Systematic shelling of positions of the Azerbaijan Army by the formations of Armenia’s armed forces using weapons of different calibers, continued...
Bildiyiniz kimi, vergi qanunvericiliyinə çoxlu sayda dəyişikliklər edildi və ölkə başçısı tərəfindən təsdiqləndi. Ona görə də bu gün yalnız bu mövzu ətrafında yazılacaq. Adıçəkilən dəyişikliklər çox əhəmiyyətlidir və vaxtınız varsa onlara nəzər yetirək. Amma əvvəlcə aşağıdakı normativ aktları siyahısına baxın:
Qanunlar:
Fərmanlar:
Daha çox fərman qeyd etmək olardı, amma onlar sizi çaşdıra bilərdi. Bu fərmanı ona görə yerləşdirdim ki, o Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydalarını təsdiq edir. İçməli spirti, spirtli içkilərin bütün növlərini, pivəni (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkiləri, tütün məmulatlarını satan şəxslər üçün maraqlı ola bilər.
Qısa olaraq dəyişikliklər barədə
MPM üzrə:
İcra haqqında qanuna dair:
84-1.1-ci maddəsinə dəyişikliklər edildi (dəyişikliklər sarı rənglə seçilib): Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Vergi Məcəlləsi üzrə:
Əslində çox edilən dəyişikliklər çoxdur və biz yalnız bəzilərinə toxunacağıq.
Misal üçün, əvvəllər maaşın 250 manatadək olanda, bu məbləğdən 140 manat çıxılırdı və alınmış məbləğdən 14% vergi ödənilirdi. İndi isə 2500 manatdan 136 çıxılacaq. Belə çıxır ki bir az vergi ödəniləcək (2500 manat maaş alanlar 20 manat az vergi ödəyəcək). "Əmək qabiliyyətli əhali üçün" ifadəsi silindiyi üçün yalnız yaşayış minimumu tətbiq ediləcək.
102.1.9-cu və 102.1.19-cu maddələr ləğv edilmişdir. Bu nə deməkdir, əgər əvvəllər ev alanda, həmin evi 3 il ərzində sata bilməzdin, əgər satsaydın onda 14% vergi ödəməli idin. Düzdür bu maddəyə heç kim əməl etmirdi, ona görə də ləğv edildi. Sonra idman mərc oyunlarından əldə edilən uduşlardan da 14% tutulurdu, indi isə mərc oyunları ilə bağlı bir sıra dəyişikliklər baş verdi, ona görə də bu maddə çıxarıldı.
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslər (bu Məcəllənin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. İndi isə bu məbləğ 200.000 manat oldu.
Belə bir maddə də əlavə olundu:
220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) aşağıdakı dərəcə ilə hesablanır:
220.1-1.1. ticarət fəaliyyəti üzrə — 6 faiz;
220.1-1.2. ictimai iaşə fəaliyyəti üzrə — 8 faiz.
Ümumiyyətlə bir çox güzəştlər tətbiq etməklə yanaşı, vergi orqanlarının səlahiyyətləri də artırıldı. Eyni zamanda tikinti, iaşə, aksiz məsələlərinə dair dəyişikliklər VM-də öz əksini tapdı.