dərs
Ödəmə mənbəyindən tutulan vergilərin növləri ilə aşağıda tanış ola biləcəksiniz (dividend, icarə və s.).
Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması
122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Gəlirdən çıxılan digər xərlər.
Maddə 117. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclərin gəlirdən çıxılması
117.1. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.
Bir müddət bundan əvvəl, VM-nin 102-ci maddəsinə toxunarkən, gəlir vergisindən azadolmalar və güzəştlərdən danışmışdıq. Bu gün də müvafiq azadolmalar və güzəştlərdən yazacayıq, amma bunlar bir az fəqrqlidir, çünki hüquqi şəxslərə aiddir.
Həmçinin, 10-cu fəslin (Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr) ilk iki maddəsi ilə də tanış olacayıq.
Maddə 106. Azadolmalar və güzəştlər
106.1. Vergidən azaddır:
Artıq biz Vergi Məcəlləsinin 9-cu fəslinə (Hüquqi şəxslərin mənfəət vergisi) çatmışıq. Bu növ vergi ödəyiciləri üçün fərqli vergi dərəcəsi tətbiq olunur (20%). Həmçinin vergi obeykti ilə bağlı müəyyən xüsusiyyətlər var. Bu gün 9-cu fəslin cəmi üç maddəsi ilə tanış olağayıq.
Maddə 103. Vergi ödəyiciləri
103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.
Çoxlarınıza maraqlıdır ki, bizdən nə qədər vergi tutulmalıdır. Düz tutulur, yoxsa yox. Bu barədə dəqiq məlumat Vergi Məcəlləsinin 101-ci maddəsi bizə verəcək. Əgər işçi kimi, əmək müqaviləsinə uyğun olaraq əmək haqqı alırsınız və 2500 manatadək maaşınız varsa, onda dövlətə 14% vergi ödəməli olacaqsınız (DSMF-ə ödənilən haqq nəzərə alınmadan). Əgər maaşınız 2500 manatdan çoxdursa, 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi dövlətə vergi ödəməli olacaqsınız.
Gəlirlə bağlı keçən dəfə ilkin məlumatı nəzərənizə çatdımışdıq.Bu gün də adı çəkilən mövzunu inkişaf edəcəyik. Muzdlu işlə əlaqədar alınan gəlir barədə 98-ci maddə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir barədə isə 99-cu maddə məlumat verir.
Muzdlu işlə bağlı gəlir - əmək haqqı.
Muzdlu işə aid olmayan gəlir isə digər gəlirlərdir, bura həm sahibkarlıq, həm qeyri-sahibkarlıq fəaliyyət növləri aiddir. Bunlar barədə VM-nin 99-cu maddədən öyrənə biləcəksiniz.
Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir
Gəlirə nə daxildir. Aşağıdakı maddələr bu barədə sizə müəyyən məlumat verəcək. Bu mövzu çox həssasdır və onu tənzimləmək hər zaman mümkün olmur. Misal üçün 97.1-ci maddəsində göstərilir ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.Rezident olmaq üçün Azərbaycan Respublikasının vətəndaşı olmaq kifayətdir.
Növbəti mövzumuz, fiziki şəxslərin gəlir vergisinə aiddir. Buna VM-nin 8-ci fəsli həsr olunur. Həmçinin, qeyd olunmalıdır ki, biz artıq Xüsusi Hissəyə keçirik. Burda rezidentlər, qeyri-rezidentlər, vergi obyektin detalları və s barədə məlumatı əldə edəcəyik. Bu gün isə sadəcə 2 maddəyə diqqət yetirəcəyik.
Maddə 95. Vergi ödəyiciləri
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.
Maddə 96. Vergitutma obyekti
Keçən dəfə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə məlumatlandırmışdıq. Bu dəfə isə həmin əmlakın hesabına verginin tutulması barədə danışacayıq.
Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası
Vergi Məcəlləsinin aşağıdakı maddələri vergi öhdəliyinin yerinə yetirilməsi müddətinə və yerinə aiddir. Bu müddətlərlə ehtiyatlı olmaq lazımdır, çünki adıçəkilən müddətlər pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi faiz ödəyə bilər.
Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi
85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər.
Vergi ödəyicisi rəhmətə getdikdən sonra vergini kim ödəməlidir? Bu suala cavab aşağıdakı maddə (81) cavab verir. Əgər onun vərəsəsi yoxdursa təbii ki, heç kim ödəməyəcək, amma əgər varisi varsa mirasın payına mütanasib şəkildə ödəniləcək. Əmlak kifayət etmədikdə VM-nin 93-cü maddə (Ümidsiz borcların silinməsi) rəhbər tutulmalıdır.
