"Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət qulluqçularının şəxsi işinin vahid qaydalar üzrə aparılması və "Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən rəhbər işçilərə də şamil edilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 ay müddətində qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.
4. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun şamil
edildiyi dövlət orqanlarının rəhbərləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri həyata keçirsinlər.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2007-ci il
№ 522
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət qulluqçusunun şəxsi işinin aparılması
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa, dövlət qulluğu və kadrlarla iş sahəsinə aid digər normativ hüquqi aktlara uyğun hazırlanmışdır və dövlət qulluqçusunun fərdi məlumatlarının toplanması, işlənilməsi, saxlanılması, istifadə edilməsi və onların əsasında dövlət qulluqçusunun şəxsi işinin tərtibi qaydalarını müəyyən edir.
2. Dövlət qulluqçusunun fərdi məlumatları onun şəxsi və xidməti keyfiyyətlərinə aid olan, şəxsi və ailə həyatının sirrini təşkil etməyən məlumatlardan ibarət olmaqla, onun şəxsiyyətini identifikasiya etməyə imkan verən, şəxsi işindəki, yaxud həyatında baş vermiş və bu Qaydalara əsasən onun şəxsi işinə daxil edilməli olan hadisələr haqqında informasiyanı əhatə edir.
3. Dövlət qulluqçusunun fərdi məlumatlarının işlənilməsi, şəxsi işinin tərtib olunması və aparılması işi dövlət qulluğu sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edilməsi, dövlət qulluqçusunun xidməti fəaliyyətinin obyektiv qiymətləndirilməsi, onun potensial imkanlarının səmərəli istifadəsi və vəzifə borclarını yerinə yetirməsi zamanı qazandığı nəticələrin uçotunun aparılması məqsədilə həyata keçirilir.
4. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.
5. Dövlət qulluqçusunun şəxsi işinə ona aid fərdi məlumatlar və onun dövlət qulluğuna qəbul edilməsi, qulluq keçməsi və dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar olan məlumatlar daxil edilir.
6. Dövlət qulluqçusunun şəxsi işi dövlət orqanının kadr qurumu tərəfindən aparılır. Kadr qurumu dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən qeyri-qanuni istifadəyə yol verilməməsini təmin edir.
7. Dövlət qulluqçusunun fərdi məlumatları şəxsən özündən alınır. Dövlət qulluqçusuna aid fərdi məlumatları digər mənbədən almaq zərurəti yarandıqda, bu barədə dövlət qulluqçusuna qabaqcadan məlumat verilir, onun yazılı razılığı alınır və fərdi məlumatların ehtimal edilən mənbələri və alınma məqsədi ona bildirilir.
8. Dövlət qulluqçusunun siyasi, dini və digər baxışları, şəxsi həyatı, o cümlədən həmkarlar ittifaqlarına və ictimai birliklərə üzvlüyü barədə və qanunvericiliklə əldə edilməsinə yol verilməyən digər məlumatları toplamaq, işləmək və onları dövlət qulluqçusunun razılığı olmadan şəxsi işə tikmək qadağandır.
9. Dövlət qulluqçusunun şəxsi işində saxlanılan fərdi məlumatların mühafizəsi ilə əlaqədar aşağıdakı hüquqları vardır:
9.1. öz fərdi məlumatları və bu məlumatların işlənməsi barədə informasiya almaq;
9.2. qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə, öz fərdi məlumatları ilə tanış olmaq və onların surətini əldə etmək;
9.3. dürüst və tam olmayan fərdi məlumatların, habelə qanunvericiliyin pozulması yolu ilə işlənmiş məlumatların şəxsi işindən çıxarılmasını və ya onlara müvafiq düzəlişin edilməsini və qiymətləndirmə xarakterli fərdi məlumatlara dair mövqeyini əks etdirən qeydinin şəxsi işinə əlavə edilməsini tələb etmək;
9.4. əvvəllər dövlət qulluqçusu barəsində dürüst və tam olmayan fərdi məlumatları vermiş bütün şəxslərə onun şəxsi işində dəyişdirilmiş və ya düzəliş edilmiş məlumatlar barədə bildiriş göndərilməsini tələb etmək;
9.5. fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı qeyri-qanuni hərəkətdən və ya hərəkətsizlikdən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət etmək.
