AZƏRBAYCAN RESPUBLİKASININ
STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ
DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI
QƏRAR № 150111500003
Bakı şəhəri “09” iyun 2015-ci il
Dövlət standartının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır
1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.
1.1. AZS 731-1-2015 (OIC/SMIIC 1:2011) “Halal qida. Ümumi rəhbəredici sənəd” (1 nömrəli əlavə).
1.2. AZS 731-2-2015 (OIC/SMIIC 2:2011) “Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” (2 nömrəli əlavə).
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını təmin etsin.
4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Kollegiyanın sədri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri |
Ramiz Həsənov |
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “09” iyun 2015-ci il tarixli “150111500003” nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_____________________________________________________________________________
HALAL QİDA Ümumi rəhbəredici sənəd
AZS 731-1-2015 (OIC/SMIIC 1:2011)
_____________________________________________________________________________
|
MÜQƏDDİMƏ
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart OIC/SMIIC 1:2011 “General guidelines on halal food” standartının autentik tərcüməsi əsasında hazırlanmışdır.
3. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI _____________________________________________________________________________ HALAL QİDA ÜMUMİ RƏHBƏREDİCİ SƏNƏD AZS 731-1-2015 (OIC /SMIIC 1:2011) GENERAL GUİDELİNES ON HALAL FOOD _____________________________________________________________________________
|
1 TƏTBİQ SAHƏSİ
Bu standart, islam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib- boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları əhatə edir.
Bu standartdakı bütün qaydalar ümumi olub, ölçüsü və mürəkkəbliyindən asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq olunması tələb edilir. Bura xüsusən qida zəncirinin bir və ya daha çox mərhələsində işləyən təşkilatlar da daxildir.
Bu standartın bütün təşkilatlarda tətbiqi əsasları Halal qidanın sertifikatlaşdırılması üzrə standartda göstərilmişdir.
2 NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilmişdir. Aşağıda göstərilən, istinad edilən standartların tələbləri bu standartın tələbləri sayılır.
CAC/RCP 1 – 1969 Recomended International Code of Practice – General Prinsiples of Food Hygienic. (Qida gigiyenasının ümumi prinsipləri - Tövsiyə edilən beynəlxalq kodeks)
Codex Stan 1 – 1985 Codex general Standard for the Labeling of Prepackaged Food (Qablaşdırılmış yeyinti məhsullarının markalanması üçün ümumi kodeks standartı)
CAC/RCP 58, Code of hygienic practice for meat (Ət üçün gigiyenik tətbiq kodeksləri)
ISO 22000, Food safety management systems - Requirements for any organization in the food chain (Qida təhlükəsizliyi idarəetmə sistemləri-Qida zincirindəki bütün təşkilatlar üçün tələblər)
ISO 22005, Traceability in the feed and food chain - General principles and basic requirements for system design and implementation (Yem və qida zəncirinin izlənilməsi - Sistemin layihələndirilməsi və tətbiqi üçün ümumi prinsiplər və əsas tələblər)
3 TERMİN VƏ TƏRİFLƏR
Bu standartda aşağıdakı termin və təri flərdən istifadə edilmişdir.
Bu mətndə olmayan termin və təriflər üçün istinad edilən standartlarda verilən termin və təriflər tətbiq edilir.
3.1 İslam qaydaları
Mənbəyini Qurani-Kərimdən və Məhəmməd peyğəmbərin (s.ə.s.) tətbiqlərindən (sünnə) alan və Allahın (c.c.) müsəlmanlar üçün əmr etdiyi bütün qaydalar.
3.2 Halal qida
İslam qaydaları çərçivəsində istehlakına icazə verilən və bu standartda verilən qaydalara uyğun olan qida və içkilər.
3.3 Zəruri proqramlar (PRP)
İnsanlar üçün istifadəyə yararlı, təhlükəsiz qidaların istehsalı, yüklənməsi - boşaldılması və tədarükü zamanı gigiyenik şəraitin təmin edilməsi üçün zəruri şərtlər və fəaliyyətlər.
3.3.1 Lazımi istehsalat praktikası (GMP)
Qidanın təhlükəsiz və sağlam istehsalı, saxlanılması və paylanması üçün işləyən heyət və gigiyenanın yaradılması ilə əlaqəli fəaliyyətlər.
3.3.2 Lazımi gigiyena praktikası (GHP)
Qida zəncirinin hər mərhələs ində istehsala uyğun qida tədarükünü təmin etmək məqsədilə görülən tədbirlər.
3.4 Qida təhlükəsizliyi
Qidanın istifadə məqsədilə hazırlanması və/və ya yeyiləcəyi təqdirdə istehlakçıya zərər verməyəcəyini ifadə edən anlayış.
3.5 Qida zənciri
Xammal və mənşəyindən başlayaraq istehlak mərhələsinə qədər, emal, istehsal, qablaşdırma, saxlanılma, daşınma, paylanma və marketinq də daxil olmaqla qida istehsalındakı bütün mərhələlər.
3.6 Qida əlavələri
Qidanın istehsal, əməliyyat, rəftar, qablaşdırma və ya saxlanılmasında istifadə edilən, təbii və ya süni, əsas xammallardan fərqlənən, qidanın istehsalında son məhsulu inkişaf etdirmək üçün istifadə edilən qidanın dad, iy, görünüşü və ya bir neçə xüsusiyyəti üzərində qoruyucu və inkişaf etdirici təsiri olan bütün maddələr.
3.7 Soyuq zəncir
Son istehlakçıya çatana qədər əsas keyfiyyətini qorumaq üçün soyuq zəncir tələb edən qida məmulatları üçün zəruri olanı soyudaraq və donduraraq, payla nma və oxşar fəaliyyətlərdən ibarət olan əməliyyatlar.
3.8 Geni modifikasiya olunmuş qidalar (GMQ)
Geni modifikasiya olunmuş məhsulları və/və ya məhsulları özündə birləşdirən qida və içkilər. Geni modifikasiya olunmuş orqanizmlər başqa bir canlı növünə aid genin bitkiyə, heyvana və mikrobioloji qaynağa gen quruluşu dəyişdirmə texnikaları ilə ötürməsi ilə və xammalın DNT-sində (Dezoksiribonuklein turşusu) edilən dəyişikliklərlə əldə edilir.
3.9 Su heyvanları
Suda yaşayaraq suyun xaricində həyatını davam etdirə bilməyən heyvanlar.
3.10 Amfibiyalar
Həm suda, həm də quruda yaşaya bilən heyvanlar.
4 MƏHSULLAR/XİDMƏTLƏR
Bu standart aşağıdakı məhsul və xidmətləri əhatə edir.
4.1. Ət və ət məhsulları;
4.2. Süd və süd məhsulları;
4.3. Yumurta və yumurta məhsulları;
4.4. Taxıl və taxıl məhsulları;
4.5. Bitki və heyvan mənşəli maye və qatı yağlar;
4.6. Meyvə-tərəvəzlər və onların məhsulları;
4.7. Qənd və qənnadı məmulatları;
4.8. İçkilər (Spirtsiz içkilər);
4.9. Bal və arıçılıq məhsulları;
4.10. Dietik əlavələr;
4.11. Qida əlavələri;
4.12. Fermentlər;
4.13. Mikroorqanizmlər;
4.14. Qablaşdırma materialları;
4.15. Qida sahəsində xidmət göstərən bütün təşkilatlar;
4.16. Balıq və balıq məhsulları;
4.17. Su;
4.18. Digəri.
5 QAYDALAR
5.1 Qidanın mənbəyi
5.1.1 Heyvan mənşəli qida
5.1.1.1 Halal heyvanlar
Aşağıdakılar halal heyvanlar olaraq qəbul edilir:
a) Mal, öküz, qoyun, keçi, dəvə, toyuq, qaz, ördək və hind toyuğu əhliləşdirilmiş heyvanlar;
b) Maral, antilop, dağ keçisi, mal və bunlar kimi yırtıcı olmayan vəhşi heyvanlar;
c) Göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan quşlar.