Maddə 81. Vəfat etmiş, fəaliyyət qabiliyyətini itirmiş və ya itkin düşmüş fiziki şəxslərin vergi öhdəliklərinin yerinə yetirilməsi
Bu günki mövzu təşkilatın ləğv edildiyi və yenidən təşkil edildiyi halda yaranan vergi öhdəlikləri ilə bağlıdır. Aşaıda qeyd olunan müddəalar Mülki Məcəllənin 55-61 maddələri ilə sıx bağlıdır və onlarla tanış olmağınız məqsədə uyğun olardı.
Maddə 79. Müəssisə (təşkilat) ləğv edildikdə vergi öhdəliklərinin yerinə yetirilməsi
Vergi öhdəliyi nədir? Sadə desək - vergini ödəmək. Daha geniş isə VM-nin 77.1-ci maddəsində göstərilib. Maraqlı məqam ondadır ki, qanunverici öhdəlik kimi, yalnız vergini ödəmək göstərib və əgər bu öhdəliyi yerinə yetirmirsənsə onda məsuliyyət nəzərdə tutula bilər. Amma təcrübədə fərqli hallarla rastlaşa bilərik. Misal üçün, vergi ödəyicisi vergini düzgün ödəsə belə, amma bəyannaməni düzgün təqdim etməsə məsuliyyət daşıyacaq. Niyə? Əgər vergi öhdəliyi deyilsə buna görə məsuliyyət nəzərdə tutulmamalıdır. Fikrimcə, bu məsələ mübahisəlidir və ola bilsin bu suala birdə qayıdacayıq.
Çoxlarınız bilirsiniz ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər (xüsusilə hüquqi şəxslər) müxtəlif əməliyyatların aparılması üçün bank hesabları açmalıdır (vergiləri köçürmək üçün, müştərilərdən qazanc əldə etmək üçün, işçilərinə maaş vermək üçün və s.). Bank vasitəsilə aparılan əməliyyatlar daha tez və səmərəli olur. Bank hesabı açmaq üçün isə vergi orqanının iştirakı zəruridir (müvafiq dublikat alınmalıdır və s.).
Çoxlarınız bilirsiniz ki, vergi orqanları ilə rəsmi yazışma uzun müddətdir ki, sadələşdirilib və elektron qaydada aparıla bilər. Bu cür sistem effektivdir və yaranan problemləri, sorğu almağı, şikayət verməyi, məlumat mübadiləsini tezləşdirir və bürokratiyanı azaldır. Digər dövlət qurumuları ilə müqayisədə vergi orqanlarınını bu işi nümunəvi sayıla bilər. Ümid edək ki, yaxın gələcəkdə başqa dövlət qurumları da belə sistemi qurmağa nail olacaqlar.
Vergi Məcəlləsi ilə şikayət üçün 3 ay (hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən) ayrılıb. Bu müddət şikayət üçün kifayətdir, hətta artıqdır. Nəzərə almaq lazımdır ki, vergi ödəyicisi şikayət edərkən həm vergi orqanın yuxarı instansiyasına müraciət edə bilər (misal üçün Apellyasiya Şurasına), həm də məhkəməyə müraciət edə bilər. Bunun üçün vergi ödəyicisi inzibati-iqtisadi məhkəmələsinə müraciət etməli olacaq (əksər işlər üzrə), əgər vergi orqanı inzibati xəta ilə bağlı qərar çıxarıbsa onda rayon (şəhər) məhkəməsinə müraciət etməli olacaq.
Vergi sahəsində hüquq pozuntulara görə saknsiyaların (cərimələr, maliyyə sanksiyaları və s.) müəyyən hissəsi Vergi Məcəlləsi ilə müəyyən edilir (maliyyə sanksiyaları adlandırılır), digər hissəsi İnzibati Xətalar Məcəlləsi ilə. Cinayət Məcəllə ilə vergi sahəsində olan cinayətlərə görə məsuliyyət nəzərdə tutulub. Çox güman ki, bunu bilirdiniz, amma bilməyənlər bunu qeyd edə bilər.