10. Dövlət qulluqçusunun şəxsi işinə daxil edilmiş fərdi məlumatlar və şəxsi işdə olan digər məlumatlar (qanunvericiliklə müəyyən edilmiş hallarda kütləvi informasiya vasitələrində dərc edilə biləcək məlumatlar istisna olmaqla) istifadəsi məhdudlaşdırılan məlumatlar hesab edilir.
II. ŞƏXSİ İŞİN TƏRTİB EDİLMƏSİ VƏ APARILMASI QAYDALARI
11. Dövlət qulluqçusunun şəxsi işi, bir qayda olaraq, üç hissədə tərtib edilir. Dövlət qulluqçusunun şəxsi işinə sənədlər aidiyyəti hissələrə ardıcıl tikilir, şəxsi işin səhifələri nömrələnir və hər bir hissədə saxlanılan sənədlərin qeydiyyatı bu Qaydalara 1 nömrəli Əlavəyə uyğun aparılır.
12. Dövlət qulluqçusunun şəxsi işinin birinci hissəsinə aşağıdakı sənədlər tikilir:
12.1. kadrlar uçotunun şəxsi vərəqəsi (2 nömrəli Əlavə);
12.2. dövlət orqanı zəruri hesab etdikdə kadr qurumu tərəfindən tərtib edilmiş bioqrafik arayış (3 nömrəli Əlavə);
12.3. dövlət qulluğuna qəbul haqqında ərizə, müsabiqə vasitəsilə dövlət qulluğuna qəbul edilmiş şəxslər üçün müsabiqənin nəticəsinə dair sənədlər;
12.4. təhsili haqqında rəsmi sənədlərin surəti, əlavə təhsili , elmi dərəcə və elmi adların verilməsi haqqında rəsmi sənədlərin surəti (belə sənədlər mövcuddursa); [1]
12.5. dövlət təltiflərinin (orden və medalların), fəxri adların, dövlət mükafatlarının, hərbi və xüsusi rütbələrin verilməsini təsdiq edən rəsmi sənədlərin surəti;
12.6. seçkili orqanların işində iştirakı haqqında məlumatlar;
12.7. dövlət qulluqçusu tərəfindən imzalanmış dövlət qulluqçusunun andı.
13. Dövlət qulluqçusunun şəxsi işinin ikinci hissəsinə aşağıdakı sənədlər tikilir:
13.1. dövlət orqanı zəruri hesab etdikdə kadr qurumu tərəfindən tərtib edilmiş dövlət qulluqçusunun şəxsi vərəqəsi (4 nömrəli Əlavə);
13.2. dövlət qulluğu vəzifəsinə təyin edilməsi, dövlət qulluqçusunun başqa dövlət qulluğu vəzifəsinə keçirilməsi, müvəqqəti olaraq başqa dövlət qulluğu vəzifəsinə təyin edilməsi haqqında sənədlərin surəti;
13.3. əmək müqaviləsinin (kontraktın) əsli, habelə əmək müqaviləsinə (kontrakta) əlavələr və dəyişikliklər edilməsi haqqında sənədlərin əsli;
13.4. dövlət qulluğuna xitam verilməsi (dövlət qulluğu vəzifəsindən azad edilməsi) haqqında sənədlərin surəti;
13.5. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə sənədlər; [2]
13.6. attestasiyadan keçmiş dövlət qulluqçusunun attestasiya vərəqəsi və xidməti xasiyyətnaməsi;
13.7. ixtisas dərəcələrinin verilməsi haqqında sənədlərin surəti;
13.8. ehtiyat kadrların siyahısına daxil edilməsi, habelə onun ehtiyat kadrların siyahısından çıxarılması haqqında sənədlərin surəti;
13.9. intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı sənədlərin surəti;
13.10. xidməti araşdırmanın başlanması, onun nəticəsi barədə sənədlər;[3]
13.11. dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa icazə verilməsi (əgər tutduğu vəzifənin yerinə yetirilməsi belə məlumatlardan istifadə edilməsi ilə bağlıdırsa) barədə sənədlər.
