Vergi qanunvericiliyini öyrənək. Dərs #30

Ramil Gachay's picture

Növbəti müddəalar ola bilsin xüsusi maraq doğurmasın, amma onlar müəyyən dərəcədə sadə və asandır. VM-nin 46-cı və 47-ci maddələri tərcüməçiyə və müşahidəçilərə aiddir.

Elə olur ki, yoxlanılan şəxs dövlət dilini bilmir, və yaxud kar və ya laldır, o zaman tərcüməçinin xidmətlərindən istifadə olunur. 

Müşahidəçilər isə qanunvericilikdə nəzərdə tutulmuş halllarda (misal üçün baxış zamanı, sənədlər və nümunə kimi əşyalar verilmədiyi halda və s.) səyyar yoxlama zamanı dəvət olunur, müşahidəçilər iki nəfərdən az olmamalıdır. Müşahidəçilərə dair digər tələblər 47-ci maddəsində göstərlib. 

 

Maddə 46. Tərcüməçinin iştirakı

46.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri hallarda tərcüməçi dəvət oluna bilər. Tərcüməçinin dəvət olunması vergi orqanının rəhbərinin (onun müavininin) qərarı əsasında həyata keçirilir.

46.2. Tərcüməçi tərcümə üçün lazım olan dili bilən, işin nəticələrində marağı olmayan şəxs olmalıdır.

Bu müddəalar, həmçinin eşitməyən və danışmayan fiziki şəxsin işarələrini başa düşən şəxsə də aiddir.

46.3. Tərcüməçi müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, bilərəkdən yalan tərcüməyə görə tərcüməçinin məsuliyyəti və mülki qanunvericiliyə müvafiq olaraq digər məsələlər müəyyən edilə bilər.

 

Maddə 47. Müşahidəçilərin iştirakı

47.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir.

47.2. Müşahidəçilər iki nəfərdən az olmayaraq dəvət edilir.

47.3. Müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər.

47.4. Müşahidəçi kimi vergi orqanlarının vəzifəli şəxslərinin iştirak etməsinə yol verilmir.

Müşahidəçilər onların iştirakı ilə keçirilən hərəkətlərin faktını, məzmununu və nəticələrini protokolda təsdiq etməyə borcludur.

Müşahidəçilərin həyata keçirilən hərəkətlərə dair öz qeydlərini protokola daxil etmək hüququ vardır.

Zərurət olduqda, müşahidəçilər həmin hərəkətlərə dair öz izahatlarını da verə bilər.

Eyni şəxs vergi orqanları tərəfindən vergi ili ərzində bir dəfədən artıq müşahidəçi kimi dəvət oluna bilməz.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.