Bu dəfə məsuliyyətdən yox, əksinə məsuliyyətə cəlb olunması istisna edən hallar barədə oxuyacayıq. Razılaşsanız, bu daha xoş müddəalardır. Məsuliyyətə cəlb etmənin müəyyən halları var və vergi orqanı bu halları gözləməlidir. Aşağıdakı maddələri oxuyarkən bir-çox maraqlı detallarla rastlaşacaqsınız. Ola bilsin gələcəkdə sizə kömək edəcək.
Yavaş-yavaş gəldik çıxdıq VM-nin 5-ci fəslinə. Bu fəsil məsuliyyətə həsr edilib. Məsuliyyətlə bağlı digər maddələrdə də rastlaşmışıq, ona görə də ümumi məlumatımız var.
Məsliyyətlə bağlı vergi ödəyicisinin xeyrinə olan müddəaları xüsusilə qeyd etmək istərdim:
Vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicisinə hər hansı ziyan vurmaq qadağandır. Və əgər vəzifəli şəxs öz hərəkətləri ilə vergi ödəyicisinə zərər vurubsa, buna görə məsuliyyət daşımalıdır. VM-nin 51-ci maddəsi bu barədə ətraflı danışır.
VM-nin 52-ci maddəsində, vergi qanunvericiliyin pozulmasına görə maliyyə sanksiyasının alınması qaydası göstərilib. Baxmayaraq ki, vergi qurumunun qərarlarından məhkəmə qaydasında şikayət etmək olar, bu məsələdə bir-sıra xoşagəlməz hallar olur.
Vergi ödəyicilərini narahat edən yoxlamalarının növünün biri də xronometraj metodu ilə müşahidə aparılmasıdır. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla), xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.
Aşağıdakı maddələr hər vergi ödəyicisi üçün önəmli olan maddələrdir. Ona görə də onlarla tanış olmaq sizə çox faydalı ola bilər. Bu maddələr protokollara və qərarlara aiddir. Bu məsələ ilə bağlı çox yazmayacam, amma bildirim ki, 49-cu maddədə qeyd olunan KM hərfləri Konstitusiya Məhkəməsinin qərarını nəzərdə tutur. Həmin qərarla istinad aşağıda:
Növbəti müddəalar ola bilsin xüsusi maraq doğurmasın, amma onlar müəyyən dərəcədə sadə və asandır. VM-nin 46-cı və 47-ci maddələri tərcüməçiyə və müşahidəçilərə aiddir.
Elə olur ki, yoxlanılan şəxs dövlət dilini bilmir, və yaxud kar və ya laldır, o zaman tərcüməçinin xidmətlərindən istifadə olunur.
Bildiyiniz kimi, səyyar yoxlama zamanı yaranan məslələri həll etmək üçün, işə ekspert və ya mütəxəssis cəlb oluna bilər. VM-nin 44-cü və 45-ci maddələri bu məsələlərə həsr olunub. Misal üçün hər hansı bir materialın tərkibini və ya quymətini müəyyən etmək lazım olur, hansılar ki malın qiymətinə təsir edir və s. Ekspertizanın keçirilməsi üçün vergi orqanının müvafiq rəsmi sənədləri olmalıdır:
Səyyar yoxlaması zamanı vergi orqanı müəyyən sənədləri və əşyaları da götürə bilər. Lakın bunun üçün kifayət qədər əsaslar olmalıdır. Aşağıda göstərilən VM-nin 43-cü maddəsi bu mövzuya aid münasibətləri tənzimləyir.
Vergi orqanı sənədlərin və nümunə kimi əşyaları götürərkən aşağıdakı sənədlərin tərtib olunması zəruri ola bilər:
Səyyar yoxlamaya aid mövzumuzu davam edirik. Bu gün VM-nin 41 və 42 maddələrinə toxunacağıq. Daha doğrusu onları sadəcə oxumaq lazım olacaq. Aşağıdakı maddələr qısa və aydındır. Onlardan biri, yoxlama zamanı keçirilən baxışa aiddir, o birisi isə sənədlərin tələb edilməsinə.
Baxışın keçirilməsi və /və ya sənədlərin tələb edilməsi üçün müəyyən şərtlərə əməl olunmalıdır. Bu şərtlərlə tanış olsanız, yoxlama zamanı hazırlıqlı olacaqsınız.
Maddə 41. Baxış
Vergi yoxlamaları mövzusunda söhbətimizi davam edirik. Səyyar vergi yoxlaması kameral yoxlamadan fərqlənir, daha mürəkkəbdir. Bəlkə ona görə də VM-də ona daha çox yer ayrılır.