5.1.1.2 Halal olmayan heyvanlar
Aşağıdakılar halal olmayan heyvanlardır:
a) Donuz, it və oxşar növlər;
b) Allahın (c.c) adı anılmadan kəsilmiş heyvanlar;
c) İslam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar;
d) Öz-özünə ölmüş heyvanlar;
e ) Ovunu öldürmək və ya özünü müdafiə etmək üçün öndə buynuzu və ya uzun iti dişləri olan ayı, fil, meymun, qurd, aslan, pələng, bəbir, pişik, çaqqal, tülkü, sincab, kaftar, köstəbək, dələ, Amerika timsahı və timsah kimi heyvanlar ;
f) Qırğı, şahin, qartal, kərkəs, quzğun, qarğa, çalağan, bayquş kimi iti pəncələri olan yırtıcı quşlar;
g) Siçovul, çayan, əqrəb, ilan, vəhşi arılar, siçan və buna bənzər həşəratlar və zəhərli heyvanlar;
h) Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar ;
i) İslamda öldürülməsi qadağan olunan balarısı və şanapipik kimi heyvanlar ;
j) Uzunqulaq və qatırlar;
m) Bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma heyvanları;
k) Halal olmayan heyvanlardan əldə edilən hər hansı məhsullar halal sayılmır.
5.1.2 Su heyvanları
a) Pulcuqlu balıq növləri, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıqların kürüləri və onların məhsulları halaldır. Digər bütün su heyvanları və onların məhsulları halaldır. (Baxın 12.1.2.1)
b) Sağlamlığa zərərli bütün zəhərli su heyvanları halal sayılmır. Zəhərli və zərərli hissələri çıxarıldığı halda halaldır. (Baxın 12.1.2.1)
5.1.3 Amfibiyalar
Bütün amfibiyalar halal sayılmır.
5.1.4 Bitki mənşəli qidalar
Zəhərli və zərərli bitkilərdən başqa bütün bitkilər və onların məhsulları halaldır. Zəhərli və zərərli bitkilərin zəhərli və zərərli hissə ləri çıxarıldığı halda halaldır.
5.1.5 İnsan və heyvan mənşəli qan və digər maddələr
Hər növ qan və məhsulları halal sayılmır.
Sidik, ətənə, peyin, qusuntu, irin, məni (sperma) insanlardan və heyvanların bədən dəliklərindən çıxan yumurta kimi hər növ çirkli maddələr halal sayılmır.
İnsan bədəninin hər hansı bir hissəsinin istehlakı halal sayılmır.
5.2 Kəsim qaydaları
5.2.1 Kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər
a) Kəsim üçün nəzərdə tutulmuş heyvan halal heyvanlardan biri olmalıdır.
b) Kəsim üçün nəzərdə tutulmuş heyvanın sağlamlığını göstərən sənəd baytarlıq xidmətlərinə cavabdeh təşkilat tərəfindən təşkil edilməlidir.
c) Kəsim üçün nəzərdə tutulmuş heyvan kəsim zamanı canlı olmalıdır. Kəsmə prosesi heyvanların işkəncəsinə səbəb olmamalıdır.
d) Standartda baytarlıq əməliyyatına görə, yalnız halal yem ilə bəslənmiş heyvanların kəsilməsinə icazə verilir.
e) Heyvanlar uzaq yol gəlibsə, kəsimdən qabaq istirahətlərinə icazə verilməlidir.
5.2.2 Qəssab
a) Kəsim işləri aparan qəssab əqli sağlam və heyvan kəsiminin tələb etdiyi əsas qaydaları və şərtləri tam olaraq anlayan yetkin bir müsəlman olmalıdır.
b) Kəsim işləri aparan qəssabın gigiyena-sanitariya və halal kəsim qaydaları mövzusunda səlahiyyətli orqan (personalın sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum) tərəfindən verilmiş sertifikatı olmalıdır.
5.2.3 Kəsimdə istifadə olunan alət və vasitələr
a) Kəsim xətti, qidaya uyğun vasitələr təmiz olmalı və yalnız halal kəsim məqsədilə istifadə edilməlidir.
b) Heyvanın başını kəsmək üçün nəzərdə tutulmuş alətlər iti olmalı və poladdan (paslanmayan polad) hazırlanmalıdır.
c) Kəsmə vasitələri kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;
d) Sümük, dırnaq və dişlər dən kəsmək məqsədilə istifadə edilməməlidir.
5.2.4 Sallaqxanalar
Sallaqxanalar yalnız halal heyvan və halal kəsimlərə və Codex CAC-RCP 1 və ya İSO 22000 -də göstərilən zəruri proqramları təmin etməlidir. Sallaqxananın fiziki şərtləri milli qanunvericiliyə uyğun olmalı və aşağıdakılar təmin edilməlidir:
a) Kəsim sahəsində sağlamlıq baxışın aparılmasına uyğun mühit;
b) Girişdə heyvanı qaldırmaq üçün elektriklə işləyən avtomatik və ya əllə işləyən diyircəkli zəncir sistemi olan xüsusi bir sahə;
c) İşin davamlılığını təmin etmək üçün avtomatik, hərəkətli və ya əllə işləyən diyircəkli zəncir relsli sistem;
d) Mal və qoyun-keçi üçün xüsusi hazırlanmış, işçilərin heyvanın dərisini soymaq və cəmdək hazırlanmasına kömək edən, asan və məhsuldar işi təmin edən, sabit və ya hərəkətli yükləmə platformaları və yükləmə sahələri;
e) Tərəzi qurğuları;
f) Cəmdək yuma qurğuları (əsasən avtomatik təzyiqli su);
g) Çirkli alətləri (bıçaq, asılqan və s.) yumaq, dezinfeksiya və sterilizə etmək üçün hər zaman isti suyu olan qablar, antiseptik mayesi olan vannalar, ayaq, diz və ya fotoelementlə işləyən su kranın a taxılmış əlüzyuyan;
h) Müntəzəm istifadə edilən təmiz və təzyiqli su.
i) Bütün dezinfeksiyaedicilər və antiseptik mayelər halal qida sektorunda istifadəyə yararlı olmalıdır.
5.2.5 Sərsəmlətmə
a) Heyvana yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsi (huşun itirilməsi) qadağa olunmalıdır. Ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa (heyvanı sakitləşdirmək və ya onun müqavimətini qırmaq kimi) müqavimətini qırmaq üçün icazə verilən elektrik cərəyanı və tətbiq müddəti bu standartda göstərilən Əlavə A-ya uyğun olmalıdır.
b) Qanadlı quşlara yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsinin (huşun itirilməsi) tətbiqi qadağa olunmalıdır, ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa aşağıdakı şərtlər təmin edilməlidir:
i. Qanadlı quşlar sərsəmlədildikdən, sonra (huşun itirilməsi) və hətta kəsim zamanında canlı və sağlam vəziyyətdə olmalıdır.
ii. Əgər zərurət yaranarsa, elektro-şokun cərəyanı və müddəti, əlavə A-da göstərilən qaydada olmalıdır.
iii. Kəsimdən əvvəl ölən qanadlı quş ölü və haram kimi qəbul edilir. iv. İnsani rəftarla tətbiq olunduğu sübuta yetirilməlidir.