14. Dövlət qulluqçusunun şəxsi işinin üçüncü hissəsinə aşağıdakı sənədlər tikilir:
14.1. şəxsiyyət vəsiqəsinin və xidməti pasportun (malikdirsə) surəti;
14.2. əmək kitabçasının və hərbi xidmət keçməsini təsdiq edən sənədlərin surəti;
14.3. hərbi qeydiyyat haqqında sənədlərin surətləri (hərbi vəzifəlilər və çağırışçılar üçün);
14.4. icbari sosial sığortalanma haqqında şəhadətnamənin surəti;
14.5. sağlamlıq haqqında arayış;
14.6. maliyyə xarakterli məlumatlar haqqında bəyannamə;
14.7. dövlət qulluqçusunun şəxsi işi ilə tanış olduqdan sonra yazılı izahatları olduqda, həmin sənədlər;
14.8. dövlət orqanı rəhbərinin göstərişinə əsasən kadr uçotu sahəsinə aid vacib sənədlərin və qanunvericiliklə nəzərdə tutulan digər sənədlərin surətləri.
15. Şəxsi işin istifadəsini tənzimləmə məqsədilə onun tərkibinə nəzarət vərəqəsi əlavə edilir (5 nömrəli Əlavə)
.
III. DÖVLƏT ORQANININ KADR QURUMUNUN ƏSAS VƏZİFƏLƏRİ
16. Dövlət orqanının kadr qurumunun dövlət qulluqçusunun şəxsi işinin aparılması üzrə əsas vəzifələri aşağıdakılardır:
16.1. bu Qaydaların 12-ci-14-cü bəndlərində göstərilən sənədlərin bu Qaydaların tələblərinə cavab verməsini yoxlayıb şəxsi işə tikmək;
16.2. şəxsi işləri mühafizə etmək, onları icazəsiz tanış olmaqdan və surətlərinin çıxarılmasından qorumaq üçün müvafiq inzibati və texniki tədbirlər görmək;
16.3. dövlət qulluqçusunu onun müraciəti ilə şəxsi işindəki sənədlərlə tanış etmək;
16.4. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
17. Dövlət qulluqçularının fərdi məlumatları digər şəxslərə, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız dövlət qulluqçusunun yazılı razılığı ilə verilə bilər.
18. Dövlət qulluqçularının fərdi məlumatlarının mühafizəsi rejiminin pozulmasına görə dövlət orqanının kadr qurumu cavabdehdir.
19. Şəxsi işlər dövlət orqanının kadr qurumunda girişi möhürlənmiş xüsusi otaqda, bu məqsədlə xüsusi otaq ayrılmadıqda isə qapısı möhürlənmiş metal şkaflarda saxlanılır.
20. Dövlət qulluqçusu digər dövlət orqanında vəzifəyə təyin edildiyi halda onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanına təhvil verilir, bu Qaydaların 4 nömrəli Əlavəsinə uyğun olaraq tərtib edilmiş dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır.
21. Dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının şəxsi işləri xitam verilmə günündən etibarən qanunvericilikdə müəyyən edilmiş müddətdə dövlət orqanında saxlanılır.
22. Şəxsi işi dövlət orqanında saxlanılan şəxs yenidən dövlət qulluğuna qəbul edildikdə onun şəxsi işi vəzifəyə təyin olunduğu dövlət orqanına təhvil verilir.
23. Dövlət qulluqçusunun şəxsi işi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları"nda müəyyən edilmiş tələblər nəzərə alınmaqla tərtib edilir və aparılır.
“Dövlət qulluqçusunun şəxsi işinin
aparılması Qaydaları”na 1 nömrəli ƏLAVƏ
Üz tərəf
ŞƏXSİ İŞDƏ OLAN SƏNƏDLƏRİN S İ YA H I S I
(Soyadı, adı, atasının adı)
Sıra №-si |
Sənədin adı |
Sənədin şəxsi işə daxil edildiyi tarix |
Vərəqlərin sayı |
Sənədi kim və hansı səbəbə görə götürüb |
Sənədin götürüldüyü tarix |
Sənədin qaytarıldığı tarix |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Arxa tərəf
Sıra №-si |
Sənədin adı |
Sənədin şəxsi işə daxil edildiyi tarix |
Vərəqlərin sayı |
Sənədi kim və hansı səbəbə görə götürüb |
Sənədin götürüldüyü tarix |
Sənədin qaytarıldığı tarix |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Şəxsi iş tərtib edilmişdir Siyahı tərtib edilmişdir
«____» _______________200 ___il «____» _______________200 ___il
İmza______________________ İmza______________________
“Dövlət qulluqçusunun şəxsi işinin
aparılması Qaydaları”na 2 nömrəli ƏLAVƏ
|
KADRLAR UÇOTUNUN ŞƏXSİ VƏRƏQƏSİ
Soyadınız_________________________________________________
Adınız____________________________________________________
Atanızın adı
Soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, nə vaxt və hansı səbəbə görə |
|
Doğulduğunuz tarix (gün, ay, il) və yer (ölkə, şəhər, rayon, qəsəbə, kənd) |
|
Cinsiniz |
|
Vətəndaşlığınız (dəyişmisinizsə, nə vaxt və hansı səbəbə görə) |
|
Təhsiliniz (tam orta, ilk peşə-ixtisas, orta ixtisas, ali) [4]
Təhsil müəssisəsinin adı, fakültə |
Təhsil dövrü |
Təhsil haqqında sənədüzrə ixtisasınız və peşəniz |
Təhsil haqqında sənədin nömrəsi, verildiyi tarix |
||
Daxil olduğunuz tarix |
Bitirdiyiniz tarix |
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əlavə təhsiliniz (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirak) [5] |
|||||
Təhsil müəssisəsinin adı
|
Təhsil dövrü |
Təhsil proqramının adı (istiqaməti) |
Müvafiq təhsil sənədlərinin (diplom, sertifikat, arayış və s.)nömrəsi, verildiyi tarix |
||
Daxil olduğunuz tarix |
Bitirdiyiniz tarix |
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Elmi dərəcəniz və elmi adınız [6] |
|||||
Elmi dərəcə, elmi ad (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor) |
Verildiyi tarix |
Kim tərəfindən verilib |
Diplomun, attestatın nömrəsi, verildiyi tarix |
||
|
|
|
|
||
|
|
|
|
||
|
|
|
|
||
Hansı dilləri bilirsiniz və nə dərəcədə (zəif, yaxşı, sərbəst) |
Dillər |
Bilmə dərəcəsi |
|||
|
|
||||
|
|
||||
|
|
||||
|
|
||||
Dövlət qulluğunda ixtisas dərəcəniz, diplomatik və ya digər xüsusi rütbələriniz, verildiyi tarix
|
|||
Əmək fəaliyyətinə başladığınız vaxtdan (hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) iş yeriniz |
|||
Tarix (gün, ay, il) |
İş yeriniz (nazirliyin, idarənin, müəssisənin, təşkilatın adını vaxtilə olduğu kimi göstərməklə) |
Vəzifəniz |
|
daxil olduğunuz |
çıxdığınız |
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
kompüter texnikasından istifadə və digər peşə (ixtisas) bacarıqlarınız _____________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
Əmək (peşə) fəaliyyəti ilə bağlı konfrans, seminar və s. tədbirlərdə iştirakınız
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Dövlət təltifləriniz və fəxri adlarınız (nə vaxt və nə ilə təltif edilmisiniz)
__________________________________________________________________________________________________________________________________________________________________________
Seçkili (qanunvericilik və ya yerli özünüidarəetmə) orqanlarda iştirakınız
__________________________________________________________________________________________________________________________________________________________________________
Hərbi xidmətə münasibətiniz və hərbi rütbəniz___________________________________________
__________________________________________________________________________________________________________________________________________________________________________
Cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə______________________
__________________________________________________________________________________________________________________________________________________________________________
Əlavə etmək istədiyiniz məlumat ______________________________________________________
______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Şəxsiyyət vəsiqənizin seriyası, nömrəsi, verilmə tarixi və verən orqan________________________
__________________________________________________________________________________________________________________________________________________________________________
Ev ünvanınız________________________________________________________________________
_____________________________________________________________________________________
Ev tel.:______________________ İş tel.:_____________________ Mob.tel.: _____________________
Elektron poçt ünvanınız_______________________________________________________________
Ailə vəziyyətiniz______________________________________________________________________
Yaxın qohumlarınız (atanız, ananız, qardaşlarınız, bacılarınız, arvadınız* (əriniz), uşaqlarınız, qayınatanız, qayınananız) haqqında məlumat
Qohumluq dərəcəsi |
Soyadı, adı, atasının adı |
Doğulduğu tarix və yer |
İş yeri və vəzifəsi |
Yaşadığı ünvan |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
*Arvad ərinin soyadını daşıyırsa, onun əvvəlki soyadı da göstərilməlidir.
“____ ”___________________ 200___ il ______________________________
vərəqənin doldurulğu tarix vərəqəni dolduran şəxsin imzası
Vərəqəni dolduran şəxs bundan sonrakı bütün dəyişikliklər haqqında iş yerinə məlumat verməlidir.
“Dövlət qulluqçusunun şəxsi işinin
aparılması Qaydaları”na 3 nömrəli ƏLAVƏ
Foto şəkil üçün yer |
AR AYI Ş
(Soyadı, adı, atasının adı)
İş yeri, nə vaxtdan işləyir |
|
Dövlət qulluğunun ixtisas dərəcəsi, diplomatik və ya digər xüsusi rütbələr |
|
Doğulduğu tarix və yer |
|
Milliyyəti |
|
Təhsili |
|
Bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ili |
|
Peşəsi, ixtisası |
|
Elmi dərəcəsi, elmi adı (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor) [7] |
|
Hansı xarici dilləri bilir |
|
Seçkili orqanlarda iştirakı |
|
Təltifləri |
|
ƏMƏK FƏALİYYƏTİ
S/n
|
İşlədiyi dövr |
İşlədiyi müəssisənin/təşkilatın adı |
Vəzifəsi |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
"Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"na
4 nömrəli ƏLAVƏ
Üz tərəf
DÖVLƏT QULLUQÇUSUNUN ŞƏXSİ VƏRƏQƏSİ
I. ÜMUMİ MƏLUMAT
Əmək № tarix
müqaviləsi_________________________________
1.Soyadı____________________Adı_______________________Atasınınadı____________________
2.Doğulduğutarix_________________3.Doğulduğuyer_________________4.Miliyyəti___________
(gün, ay, il)
_____________________________________________________________________________________
5. Xarici dil bilməsi____________________________________________________________________
6. Təhsil [8]_____________________________________________________________________
(Ali, orta ixtisas, ilk peşə-ixtisas, tam orta)
Təhsil müəssisəsinin adı |
Təhsil haqqında sənədüzrəpeşəsi, ixtisası |
Təhsil haqqında sənəd, seriya, nömrə |
Bitirmə tarixi |
|
|
|
|
|
|
|
|
|
|
|
|
7. Elmi dərəcəsi , elmi adı [9] ___________________________________________________________
(elmlər doktoru, fəlsəfə doktoru, dosent, professor)
8. Ümumi iş stajı______________________ il____________________ ay____________________ gün