Səyyar yoxlaması zamanı obyektlərə, yaşayış sahələrinə daxil olmalar mümkündür və bütün bu tədbirlər qanunvericiliyə uyğun həyata keçirilməlidir. Müvafiq aktlar tərtib edilməli və imzalanmalıdır. Vergi ödəyicisi kimi bu məsələ ilə tanış olmağınız vacibdir. Bu gün VM-nin 39 və 40-cı maddələrinə baxacağıq.
Həmişəki kimi, yalnız ən maraqlı məqamlara toxunmalıyıq.
Səyyar vergi yoxlaması nədir və onun neçə növü var?
Kameral yoxlaması nədir? Bu yoxlamanın anlayışı VM-nin 37.1-ci maddəsində göstərilib. Qısa olaraq isə, kameral vergi yoxlaması yerlərə getmədən yoxlamanın keçirilməsidir (vergi ödəyicisinin sənədləri və məlumatları əsasında).
Çalışın bu yoxlamaya barmaqarası baxmayın, əgər hesab edirsinizsə, kameral yoxlama zamanı sizi cəriləmək mümkün olmayacaq, siz səhv edirsiniz. Çünki təkcə vergiləri vaxtında ödəmək şərt deyil (bizim qanunvericiliyimizə uyğun olaraq). Siz, vergi ödəyicisi kimi, hesabatları da düzgün verməlisiniz və bu hesabatlar təqdim etdiyiniz vergilərə uyğun olmalıdır.
Bu gün vergi yoxlamalı barədə ümumi məlumat verəcəyik. Sonrakı yazılarda Kameral və səyyar yoxlamaları barədə ayrı-ayrılıqda yazacayıq. VM-nin 36-cu maddəsi vergi yoxlamalara dair "giriş" kimi qiymətləndirmək olar.
Bu maddədən başa düşürük ki, sadəcə iki növ vergi yoxlaması var. Onlar 3 ildən artıq olmayan fəaliyyət dövrünü əhatə etməməlidir. Və onu da yadda saxlamalıyıq ki, yoxlama növündən asılı omayaraq, hər zaman məhkəməyə müraciət edə bilərik.
Maddə 36. Vergi yoxlamaları
Sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən, insanlar bankların fəaliyyəti ilə daha yaxın tanış olur. Misal üçün sizin bank hesabınız artıq var və orada müəyyən pul məbləği var (elektron qaydada malları alırsınız və s.). Amma bir gün siz onlayn-xidmətlərlə məşğul olmağa başladınız (veb-sayt hazırlamağa, məsləhətlər verməyə və s.). Müştəriniz sizin hesabınıza pul köçürür və .... siz hesabdan pulu çıxarda bilmirsiniz. Niyə? Bank icazə vermir. Deyir ki, sizin VÖEN-iz olmalıdır.
Bu hal ilə rastlaşmamaq üçün əvvəlcədən hazırlıqlı olmalısınız.
Vergi ödəyicisi kimi, ilk dəfə qeydiyyata alınarkən sizə aşağıdakı məlumat lazım olacaq. Vergi Məcəlləsinin 34-cü maddəsi sizə faydalı maddədir, ona görə də vaxtınızı bu maddəyə ayırsanız peşman olmazsınız. Xüsusilə fiziki şəxslərə aid olan məlumatlar (uçota alınma və çıxarılma) ətraflı göstərilib.
Lakın hüquqi şəxsə aid olan məlumatlar göstərilməyib, çünki bu münasibətlər başqa məcəllə ilə tənzimlənir, Mülki Məcəllə ilə. Əgər sizə maraqlı olsa Mülki Məcəllənin 59 - 63 maddələri ilə tanış ola bilərsiniz.
Artıq Vergi Məcəlləsinin dördüncü fəsilə keçirik, bu fəsil vergi nəzarətinə həsr olunub. Bu gün 32 və 33-cü maddalərə baxacağıq. 32-ci maddədə ümumi xarakter daşıyan məlumat verilir, bu maddədə verilən məlumatlar bizə artıq tanış olmalıdır, çünki əvvəlki müddəalarda oxşar bilgi əldə etmişik.
Bu gün Vergi Məcəlləsinin üç, nisbətən qısa, maddələrini oxumağa təklif edirəm. Ola bilsin gündəlik həyatda o qədər də lazım olmasın, amma bilməyiniz məsləhətdir. 29 (Mənafelərin toqquşması), 30 (Kommersiya (vergi) sirri) və 31 (Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri).
