Vergi qanunvericiliyini öyrənək. Dərs #59

Ramil Gachay's picture

Artıq biz Vergi Məcəlləsinin 9-cu fəslinə (Hüquqi şəxslərin mənfəət vergisi) çatmışıq. Bu növ vergi ödəyiciləri üçün fərqli vergi dərəcəsi tətbiq olunur (20%). Həmçinin vergi obeykti ilə bağlı müəyyən xüsusiyyətlər var. Bu gün 9-cu fəslin cəmi üç maddəsi ilə tanış olağayıq. 

 

Maddə 103. Vergi ödəyiciləri

103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.

103.2. Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır.

103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinin müddəaları bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilənlərə şamil edilmir.

 

Maddə 104. Vergitutma obyekti

104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.

104.2. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.

104.3. Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur.

104.4. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.

104.5. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir. 

 

Maddə 105. Verginin dərəcələri

105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.

105.2. Qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) bu Məcəllənin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur.

Tags: 

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.