V. Kəsimdən sonra axan qanın miqdarı azalmamalıdır
5.2.6 Kəsim əməliyyatları
5.2.6.1 Heyvanların kəsim əməliyyatları
Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.
5.2.6.1.1 Kəsimdən əvvəl heyvana sağlamlıq baxışı
Kəsimdən əvvəl baxış ilə yanaşı aşağıdakı qaydalar tətbiq edilir:
a) Kəsim üçün nəzərdə tutulmuş heyvana bu standartda göstərilən qaydalara uyğun ixtisaslaşdırılmış bir baytar tərəfindən nəzarət edilməlidir.
b) Hamiləlik müddətinin 1/3-ni başa vurmuş heyvanlar kəsilməməlidir.
5.2.6.1.2 Heyvanın təmizlənməsi və yuyulması
Kəsimə göndərilən heyvanlar nəcisdən, sidikdən və palçıqdan təmizlənmiş olmalıdır. Çirkli heyvanlar yarış atlarının saxlandıqları yerlərdə və ya yuyulmaq məqsədilə xüsusi ayrılmış sahələrdə təmizlənməlidir. Heyvan sulu olarkən kəsilməməsi tövsiyə edilir.
5.2.6.1.3 Fərqli heyvanların qarışmağının qarşısının alınması
Fərqli heyvanların yarış atlarının saxlandıqları yerlərə gətirilməsi, təmizlənməsi və sallaqxanaya gətirilməsi zamanı qarışmamağına xüsusilə diqqət yetirilməlidir.
5.2.6.1.4 Heyvanın kəsim sahəsinə aparılması
Kəsiləcək heyvan dəhliz boyunca ixtisaslaşdırılmış heyət tərəfindən əziyyət verilmədən kəsim sahəsinə aparılmalıdır.
Heyvanın kəsim üçün aparıldığı dəhlizin sonunda, sırada gözləyən heyvanın əvvəlki heyvanın kəsilməsini görməyinin qarşısını alan hərəkətli pərdələr və ya bölüm sistemləri olmalıdır.
5.2.6.1.5 Əməliyyat
a) Heyvan qaldırıldıqdan və ya üzü Qibləyə (Məkkə tərəfə) baxacaq şəkildə çevrilərək sol tərəfinə yatırıldıqdan sonra kəsilməlidir. Heyvan qaldırıldıqda və ya uzadıldıqda əziyyətin azaldılmasına qayğı göstərilməli və bu mövqedə çox saxlanılmamaladır.
b) Heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən “BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks təqdirdə kəsim halal sayılmaz. Sonra hər bir heyvanın kəsimində halal kəsim üçün Allahın adı təkrar edilməlidir.
c) Kəsim hər heyvana sadəcə bir dəfə tətbiq edilməlidir. Heyvanın avtomatik bıçaqla kəsilməsinə, kəsim əsnasında bıçağın geri çəkilməməsi şərti ilə icazə verilir.
d) Halal kəsim qırtlağın (adəm alması) bir az altındakı nöqtədən və uzun boyunlu heyvanlar üçün daha yuxarıdan yarılmağa başlanılmalıdır.
e) Qanama və ölümü sürətləndirmək üçün, kəsim əsnasında nəfəs borusu (halqum), qida borusu (mari), boyun arteriyası və şah damarı (wadajain) kəsilməlidir. Qanama özbaşına olmalı və bitməlidir. Qanama müddəti qanamanın bitməsinə və ölümün tam həyata keçirilməsi üçün kifayət etməlidir.
5.2.6.1.6 Cəmdək və içalata kəsimdən sonrakı baxış
Kəsimdən sonrakı baxış səlahiyyətli baytar tərəfindən aparılmalıdır. Cəmdək və cəmdək hissələrinin sağlamlıq və gigiyena şərtlərini təmin etməsi üçün qiymətləndirmə CAC/RCP 58-də göstərilən tələblərə uyğun olmalıdır.
5.2.6.1.7 Cəmdəyin yuyulması və möhürlənməsi
Yuyulma, qurutma, soyudulma və dondurulma müvafiq alət və cihazlarla edilməlidir. Möhürlənmə halal tərkibli qidalarda istifadəyə yararlı mürəkkəblə edilməlidir. Otağın ən aşağı temperatur həddi maksimum 4 ºC-də olmalıdır.
5.2.6.2 Quşların kəsilmə əməliyyatı
Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.
5.2.6.2.1 Quşların sallaqxanaya aparılması və kəsimə verilməsi
Sallaqxanaya gətirilən quşlar mümkün olduqca ən qısa bir müddətdə kəsimə verilməlidir.
5.2.6.2.2 Kəsimdən qabaq quşlara sağlamlıq baxışı
Kəsimdən qabaq baxışa əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir:
a) Kəsiləcək quşlar bu standartda göstərilən qaydalara uyğun səlahiyyətli bir baytar tərəfindən nəzarət edilməlidir. Ölü, xəstə olduğu təsdiq edilən və ya xəstə olduğu şübhəsini daşıyan quşlar dərhal karantin sahəsinə çıxarılmalı və qanuni işlər yerinə yetirilməlidir.
b) Ölmüş və ya ölmək üzrə olan quşların kəsim xəttinə girmədiyindən əmin olmaq üçün nəzarət edilməlidir.
5.2.6.2.3 Əməliyyat
a) Qəssab qanadlı quşun başını bir əli ilə tutmalı, möhkəm aşağıya doğru çəkməli və digər əlində tutduğu iti qəssab bıçağı ilə boynunu İslami qaydalara uyğun kəsməlidir.
b) Bunlara əlavə olaraq Maddə 5.2.6.1.5-də verilən dini qaydalara riayət olunmalıdır.
5.2.6.2.3.1 Mexaniki kəsim
Mexaniki kəsim avadanlıqlarından (mexaniki bıçaqdan) istifadə etməklə kəsim aparıla bilməz.
5.2.6.2.3.2 Qanadlı quşun avtomatlaşdırılmış emalı ilə məşğul olan əməliyyat müəssisələrində əl ilə kəsim
Əl ilə kəsim mövcud yoxlama sistemi olduqda istifadə ed ilə bilər.
Məhsulun üzərində əl ilə kəsim edildiyini ifadə edən xüsusi qeyd yer almalıdır.
a) Qəssab yetkin bir Müsəlman olmalıdır;
b) Qəssab kəsimdən əvvəl hər bir qanadlı quş üçün “BİSMİLLAH” kəlməsi deməlidir;
c) Quşun başını kəsmək üçün istifadə edilən bıçaq tək uclu, iti olmalı və poladdan (paslanmayan poladdan) hazırlanmalıdır. Bıçaq üfüqi istiqamətdə hərəkət etməli, kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;
d) Qanamanı və ölümü sürətləndirmək üçün kəsim zamanı qanadlı quşun nəfəs borusu (halqum), qida borusu (mari) və boyun arteriyası və şah damarı (wadajain) kəsilməlidir;
e) Qəssab hər bir qanadlı quşun düzgün şəkildə kəsildiyinə nəzarət etməlidir;
f) Qanama müddəti ən azı 180 saniyə olmalıdır.