Bildiyiniz kimi, vergi qanunvericiliyinə çoxlu sayda dəyişikliklər edildi və ölkə başçısı tərəfindən təsdiqləndi. Ona görə də bu gün yalnız bu mövzu ətrafında yazılacaq. Adıçəkilən dəyişikliklər çox əhəmiyyətlidir və vaxtınız varsa onlara nəzər yetirək. Amma əvvəlcə aşağıdakı normativ aktları siyahısına baxın:
Qanunlar:
Vergi Məcəlləsində vergi işçilərin statusuna da kifayət qədər yer ayrılıb. Bu müddəalar vergi ödəyiciləri üçün çox vacib olmasa da, biz onlara toxunacayıq. Belə ki bu gün 3 maddəni nəzərdən keçirəcəyik: 26, 27 və 28.
26-cı maddə vergi orqanlarının digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri barədə danışır. Bu maddədə ümumi ifadəlr istifadə edilir və vergi işçiləri üçün daha böyük əhəmiyyət kəsb edir (misal üçün hər hansı dövlət qurumundan məlumat allarkən).
Vergi orqanlarının hüquqları nə qədər geniş olsa da, onların vəzifələri də az deyil. Yadımızda saxlamalıyıq ki, səlahiyyətlər dedikdə təkcə hüquqlar yox, eyni zamanda vəzifələr də başa düşməliyik. Və bu amil bizə çox kömək edir. Bu gün Vergi Məcəlləsinin 24-cü maddəsi ilə tanış olacayıq. Həmçinin 25-ci maddəyə də diqqət yetirə bilərik. Belə ki, bu maddə dövlət gömrük orqanlarının vergitutma sahəsində hüquq və vəzifələri barədə bizə məlumat verir.
Baxmayaraq ki, bu gün iki VM-nin maddəsinə diqqət yetirəcəyik, əsas mövzümuz 23-cü maddə olacaq. Çünki 22-ci maddə sırf vergi işçiləri ilə bağlıdır. Amma bilsin sizə maraqlı bilər ki, dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına vergi orqanların büdcədənkənar fonduna köçürülür. Ona görə vergi işçiləri maliyyə sanksiyaların tətbiqində maraqlıdır. Bu fakt vergi ödəyicilərin içini asanlaşdırmır.
Bir aydan çoxdur ki, biz vergi hüququ ilə məşğuluq. Ola bilsin kimsə deyər ki, ciddi və dərin öyrənmirik, sadəcə bir-bir maddələri oxuyuruq. Ola bilsin çox adam bunları oxuyur, ola bilsin az. Biz heç yerə tələsmirik və başqalarının fikirləri (əgər onlardan xeyri yoxdursa) bu mövzuda bizə maraqlı deyil .Bu bloqu oxuyanlar üçün öz təhsilləri vacibdir, xüsusilə vergi hüququ sahəsində. Buna görə də rahat oturun və özünüzə bir neçə vaxt ayırın.
Bloqu izləyən oxucular artıq müəyyən bilikləri əldə ediblər və ya həmin biliklərini təzələyiblər. Bu isə böyük uğurdur.
Vergi Məcəlləsinin 18-ci maddəsi. Bu maddə ilə ehtiyatlı davranmaq lazımdır. Çünki həmin maddə təhlükəli ola bilər və lazım olmayan yerdə ziyana düşə bilərsiniz. Vergi Məcəlləsinin bəzi müddəalarına diqqət yetirək. Görək onlar bizə nədeyəcək.
Bildiyiniz kimi, xeyriyyəçiliklə məşğul olduqda müəyyən güzəştlər tətbiq oluna bilər, amma bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa onda xeyriyyəçilik fəaliyyəti sayılmır (m. 13.2.35.2.).
Bu gün Vergi Məcəlləsinin 17-ci maddəsini nəzərdən keçirəcəyik. Vergi agenti kimdir? Belə deyək əgər siz əmək müqaviləsi ilə işləyirsinizsə sizin vergi agentiniz işəgötürənizdir (yəni işlədiyiniz şirkət). Siz özünüz vergiləri ödəmirsiniz düzdür? Siz sadəcə öz maaşınızı alırsınız və bəlkədə heç fikirləşmirsiniz ki, nə qədər vergi ödəyirsiniz. Əgər maaşınız 250 manatdan çoxdursa, maaşınızdan 14% gəlir vergisi tutulur, o cümlədən 3% DSMF-ə ödənilir.
