CCBE), Hüquqşünasların Beynəlxalq Komissiyası (ICJ), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), habelə Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri qurulmuşdur.

Eyni zamanda, Vəkillər Kollegiyasının nümayəndələri bir sıra xarici səfərlərdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişlər.

Bu ilin iyun ayında Fransanın Strasburq şəhərində Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP-in) 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilmişdir. “Keyfiyyətli qərarlar üçün keyfiyyətli tədris” başlığı altında keçirilən konfransda Avropa Şurasına üzv ölkələrin ədliyyə akademiyaları və vəkillər kollegiyalarının nümayəndələri və HELP proqramının ölkələr üzrə təmsilçiləri iştirak etmişdir. HELP proqramı ilə bağlı qeyd olunmalıdır ki, hər il olduğu kimi bu il də konfrans ərzində ötən il üzrə AŞ-nın 47 üzv ölkəsində HELP-in təşviqi və istifadəçilərinin sayına dair reytinq cədvəli formalaşdırılmışdır. Axır illərədək Azərbaycanın 47 ölkə arasında sonuncu yerlərdən birini tutmasına baxmayaraq, ölkəmiz siyahıda irəliləyərək 2016-cı ilin yekunu üzrə 13-cü, 2017-cü ilin yekunu üzrə isə 10-cu yerə çıxmışdır. Məlumat üçün bildirilməlidir ki, qeyd olunan cədvəl üzrə ölkəmiz Cənubi Qafqaz ölkələri arasında ilk sıradadır. Qeyd olunamalıdır ki, hazırda ölkə üzrə HELP metodologiyası üzrə 41 təlimçinin 20-si Vəkillər Kollegiyasının üzvləridir.

Noyabr ayının 15-16-sı tarixlərində Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə 16 xarici ölkədən nümayəndələr, yerli və beynəlxalq təşkilatların ekspertlər və təmsilçiləri iştirak etmişlər.

Bu ilin əvvəlində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkillərdən ibarət olan “Advokat” futbol komandası formalaşdırılmış və hazırda həmin komanda bir sıra regional və beynəlxalq səviyyəli futbol turnirlərində uğurla iştirak etməkdədir. Komanda hazırda həm futzal üzrə 2-ci liqada, həm də Bakı futbol liqasında mübarizə aparmaqla bərabər Litvanın Vilnus şəhərində keçirilmiş və Litva Vəkillər Kollegiyasının təşkil etdiyi, həmçinin Şərqi Avropa və bir sıra MDB ölkələrin vəkillər kollegiyalarının futbol komandalarının qatıldığı beynəlxalq futbol turnirində fəxri 3-cü yeri, Ukrayna Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkillər arasında keçirilmiş beynəlxalq futzal üzrə turnirdə isə 1-ci yeri tutmuşdur.

http://barassociation.az

Səhifələr

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.