5.2.6.2.4 Tükdən təmizləmə əməliyyatı
Tükdən təmizləmə əməliyyatını asanlaşdırmaq üçün cəmdəklər par əməliyyatından keçməlidir. Par əməliyyatında isti sudan və ya isti havadan istifadə edilir.
5.2.6.2.5 Cəmdəyə sağlamlıq baxışı
Kəsimdən sonrakı nəzarətə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilməlidir:
a) Hər cəmdəyə yuyulduqdan sonra baxış keçirilməlidir. Baxış üzv ölkələrdəki ət nəzarəti qanunvericiliyi və baytarlıq xidmətləri standartlarına uyğun olaraq aparılmalıdır;
b) Baxış nəticəsi şübhə yaradırsa, şübhəli nümunə analiz üçün laboratoriyaya göndərilməlidir. Bu halda cəmdək xüsusi olaraq ayrılmış yerdə uyğun temperaturda mühafizə edilməlidir. Laboratoriyanın analiz nəticələrinə əsasən qərar verilir.
5.2.6.3 Digər heyvanlar üçün kəsim
5.2.6.3.1 Balıqların kəsilməsinə ehtiyac yoxdur. Onlar canlı vəziyyətdə sudan çıxarılmalı və ölümləri sudan kənarda həyata keçirilməlidir.
5.2.6.3.2 “BİSMİLLAH” kəlməsi deyərək ovlanmış və uyğun şəkildə öldürülmüş halal heyvanlar halal kəsilmiş kimi qiymətləndirilir. Canlı tutulan heyvanlar İslam qaydalarına uyğun olaraq kəsilməlidir. Yırtıcı ov heyvanları və ya ov quşları tərəfindən ölü olaraq tutulan heyvanlar və ya ölü heyvanın hər hansı bir parçası bu ov heyvanları tərəfindən yeyilmədiyi müddət də halal olaraq qəbul edilir, əks halda "Halal olmayan" şəklində qiymətləndirilir .
5.3 Ət və ət məhsulları
a) Maddə 5.1.1.1-də göstərilən halal heyvanların cəmdəklərindən və maddə 5.2.6.1 və maddə 5.2.6.2-yə uyğun olaraq hazırlanmış ətlər Maddə 13-dəki qanuni qaydalara uyğun olmalıdır.
b) Ət və ət məhsullarında qoruyucu kimi istifadə edilən qida əlavələri tərkibində halal olmayan komponentlər ehtiva etməməli və ya İslam qaydalarından kənar həyata keçirilən, əməliyyata köməkçi maddələr də daxil olmaqla, hər hansı bir əməliyyatdan keçmiş olmamalıdır.
5.4 Süd və süd məhsulları
a) Maddə 5.1.1.1-də göstərilən heyvanlardan əldə edilən süd və süd məhsulları halaldır.
b) Qursaq mayası və jel atin kimi qida əlavələri halal olmayan məhsullardan emal edilməməlidir.
5.5 Yumurta və yumurta məhsulları
a) Maddə 5.1.1.1 və maddə 5.1.2-də göstərilən halal heyvanlardan əldə edilmiş yumurta və yumurta məhsulları halaldır.
b) Yumurta məhsulları halal olmayan tərkibə malik olmamalıdır .
c) Balıq kimi kəsilməsinə ehtiyac olmayan heyvanlardan əldə edilən kürülər istehlak üçün təhlükəsiz olduğu halda halaldır.
5.6 Taxıl və taxıl məhsulları, bitki və heyvan mənşəli piylər və duru yağlar, meyvə-tərəvəzlər və ondan hazırlanan məhsullar, qənd və qənnadı məmulatlar
Bütün qidalar, halal əməliyyatlardan istifadə edilərək halal mənşəli maddələrdən emal edilməlidir.
5.7 İçki
a) Zəhərli, bihuş edən və ya zərərli içkilərdən başqa hər növ su və spirtsiz içki halaldır.
b) Spirti özündə birləşdirən hər növ məhsul və ya içki, bişirmə məqsədli ya da şirniyyat qatışığı olaraq istifadə edilməsi belə İslam qaydalarına görə qadağandır.
c) İçkilərdə boyayıcı və qoruyucu kimi istifadə edilən qida əlavəli maddələri qidada istifadəyə uyğun olmayan və halal olmayan tərkiblərdən emal edilməməlidir .
5.8 Bal və arıçılıq məhsulları
a) Arıların bitkilərdən yığaraq ifraz etdikləri və insan sağlamlığına zərərli olmayan arıçılıq məmulatları (bal, arı şanı, arı südü) halaldır. b) Balın içindən çıxan bal arısının hissələri və qarşısı alınmayan digər parçalar halal olaraq xarakterizə edilir.
5.9 Qida gücləndiriciləri
Qida gücləndiriciləri bitki və heyvanlar kimi halal qaynaqlardan emal edilməli və halal olmayan komponenti özündə birləşdirməməlidir.
5.10 Geni modifikasiya olunmuş qidalar (GMQ)
Halal yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağandır.
5.11 Qida əlavələri
Qida qatqı maddələri də qida olaraq qəbul edilir. Halal olmayan tərkiblə hazırlanmış qida əlavələri halal sayılmır.
5.12 Fermentlər
Xammal, emala kömək edən maddələr və ya son məhsul olaraq istifadə edilən fermentlər halal qaynaqlardan əldə edilməli və etiket məlumatlarında qeyd edilməlidir.
5.13 Mikroorqanizmlər
İnsan sağlamlığı baxımından zəhərli və / və ya zərərli (insanlar üçün patogen və toksiki) olanlardan başqa bakteriya, göbələk, maya kimi mikroorqanizmlər halaldır. Qida və ya qida emalında istifadə edilən mikroorqanizmlər halal mühitdə istifadə olunaraq istehsal edilməlidir. Mayanın çıxarışı və ya bunlardan əldə edilən digər məhsullar üçün pivə mayası istifadə edilməməlidir.
5.14 Qablaşdırma vasitələri
a) Qablaşdırma vasitələri halal olmayan hər hansı bir maddədən hazırlanmamalıdır.
b) Qablaşdırma vasitələri halal olmayan vəsaitlərə toxunmayan avadanlıqdan istifadə edilərək hazırlanmalı, işl ənməli və ya emal edilməlidir.
c) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı yuxarıda göstərilən a) və ya b) bəndindəki şərtləri təmin etməyən qablaşdırma vasitələri digər qidalardan və ya halal olmayan digər vasitələrdən fiziki olaraq ayrılmalıdır.
d) Qablaşdırma vasitələri insan sağlamlığına zərərli olaraq qiymətləndirilən maddələri özündə birləşdirməməlidir.
5.15 Digər məhsullar
Yuxarıda maddə 5.3 - 5.14-ə daxil olmayan məmulatlar halal olmayan maddələrdən emal edilməməli, spirt və spirt məhsulları ilə işlənməməlidir (tərkibinə daxil olmamalı və onla rla təmasda olmamalıdır).
5.16 Qida xidməti göstərən bütün təşkilatlar
Bütün qida xidməti və müəssisələri aşağıdakı qaydaları təmin edərlərsə , halaldır:
a) Yalnız Maddə 5-dəki məmulat, məmulat qrupları və vəsaitlərlə əlaqəli qaydaları təmin edirsə;
b) Məhsulların xidmət və satışı zamanı və yalnız halal qida üçün istifadə edilən tamamilə ayrı vasitə və vəsaitlər;
d) Qidaların heç bir şəkildə spirtli içki ilə paylanmasına icazə verilmirsə;
c) Əgər bir müəssisədə halal olmayan məhsul istehsal edilirsə və halal istehsala keçmək planlaşdırılırsa, halal istehsala başlamadan İslam qaydalarına (Əlavə B) görə təmizlik əməliyyatları aparılmalıdır. İstehsalın əvvəl halal olmayan sonra yenidən halal istehsala çevrilməsinə icazə verilməməlidir.
6 QİDA EMALI
Bütün emal edilmiş qidalar aşağıdakı qaydaları təmin etdiyi halda halal sayılır:
a) İslam qaydalarına görə məmulatlar və ya onların komponentləri halal olmayan ünsür əks etdirmirsə;
b) Məmulatlar islam qaydalarına görə halal olaraq qəbul edilməyən hər hansı bir miqdarda hər hansı bir maddə özündə birləşdirmirsə;
c) Məmulat və komponentləri təhlükəsizdirsə;
d) Halal olmayan vəsaitlərə dəyməmiş avadanlıq və vasitələrlə hazırlanmış, işlənmiş və ya emal edilmişsə.
e) Hazırlama, istehsal, saxlanma və daşınma zamanı İslam qaydalarına görə halal olmayan və ya yuxarıda a), b), c) və d) bəndindəki şərtləri təmin etməyən qidalar digər vəsaitlərdən fi ziki olaraq ayrılmalıdır.
7 AVADANLIQLAR, VASİTƏLƏR VƏ İSTEHSAL
XƏTLƏRİ
a) Halal qida əməliyyatında istifadə edilən avadanlıqlar, vasitələr və istehsal xəttləri İslam qaydalarına görə halal olaraq qəbul edilməyən vəsaitlərdən hazırlanmamalı və ya bunları özündə birləşdirməməli və yalnız halal qidalar üçün istifadə edilməlidir.
b) Halal olmayan məmulat çirklənmiş bir istehsalat xəttinin halal istehsal xəttinə çevrilməsi halında, gigiyena və sanitariya qaydalarına görə yuyulmalı və təmizlənməlidir. Dəyişdikdən sonra istehsal xətti yalnız halal qida üçün işlədilməlidir. İstehsal xəttinin əvvəl halal olmayan istehsala, sonra yenidən halal istehsal xəttinə qaytarılmasına icazə verilməməlidir.
c) Qida ilə təmasda olan avadanlıq ların və cihazların baxışı zamanı istifadə edilən yağlar qidada istifadəyə yararlı yağlar olmalı və halal olmayan component ehtiva etməməlidir.
d) məmulatın keyfiyyətinə və ya yararlığına təsir edən əməliyyatlarda istifadə edilən ölçmə və təcrübə cihazları kalibrlənməlidir.
8 SAXLANMA, NÜMAYİŞ, PAYLANMA VƏ DAŞINMA
a) Yığılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanan məhsul və bütün halal qidaların saxlanmasında, daşınmasında halal olaraq təsnifləşdirilməli və arkalanmalı, hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasının qarşısı alınması üçün ayrı saxlanmalıdır.
b) Daşınma qidanın xüsusiyyətinə uyğun olmalıdır. Nəqliyyat vasitələri gigiyena və sanitariya qaydaların a cavab verməlidir.
9 GİGİYENA SANİTARİYA VƏ QİDA TƏHLÜKƏSİZLİYİ
a) Halal qida hazırlığının əsas şərtlərindən biri gigiyena sanitariya və qida təhlükəsizliyidir.
b) Halal qidaların hazırlanması, istehsal prosesi, qablaşdırılması, daşınması və saxlanılması Codex CAC / RCP 1-ə və digər müvafiq kodeks və beynəlxalq standartlardakı gigiyena və sanitariya qaydalarına uyğun şəkildə həyata keçirilməlidir.
c) Gigiyena və sanitariya üçün istifadə edilən kimyəvi maddələr və vasitələr halal qida sektorunda istifadəyə uyğun olmalıdır.
d) Qida təhlükəsizliyilə əlaqədar bütün tədbirlər halal qida sektoruna uyğun olmalıdır.
10 YOXLAMA VƏ TƏSDİQLƏMƏ
10.1 Metodların yoxlanması və təsdiqlənməsi
Halal olmayan mənbələrin və tərkibin qiymətləndirilməsi məqsədilə aparılan müayinə və təcrübələr milli və beynəlxalq səviyyədə tanınan yoxlama və təsdiqləmə müayinə və təcrübə metodlarına uyğun olaraq həyata keçirilməlidir.
10.2 Proseslərin yoxlanması və məmulatın təsdiqi
a) Halal qidanın istehsal prosesləri müvafiq beynəlxalq standartlarda göstərildiyi kimi yoxlanmalı və halal qida məmulatları Maddə 10.1-də təyin olunan metodlara görə təsdiqlənməlidir.
b) Qablaşdırılma maddə 12.1.2-də göstərilən markalanma şərtlərinə uyğun olmalıdır.
11 EYNİLƏŞDİRMƏ VƏ İZLƏNMƏ
a) İstehsalın bütün mərhələlərində müvafiq yerlərdə halal qida uyğun vasitələrlə eyniləşdirilməlidir. Halal qidanın statusu monitorinq və ölçmə qaydalarına görə təyin olunmalıdır.
b) İzlənmə lazım olduğu hallarda, məhsula nəzarət edilməli və ona xas xüsusiyyəti qeydə alınmalıdır.
c) Halal qida üçün izlənmə sisteminin işlənib hazırlanmasına və həyata keçirilməsinə dair əsas tələblər və prinsiplər ISO 22000, ISO 22005 və ya Codex CAC / RCP 1-də təyin edilib. Qida zəncirinin hər hansı bir mərhələsində işləyən təşkilatlarda tətbiq oluna bilər .
12 BAZARA ÇIXARILMA
a) Saxlanılan, nümayiş edilən, satılan və ya müştəriyə paylanılan məhsullar və bütün halal qidalar halal olaraq təsnifləşdirilməli və markalanmalıdır.
b) Hər mərhələdə halal olmayan maddələrlə qarışması və yoluxmasına maneə törətmək üçün ayrı saxlanılmalıdır.
12.1 Qablaşdırılma və markalanma
12.1.1 Qablaşdırılma
a) Halal qidalar maddə 5.14-dəki şərtləri təmin edən qablaşdırma vəsaitlərilə lazımi şəkildə qablaşdırılmalıdır.
b) Qablaşdırılma əməliyyatı təmiz və gigiyenik bir şəkildə, məmulatın təhlüksizliyin və keyfiyyətini qoruyacaq sağlam bir mühit və münasib temperaturda aparılmalıdır.
c) Cəmdəklər, ətin keyfiyyət və təhlükəsiziliyinə hər hansı bir mənfi təsiri olmayacaq təmiz, yeni, möhkəm və qoxusuz qablar da münasib bir şəkildə qablaşdırılmalıdır.
