07 yanvar 2023-cü il tarixində Vəkillərin İxtisas Komissiyasının iclası keçirilmişdir. İclasda Komissiyanın yeni tərkibi formalaşmışdır. Belə ki, Komissiya üzvlərinin qərarı ilə hüquq elmləri doktoru Turqay Hüseynov sədr, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə isə sədr müavini seçilmişdir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının İnsan resursları şöbəsinin müdiri Orxan Babayev isə Komissiyanın katibi seçilmişdir.
Qeyd edək ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılmışdır. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır.
https://barassociation.az/news/1013

Human Resource Consulting:
The cost of services is determined on the basis of an agreement.
Subscription legal support:
While entering into an agreement regarding full legal support, Client gets a full stuff of legal advisors and also a full scope of the services necessary and sufficient for the successful prevention of the legal problems.
Human Resource Consulting:
The cost of services is determined on the basis of an agreement.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənəd qəbulunu bərpa edir.
Həmçinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiq etmələri zəruridir.
Sənədlər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:
1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Kadrların şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi hal.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonları: 596-32-71, 594-14-95.
Vəkilliyə test imtahanının keçirilməsi barədə əlavə məlumat veriləcəkdir.
(c) Vəkillər Kollegiyasının Rəyasət Heyəti
An artificial intelligence (AI) judge has accurately predicted most verdicts of the European Court of Human Rights, and might soon be making important decisions about cases.
Scientists built an artificial intelligence computer that was able to look at legal evidence as well as considering ethical questions to decide how a case should be decided. And it predicted those with 79 per cent accuracy, according to its creators.
The algorithm looked at data sets made up 584 cases relating to torture and degrading treatment, fair trials and privacy. The computer was able to look through that information and make its own decision – which lined up with those made by Europe’s most senior judges in almost every case.
he researchers say that the computer judge isn’t likely to take the place of judges any time soon. But it could be used to help them out – prioritising cases that are clearly important or need to be heard, for instance.
“It could also be a valuable tool for highlighting which cases are most likely to be violations of the European Convention on Human Rights.”
The researchers found during the creation of the programme that the European Court of Human Rights judges tended to look more at non-legal factors than the strictly legal arguments made in the case. In law, that puts the judges in the camp of “realists” rather than “formalists” and fits with other courts like the US Supreme Court.
The developers were able to use information like that to find that the court’s decisions relied largely on the kind of language used, as well as what topics were mentioned in the court texts.
Co-author Dr Dimitrios Tsarapatsanis, a law lecturer from the University of Sheffield, said: “The study, which is the first of its kind, corroborates the findings of other empirical work on the determinants of reasoning performed by high level courts.
“It should be further pursued and refined, through the systematic examination of more data.”
UCL computer scientist Dr Vasileios Lampos added: “Previous studies have predicted outcomes based on the nature of the crime, or the policy position of each judge, so this is the first time judgements have been predicted using analysis of text prepared by the court.
“We expect this sort of tool would improve efficiencies of high level, in demand courts, but to become a reality, we need to test it against more articles and the case data submitted to the court.”
The findings are published in the journal PeerJ Computer Science.
2018-ci il may ayının 28-də Şərqdə ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamı ilə milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində geniş qeyd edilməsi, yubileyə həsr olunmuş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.
Bugün – mayın ayının 23-də Pullman Baku mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə təşkil olunmuşdur.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd etmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Kollegiyanın sədri öz çıxışında bildirmişdir ki, bu günlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə AXC dövründə vəkillik fəlaiyyətini araşdırılması ilə bağlı Komissiya təşkil olunmuş və Milli Arxiv İdarəsində aparılmış tədqiqatın nəticəsində Əlimərdan bəy Topşubaşov, İsmayılxan Ziyadxanov, Xəlil bəy Xasməmmədovun, Fətəlixan Xoyskinin adları həmin dövrdə tərtib olunmuş vəkillərin reyestrində aşkar olunmuşdur. Bu isə öz növbəsində Cumhuriyyətin yaranmasında və fəaliyyətində o zamankı vəkillərin böyük rolunun olması barədə fikir söyləməyə əsas verir. Eyni zamanda tədbirdə İsmayılxan Ziyadxanov nəvəsi Valid Ziyadxanov da iştirak etmiş və tədbir iştirakçılarına İsmayılxan Ziyadxanovun imzası ilə vəkil andı təqdim olunmuşdur.
Həmçinin tədbirdə Rəyasət Heyətinin qərarı ilə İsmayılxan Ziyadxanovun adına xatirə döş nişanı, Əlimərdan bəy Topçubaşovun adına hüquq fakültəsinin təhsildə fərqlənən tələbələri üçün təqaüd təsis edilmişdir.
Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov AXC-nin görkəmli xadimləri və liderləri, Naxçıvan MR Vəkillər Kollegiyasının sədri Tural Hüseynov AXC dövründə məhkəmə-hüquq islahatları, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı isə AXC-nin yaranması və fəaliyyətinin hüquqi əsasları ilə bağlı çıxış etmiş, daha sonra isə Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova tərəfindən AXC-yə həsr olunmuş açıqcaların təqdimatı keçirilmişdir.
Bugün, həmçinin, ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 87 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilmişdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirmişdir ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər davam etməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur. Bu məqsədlə hazırda vəkilliyə qəbul üzrə namizədlərin sənəd qəbulu, habelə 28.01.2018-ci il tarixdə keçirilmiş yazılı test imtahanlarını uğurla keçmiş namizədlərlə şifahi müsahibələr aparılmaqdadır.
Daha sonra, peşəyə buraxılan 87 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içmiş, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilmişdir.
Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilmişdir.