dərs

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #3

Salam. İkinci həftədir ki, biz vergi qanunvericiliyi ilə maraqlanırıq və artıq 3-cü dərsimizdir. Dərs adlandırmaq, bir az çətindir, çünki biz birlikdə öyrənirik, amma bu söz hələ ki, ən  uyğunudur. Keçən dəfə VM-nin 2-ci maddəsi göstərdi ki, qanunlar necə də qarışıq ola bilər.

Amma biz tələsmirik. Yavaş-yavaş, asta-asta biz Vergi Məcəlləsini öyrənəcəyik və əminəm ki, bunun xeyri çox olacaq.

Bu gün VM-nin 3-cü maddəsi ilə yüngülvari tanış olaq.

Tags: 
Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #2

Keçən yazımda Vegi Məcəlləsinin (VM) sadəcə 1-ci maddəsini yerləşdirmişdim. Ola bilsin heç onunla da tanış olmadınız (istəyərdim ki, səhv edim). Hüquq mürəkkəb dildə tərtib olunur və bütün maddələri oxumaq çox vaxt maraqlı olmur. 

Məcəllə özü qanun olsa belə bir-çox digər normativ aktlara istinad edir və ya yönəldir, ona görə təcrübəsiz adam Məcəlləni oxuyarkən yorulub əldən düşün, sonra da həvəsdən düşür.

Ola bilsin yazılarım qısa olsa sizə daha maraqlı olar. Fikrimcə əgər əsas məqsədimiz təhsil almaqdırsa, deməli çalışaq ki, həvəsdən düşməyək. Az olsa da oxuyaq. 

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #1

Qanunvericiliyi öyrənmək hər birimiz üçün faydalı ola bilər. Çünki qanunlar və digər aktlar cəmiyyətdə olan münasibətləri tənzimləyir və biz daim onlarla üzləşirik. Nə qədər qanunvericiliyi yaxşı bilsək, bir o qədər də hazırlıqlı olarıq, hüquqlürımızı müdafiə etmək üçün biliklərimiz olar. Hüquqi problemlərimizi özümüz (köməksiz) həll edə biləcəyik.

Səhifələr

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.