12.1.2 Markalanma
12.1.2.1 ISO 22000 və ya Codex CAC / RCP 1 və CODEX STAN 1-də verilən qaydalara əlavə olaraq aşağıda verilən məlumatlar oxunula bilən və silinməyən şəkildə işarələnməli və ya qaba bu məhsulları özündə birləşdirən bir etiket vurulmalıdır:
a) Məhsulun adı;
b) Tərkibi;
c) Son istehlak tarixi;
d) Netto kütləsi (kq, q) (Сİ sistemi);
e) Firmanın adı və ya ünvanı, idxal və / və ya paylayıcı və ticarət markası;
f) Tədqiqat üçün istehsal və partiya nömrəsini ifadə edən kod nömrəsi;
g) Ölkə;
h) Tələb olunan hallarda istifadə təlimatı;
i) Məhsul qursaq mayası və jelatin kimi heyvan mənşəli yağ, ət əvəzləyiciləri və tərkiblərini özündə birləşdirirsə, heyvan mənşəli bu tərkiblər məhsulun üzərindəki etiket məlumatlarında göstərilməlidir ;
j) Məhsulda GMO varsa, bu hal açıq şəkildə göstərilməlidir;
k) Halal işarəsi varsa, sənədin və sertifikatın nömrəsi məhsulun üzərində göstərilməlidir;
l) Məhsulun vəziyyəti (qurudulmuş, təzə, dondurulmuş, hislənmiş və s.);
m) Hər cür pulcuqlu balıq, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıq kürüsü və ondan hazırlanan məhsullar və onların əlavə məhsulları "pulcuqlu balıq" kimi münasib bir şəkildə markalanmalıdır. Digər bütün su heyvanları və onlardan hazırlanan məhsullar "pulcuqsuz balıq və digərləri" kimi münasib bir şəkildə markalanmalıdır.
12.1.2.2 İlkin xammal üçün ISO 22000 və Codex CAC / RCP1- də göstərilən qaydalara əlavə olaraq etiket və ya işarələmə aşağıdakı məlumatları əks etdirməlidir.
a) Kəsim tarixi;
b) İstehsal tarixi;
c) Cəmdə yin üzərində müvafiq məlumatları daşıyan baytarlıq sağlamlıq hesabatı / sertifikat nömrəsi;
d) Möhür dəyişdirilə bilinməməli və möhürdə istifadə edilən mürəkkəb silinməyən və qidadan istifadəyə yararlı olmalıdır;
e) Xüsusi kəsilmiş hər cəmdəyin (soyudulmuş və ya dondurulmuş) son paketi səlahiyyətli təşkilatın rəsmi möhürü və səlahiyyətli bir adam tərəfindən kəsimin nüfuzlu orqan tərəfindən nəzarət edildiyini ifadə edən şəkildə möhürlənməlidir;
f) Halal işarəsi istifadə edildikdə sənədin və sertifikatın nömrəsi məmulatın üzərində göstərilməlidir.
13 QANUNİ QAYDALAR
Məmulat bu standartda verilən qaydalardan başqa ölkədə hal-hazırda qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olmalıdır.
Əlavə A
(məcburi)
Şəkil 1 – Elektriklə sərsəmlətmək üçün rəhbəredici parametrlər
Heyvan növü |
Cərəyan (Amper) |
Müddət (Saniyə) |
Toyuq |
0,25-0,50 |
3,00-5,00 |
Quzu |
0,50-0,90 |
2,00-3,00 |
Keçi |
0,70-1,00 |
2,00-3,00 |
Qoyun |
0,70-1,20 |
2,00-3,00 |
Dana |
0,50-1,50 |
3,00 |
Cöngə |
1,50-2,50 |
2,00-3,00 |
İnək |
2,00-3,00 |
2,50-3,50 |
Buğa |
2,50-3,50 |
3,00-4,00 |
Kəl |
2,50-3,50 |
3,00-4,00 |
Dəvəquşu |
0,75 |
10,00 |
Qeyd: Elektrik cərəyanı və müddəti heyvanın növü, kütləsi və digər dəyişən faktorlar nəzərə alınmaqla müəssisə tərəfindən təsdiqlənməli və təyin olunmalıdır. |
Əlavə B
(Məcburi)
İslam qaydalarına görə təmizlik üsulu
B1. Ümumi qaydalar
İstənilən halda nəcis görünən və ya görünməz olsa da təmizlənməlidir. Nəcisi təmizləmək üçün:
a) Biri torpaqla qarışıq su olmaqla yeddi dəfə yuyulmalıdır;
b) Bir neçə dəfə yumaq lazım olsa belə, ilk yuyulmadan sonra nəcis qalmamalıdır.
İlkin təmizlikdən sonra su qalmamalı və sonrakı yuyulma ikinci yuma olaraq qəbul edilməlidir;
c) İstifadə edilən torpağın miqdarı yalnız bir suspenziya əmələ gətirməyə çatacaq qədər olmalıdır;
d) Üzərində torpaq olan məhsulların istifadəsinə icazə verilir.
B2. Torpaq ilə əlaqəli şərtlər
a) Nəcisdən kənar olmalı,
b) Müstəməl (təyəmmüm üçün istifadə edilmiş) torpaq olmamalıdır. Şiddətli yağışın altında qalıbsa, istifadə edilə bilər.
B3. Su ilə əlaqəli şərtlər
a) Təbii olmalı,
b) İstifadə edilmiş1 olmamalı, c) Nəcisdən kənar olmalıdır.
1 İstifadə edilmiş su iki qullahtan (təxmini 192 L) daha az təmizlik üçün istifadə edilmiş sudu
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “09” iyun 2015-ci il tarixli “150111500003” nömrəli Qərarı ilə təsdiq edilmişdir. 2 nömrəli əlavə
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
_____________________________________________________________________________
Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd
AZS 731-2-2015 (OIC/SMIIC 2:2011)
_____________________________________________________________________________
|
MÜQƏDDİMƏ
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart OIC/SMIIC 2:2011 “Guidelines for bodies providing halal certification” standartının autentik tərcüməsi əsasında hazırlanmışdır.
3. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
___________________________________________________________________________ Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd AZS 731-2-2015 (OIC/SMIIC 2:2011)
Guidelines for bodies providing halal certification
___________________________________________________________________________
|
1 TƏTBİQ SAHƏSİ
1.1 Bu rəhbəredici sənəd halal sertifikatlaşdırma orqanlarına və halal sertifikatlaşdırma fəaliyyətlərinə olan tələbləri müəyyən edir.
1.2 Aşağıda göstərilənlərdən biri və ya daha çoxu halal sertifikatlaşdırma sisitemidə halal sertifikatlaşdırma orqanı tərəfindən istifadə edilə bilər hansı ki, İSO/İEC-in 53-cü rəhbəredici sənədində təsvir edildiyi kimi istehsala nəzarət və ya qiymətləndirmə və təchizatçının idarəetmə sisteminə nəzarət ərzaq təhlükəsizliyinə nəzarət sistemi kimi (FSMS) və/və ya hər ikisi birlikdə ola bilər:
a) Sınaq növü və ya yoxlama;
b) Bazardan və ya tədarükçünün anbarından və ya hər ikisinin birləşməsindən götürülən nümunələrin müayinəsi və ya sınağı;
c) Yeni olub və ya artıq istifadə olunan hər məsulun və ya xüsusi məhsulun müayinəsi və ya sınağı;
d) Partiyalarla sınaq və ya yoxlama; və
e) Layihənin qiymətləndirilməsi.
Bu rəhbəredici göstərişlər səlahiyyətli, ardıcıl və qərəzsiz audit üçün prinsipləri və tələbləri özündə ehtiva edir və halal məhsul/xidmət və/və ya idarəetmə sistemlərinin sertifikatlaşdırılması üçün orqanları bu fəaliyyətlərlə təmin edir.
