Vergi qanunvericiliyini öyrənək. Dərs #56

Ramil Gachay's picture

Gəlirlə bağlı keçən dəfə ilkin məlumatı nəzərənizə çatdımışdıq.Bu gün də adı çəkilən mövzunu inkişaf edəcəyik. Muzdlu işlə əlaqədar alınan gəlir barədə 98-ci maddə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir barədə isə 99-cu maddə məlumat verir. 

Muzdlu işlə bağlı gəlir - əmək haqqı.

Muzdlu işə aid olmayan gəlir isə digər gəlirlərdir, bura həm sahibkarlıq, həm qeyri-sahibkarlıq fəaliyyət növləri aiddir. Bunlar barədə VM-nin 99-cu maddədən öyrənə biləcəksiniz. 

 

 

Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir

99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.

99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir:

99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;

99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;

99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;

99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.

99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:

99.3.1. faiz gəliri;

99.3.2. dividend;

99.3.3. əmlakın icarəyə verilməsindən gəlir;

99.3.4. royalti;

99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla;

99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;

99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;

99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa;

99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq;

99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar;

99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq;

99.3.12. idman mərc oyunlarından əldə edilən uduşlar.

 

Maddə 100. Gəlirin dəqiqləşdirilməsi

Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və idman mərc oyunlarından əldə edilən uduşlar ümumi gəlirdən çıxılır.

Tags: 

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.