Keçən dərs biz vergi ödəyicisinin hüquqları barədə yazmışdıq, bu gün isə onun vəzifələri barədə. Əslində, ümumi baxanda, vergi ödəyicisinin cəmi 2 əsas vəzifəsi var: vergi ödəmək və hesabatları vermək. Bunları düzgün və vaxtında etmək lazımdır. Gəlir əldə etməyə başlamısınızsa və ya bunu etmək niyyətiniz varsa, vergi orqanlarında qeydiyyatdan keçmək lazımdır və VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) əldə etmək lazımdır (fiziki şəxslər üçün).
Bu gün keçirik ikinci fəsilə və bu gün vergi ödəyicisi üçün çox vacib olan bir maddə ilə tanış olacayıq. Hazırkı maddə bizim hüquqlarımızdan bəhs edir və hüquqlarımız kifayət qədər çoxdur. Vergi ödəyicisi kimi biz həm vergi orqanlarından şikayət edə bilərik, həm vəzifəli şəxslərinin qanuna uyğun olmayan tələblərini yerinə yetirməməyə bilərik, vergi güzəştlərdən istifadə edə bilərik və sair.
Sirr deyil ki, bəzi sahibkarlar öz gəlirlərini artırmaq üçün malların qiyməti aşağı göstərirlər (amma baha satırlar). Bu məsələni tənzimləmək çətindir, cünki bazar iqtisadiyyatı dövründə yaşayırıq və dövlət qiymətlərə qarışmamalıdır. Buna baxmayaraq dövlət bu məsələyə müəyyən dərəcədə toxunur və hətta bir çox işlərdə sui-istifadələrə də yol verilir.
Salam. Vergi Məcəlləsinin 13-cü maddəsi. Nəs rəqəmdir və mürəkkəb maddədir. Burda biz vergi hüququnda istifadə olunan əsas anlayışlarla tanış olacayiq. Nə deyim. Bunları sadəcə oxumaq lazım olacaq.
Ola bilsin, hesab edəcəksiniz ki, bütün bu anlayışlar lazımsızdır və heç oxumayacaqsınız, amma bu səhv olacaq. İzah edim nəyə görə.
Dejure.az-ın hörmətli istifadəçiləri vergi qanunvericiliyində mürəkkəb sözlərlə və ya ifadələrlə rastlaşanda çox da üzülməyin. Bunlar təbiidir, çünki ola bilsin vergi işi ilə ilk dəfə rastlaşırsınız. Nəyisə bilməmək ayıb deyil. Biz sadəcə öyrənirik.
Misal üçün bü günkü mövzumuz Vergi Məcəlləsinin 12-ci maddəsidir və bu maddədə çoxlu qəliz ifadələr görə bilərsiniz (vergi obyekti, vergitutma bazası və s.).
Salam.
Vergi hüququnu öyrənməyə davam edirik. Bu gün VM-nin 10 və 11-ci maddələrə toxunacayıq. 10-cu maddə müəyyən nöx iştirakçılar barədə bizə məlumat verir. Bu iştirakçıların adı bir az qəlizdir - vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları.
Davam edək. Bu gün Vergi Məcəlləsinin 6-9 maddələrini nəzərdən keçirəcəyik. Xırda maddələrdir və onları daha sonra ətraflı araşdıracayıq.
Bu gün biz onlarla sadəcə tanış oluruq. VM-nin 6-cı maddəsi dövlət vergilərinin növləri barədə bizə məlumat verir. Biz hələ bilmirik (bəzilərdən başqa) bu vergilərin mənası nədir, çünki hər biri ayrıca bir dərsin mövzusudur. İmkan olsa onları yadda saxlayın, amma alınmasa eybi yoxdur, çünki hər şey hələ qabağdadır.
Bu günkü mövzumuz Vergi Məcəlləsinin 4-cü və 5-ci maddələridir.
Bu maddələr, kifayət qədər aydındır. Onları bir dəfə oxumaqla kifayətlənə bilərsiniz. çünki, əsasən məlumatverici xarakter daşıyırlar. Üç cür vergilərimiz var: dövlət, müxtar respublika və bələdiyyə vergiləri.
Reallıqda muxtar respublika vergiləri və bələdiyyə vergiləri, Azərbaycanda o qədər də inkişaf etməyib. Ümumiyyətlə, hələ də Naxçıvan MR Vergilər Nazirliyi nominal xarakter daşıyır (saytlarını ziyarət edə bilərsiniz http://vergi.nakhchivan.az).
Səhifələr
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.