Halal məhsul/xidmət və/və ya idarəetmə sistemlərinin sertifikatlaşdırılması (bu rəhbəredici göstərişlərdə “halal sertifikatlaşdırma” kimi adlanır) üçüncü uyğunluq qiymətləndirilməsi fəaliyyətidir. Buna görə də bu fəaliyyəti həyata keçirən orqanlar üçüncü uyğunluq qiymətləndirilməsi orqanlarıdır (bu rəhbəredici göstərişlərdə “halal sertifikatlaşdırma orqanı/orqanları” kimi adlanır).
Qeyd 1 – Halal sertifikatlaşdırma orqanı qeyri dövlət və ya dövlət təşkilatı ola bilər.
Qeyd 2 – OİC/SMİİC Rəhbəredici göstərişlərdə akkreditasiya və ya ekspert qiymətləndirilməsi və ya digər audit prosesləri üçün meyarlar sənədi kimi istifadə edilə bilər.
2 NORMATİV İSTİNADLAR
Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.
· OIC/SMIIC 1: 2011, Halal qidada ümumi rəhbəredici göstərişlər,
· İSO/İEC-in 23-cü rəhbəredici sənədi, üçüncü sertifikatlaşdırma sistemləri üçün standartlar ilə uyğunluğun göstərilməsinin metodları,
· ISO/IEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər”,
· ISO/IEC 17020 İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar"
· İSO/İEC-in 53-cü rəhbəredici sənədi, Uyğunluq qiymətləndiriilməsi – Rəhbəredici göstəriş məhsul sertifikatlaşdırılmasında təşkilatın keyfiyyətin idarəetmə sistemində istifadə edilir,
· ISO/IEC 17021-2014, Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini aparan orqanlara tələblər”
· ISO 9000-2012, Keyfiyyəti idarəetmə sistemləri - əsas müddəalar və lüğət,
· ISO 19011-2014 İdarəetmə sistemlərinin auditi üzrə rəhbəredici sənəd,
· ISO 22000-2014, Qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemləri-ərzaq istehsalı zəncirində iştirak edən təşkilatlara olan tələblər,
· ISO/IEC 17000-2012, Uyğunluğun qiymətləndirilməsi – Lüğət və ümumi prinsiplər,
· İSO/İEC-in 65-ci rəhbəredici sənədi, məhsul sertifikatlaşdırma sistemləri təmin edən təşkilatlar üçün ümumi tələblər,
· ISO/TS 22003, Ərzaq təhlükəsizliyi idarəetmə sistemləri – auditi təmin edən orqanlar və ərzaq təhlükəsizlik idarəetmə sistemlərində sertifikatlaşdırma üçün tələblər.
3 TERMİN VƏ TƏRİFLƏR
Bu sənədin məqsədləri üçün, termin və təriflər ISO 9000:2005, ISO/IEC 17000, ISO/IEC 17021, ISO 22000, ISO/TS 22003-də və aşağıdakı istinadlarda verilib.
Qeyd – Bu OİC/SMİİC-in rəhbəedici göstərişlərində “məhsul” və “xidmət” terminləri ayrı-ayrı işlədilir hansı ki, İSO/İEC 17000-də məhsulun verilən tərifinə uyğun deyildir.
3.1 Halal sertifikatlaşdırma
Halal sertifikatlaşdırma orqanları tərəfindən halal məhsullar/xidmətləri təsdiqləmək üçün həyata keçirilən fəaliyyətdir.
3.2 Halal səlahiyyətli orqan
OİC/SMİİC-ə üzv ölkələr tərəfindən İslam dəyərləri əsasında hazırlanan standartlarda halal məsələləri ilə bağlı nəzarəti həyata keçirən müəssisə.
3.3 Müqavilə
Müraciət edən tərəf və halal sertifikatlaşma orqanı arasında imzalanan razılaşma, halal məhsul/xidmətə verilən loqonu istifadə etmək hüququ üçün qaydaları tənzimləyir.
3.4 Texniki auditor
Halal sertifikatlaşdırma orqanı tərəfindən rəsmi təyin edilmiş xüsusi emal texnologiyası və ya sahəsində halal prosedurlar və tələblərin auditin həyat keçirən texniki səriştəli şəxs.
3.5 Texniki ekspert
Halal sertifikatlaşdırma orqanı tərəfindən rəsmi təyin edilmiş xüsusi emal texnologiyası və ya sahəsində texniki səriştəli şəxs.
3.6 İslam məsələləri üzrə ekspert
Halal və halal olmayan mövzularda İslam qaydaları haqqında dərin və əhatəli biliklərə sahib olan və əlaqədar təşkilat (halal səlahiyyətli orqan) tərəfindən səlahiyyətli və halal sertifikatlaşdırma orqanı tərəfindən təyin edilmiş müsəlman.
3.7 Halal nişan/etiket/loqo
OİC/SMİİC-in təsdiq etdiyi nişan/etiket/loqonu istifadə etmək hüququ halal məhsul/xidmət və ya idarəetmə sistemi üçün halal sertifikatlaşdırma orqanı tərəfindən verilmişdir.
3.8 Dayandırma
Əvvəllər verilən halal sertifikatı ilə bağlı halal sertifikatlaşdırma orqanının qərarı ilə müəyyən bir müddət üçün nişanın istifadə hüququnun dayandırılması.
3.9 Sifarişçi
Halal məhsul/xidmətin sertifikatlaşdırılması üçün müraciət edən hüquqi və ya fiziki şəxs.
3.10 Sertifikat sahibi/sertifikatlaşdırılmış müştəri/təchizatçı
Halal tələblər əsasında sertifikatlaşdırılmış halal məhsul/xidmət və ya idarəetmə sistemi ilə təchiz edən hüquqi və ya fiziki şəxs.
4 PRİNSİPLƏR
4.1 Bu rəhbəredici göstərişlərdə növbəti səmərəli istifadə və təsviri tələblər üçün ISO/IEC 17021:2006-nın 4-cü bəndində verilən prinsiplər əsasdır. Gözlənilməz hallar üçün tətbiq ediləcək qərarlarda bu prinsiplər tətbiq edilməlidir. Prinsiplər tələblər deyil.
4.2 İslam həssaslığı
Halal sertifikatlaşdırma orqanı İslamın əsas prinsiplərinə və ya İslam qaydalarına riayət etməlidir.
4.3 İslam dəyərlərinə öhdəçilik
Hala sertifikatlaşdırma orqanları və onun bütün işçiləri İslami dəyərlərə xüsusilə halal ilə bağlı öhdəliklərə sadiq olmalıdır. “Riayət” və “İslam həssaslıqlarına yanaşma və hörmətlə bağlı narahatlılar” digər tərəflərin üzərinə qoyulur və uyğunluq üçün məcbur edilir.
5 ÜMUMİ TƏLƏBLƏR
5.1 Ümumi
ISO/IEC 17021:2006-nın 5.1-ci bəndində verilən bütün tələblər tətbiq edilir.
5.1.1 Hüquqi və İslami məsuliyyət
ISO/IEC 17021:2006-nın 6.1-ci bəndində verilən bütün tələblər və aşağıdakı tətbiq edilir.
Halal sertifikatlaşdırma orqanı müsəlman müəssisəsi olmalıdır və müsəlmanlar üçün halal məhsul/xidmətin müvafiq təchizatının vacibliyinə dərin inam vardır və İslam məsuliyyətini təmin etmək üçün müvafiq addımlar bütün fəaliyyətlərdə müşahidə edilmişdir. Halal sertifikatlaşdırma orqanları bütün İslam tələblərinə uyğunluq üçün məsuliyyət daşıyır.