Dövlət qulluğunda iş stajı________________ il__________________ ay___________________ gün
Hazırda işlədiyi idarədə iş stajı________________ il_________________ ay________________ gün
9. Ailə vəziyyəti______________________________________________________________________
10. Ailə tərkibi
Qohumluq dərəcəsi (yaxın qohumlar) |
Soyadı, adı, atasının adı |
Doğulduğu il
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
II. HƏRBİ QEYDİYYAT BARƏDƏ MƏLUMAT
Yaşayış yeri üzrə hərbi
Ehtiyat kateqoriyası________________________ komissarlığın adı__________________________
Hərbi rütbə__________________________________________________________________________
Heyət ____________________________________ Hərbi uçotda durması: ______________________
Hərbi qeydiyyat ixtisası ____________________ - ümumi (komandanın nömrəsi)______________
Hərbi xidmətə yararlılıq ____________________ - xüsusi___________________________________
_______________________________________________
(hərbi kateqoriyasının götürülməsi haqqında qeyd)
III. TƏYİN EDİLMƏ VƏ YERDƏYİŞMƏ
Tarix (gün, ay, il) |
Əmrin nömrəsi |
Struktur bölmə |
Vəzifə |
Əsas |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Arxa tərəf
IV. İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ
Tarix(gün, ay, il) |
Əmrin nömrəsi |
İxtisas dərəcəsi |
İxtisas dərəcəsi verən dövlət orqanının adı |
Qeyd |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
V. Əlavə təhsil [10]
Tarix |
Təhsil proqramının adı (istiqaməti) |
Təhsil müəssisəsinin adı, yerləşdiyi yer |
Müvafiq təhsil sənədləri (diplom, sertifikat, arayış və s.) |
Əsas |
||||
Təhsil almağa başladığı tarix |
Təhsili bitirmə tarixi |
|||||||
Adı |
Seriya, nömrə |
Tarix |
||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
VI. ATTESTASİYA
Attestasiyanın tarixi |
Komissiyanın qərarı |
Sənəd |
Qeyd |
|
Nömrə |
Tarix |
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
VII. MƏZUNİYYƏT
Məzuniyyətin növü |
İş müddəti |
Məzuniyyət günlərinin sayı |
Tarix |
Qeyd |
|||
Başlanma |
Bitmə |
Əsas |
Əlavə |
Başlanma |
Bitmə |
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
11. Şəxsiyyət vəsiqəsi____________ № ______________Verildiyi tarix "______ "______________il
Verilib_______________________________________________________________________________
(orqanın adı)
Q e y d i y ya t a görə :
12. Ünvan: ________________________________________________________________________
Faktiki: Telefon
_____________________________________________________________________________________
VIII. ƏLAVƏ MƏLUMATLAR
__________________________________________________________________________________________________________________________________________________________________________
İşdən azad edilmənin səbəbi
_____________________________________________________________________________________
İşdən çıxma tarixi "______"_____________20 _____il Əmr №_____ "_____"____________20 ____il
Kadrlar şöbəsinin işçisi _______________________________________________________________
(vəzifəsi) (soyadı, adı, atasının adı) (imza)
“Dövlət qulluqçusunun şəxsi işinin
aparılması Qaydaları”na 5 nömrəli Əlavə
Üz tərəf
NƏZARƏT VƏRƏQƏSİ
Şəxsi işin nömrəsi |
Soyadı, adı, atasının adı |
|
Verildiyi tarix
|
Kimə |
İmza |
Telefon nömrəsi |
Qaytarıldığı tarix |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Arxa tərəf
Verildiyi tarix |
Kimə |
İmza |
Telefon nömrəsi |
Qaytarıldığı tarix
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 26 dekabr 2007-ci il tarixli 691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1241)
2. 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)
3. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
© 2009-2022 De Jure.