5.1.2 Halal sertifikatlaşdırma müqaviləsi
ISO/IEC 17021:2006-nın 5.1.2-ci bəndində verilən bütün tələblər tətbiq edilir.
5.1.3 Halal sertifikatlaşdırma qərarları üçün məsuliyyət
ISO/IEC 17021:2006-nın 5.1.3-cü bəndində verilən bütün tələblər tətbiq edilir.
5.2 Qərəzsiz idarəetmə
ISO/IEC 17021:2006-nın 5.2-ci bəndində verilən bütün tələblər və aşağıdakı tətbiq edilir.
5.2.1 Halal sertifikatlaşdırma orqanı və bərabərhüquqlu müəssisənin hər hansı hissəsi halal sertifikatlaşdırma və ya ərzaq təhlükəsizliyini idarəetmə sistemi sahəsində məsləhət xidmətləri (FSMS) təklif və ya təmin etmir.
5.2.2 İSO/İEC 17021:2006-nın 5.2-ci bəndində göstərilən “idarəetmə sistemi konsultasiyası” termini bu rəhbəredici göstərişlərin kontekstində “halal konsultasiyası, təhlükə analizi konsultasiyası, FSMS konsultasiyası və ya idarəetmə sistemi konsultasiyası” ilə əvəz edilsin.
5.3 Məsuliyyət və maliyyə
ISO/IEC 17021:2006-nın 5.3-cü bəndində verilən bütün tələblər tətbiq edilir.
5.4 Əməliyyatlar
5.4.1 Halal sertifikatlaşdırma orqanı xüsusi halal məhsul sertifikatlaşdırma sisteminin tələblərinə uyğun olaraq müvafiq halal məhsul standartları ilə uyğunluğunu qiymətləndirmək üçün lazım olan bütün tədbirləri görməlidir. Halal sertifikatlaşdırma orqanı müvafiq sertifikatlaşdırma sistemi üçün əsas təşkil edən uyğun standartlar və ya onların hissələri və nümunə götürmə, sınaq və yoxlama tələbləri kimi başqa tələbləri göstərməlidir.
5.4.2 ISO /IEC 17025, ISO/IEC 17020, ISO/IEC 17021 və/və ya ISO/TS 22003-də müəyyən edilən yararlı və səlahiyyətli orqanın (ların) və ya şəxsin (lər) həyata keçirdiy sınaq, yoxlama və hala sertifikatlaşdırma üçün tələblər müvafiq halal sertifikatlaşdırma orqanı, onun halal sertifikatlaşdırma əməliyyatlarının aparılmasında riayət edilməlidir.
6 STRUKTURA OLAN TƏLƏBLƏR
6.1 Təşkilati struktur və ali rəhbərlik
ISO/IEC 17021:2006-nın 6.1-ci bəndində verilən bütün tələblər tətbiq edilir.
6.2 Qərəzsizliyin təmin edilməsi üzrə Komitə
ISO/IEC 17021:2006-nın 6.1-ci bəndində verilən bütün tələblər və aşağıdakılar tətbiq edilir.
6.2.1 İslam hakimiyyəti tanınan ölkədə olan halal sertifikatlaşdırma orqanın əməliyyatları Qərəzsizliyin təmin edilməsi üzrə komitədə təmsil olmalıdır. Halal sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilən halal sertifikatlaşdırma fəaliyyətində qərəzsizlik islam prinsiplərinin əsasında nəzərdən keçirilməsində və halal sertifikatlaşmanın İslam aspektləri ilə əlaqədar qaydalar, prosedurlar və siyasətin müəyyənləşməsində fəal rol oynamalıdır.
6.2.2 İslam biliyində ortaya çıxan uyğunsuzluqlar, təcrübə və anlaşma kimi mümkün ola bilən qərəzsizliyə güzəşti İslam hakimiyyəti nəzərə almalı və hər hansı bir narazılıqları təhlil etməlidir.
7 RESURSLARA OLAN TƏLƏBLƏR
7.1 Rəhbərliyin və heyətin səriştəliliyi
ISO/IEC 17021:2006-nın 7.1-ci bəndində verilən bütün tələblər tətbiq edilir. Əlavə olaraq, halal sertifikatlaşdırma orqanı uyğun kateqoriyalarda(bax: Əlavə A) fəaliyyətdə olan müvafiq biliklərə malik kadrla təmin etmək proseslərinə malik olmalıdır.
7.2 Halal sertifikatlaşdırma ilə məşğul olan heyət
7.2.1 Ümumi
7.2.1.1 ISO/IEC 17021:2006-nın 7.2-ci bəndində verilən bütün tələblər və aşağıdakı tətbiq edilir.
7.2.1.2 Halal sertifikatlaşdırma orqanı audit və sertifikatlaşdırma fəaliyyətləri ilə məşgul olan bütün kadrların texniki səriştəliliyi və İslam dəyərlərinə etik olaraq əməl edən Müsəlmanlar olmasını təmin etməlidir.
7.2.1.3 Halal sertifikatlaşdırma orqanı tərəfindən audit və sertifikatlaşdırmanın yerinə yetirilməsini səmərəli və bərabər olmasını təmin etməkdən ötrü heyətin səriştəliliyi üçün minimum müvafiq meyarlar müəyyən edilməlidir. Bu meyara, OIC/SMIIC-in halal sertifikatlaşdırma üçün müvafiq sənədlər, OIC/SMIIC-in halal standart və müvafiq sənədlər, keyfiyyəti idarəetmə sisitemi, məhsul sertifikatlaşdırma və ərzaq təhlükəsizlik idarəetmə sistemi (FSMS) üzrə təlimi daxil edilməlidir.
7.2.1.4 Halal sertifikatlaşdırma orqanının kadrı müqavilə əsasında halal sertifikatlaşdırma orqanı üçün işləyən fərdi auditorları və ya başqa xarici vəsaitləri daxil edə bilər. Halal sertifikatlaşdırma orqanı bütün kadrlarının səmərəli olması üçün idarəetmə, nəzarət və cavabdeh mövqeyində olmalıdır və müqavilə əsasında işləyən və ya xarici orqanlar tərəfindən təmin edilən işçi olmağından asılı olmayaraq müəyyən ərazilərdə istifadə etdiyi bütün əməkdaşlarının səlahiyyətlərinə nəzarət etmək üçün hərtərəfli uçotunu aparmalıdır.
7.2.1.5 Halal sertifikatlaşdırma orqanı halal sertifikatlaşdırma ilə məşğul olan öz kadrlarından aşağıdakı öhdəlikləri yerinə yetirəcəklərinə dair müqavilə və ya digər sənədləri imzalamalarını tələb etməlidir:
a) halal sertifikatlaşdırma orqanı tərəfindən müəyyən etdiyi qaydalara əməl etmək;
b) onların öz sahəsində hər hansı bir əvvəlki və/və ya mövcud assosiasiyanı və ya halal audit və sertifikatlaşdırma üçün məhsul layihəçisi, istehsalçısı və tədarükçüsü tərəfindən təyin olunan işçiləri tanımaq.
7.2.1.6 Halal sertifikatlaşdırma prosesi ilə məşğul olan hər kadrın ixtisas, təlim və təcrübə ilə bağlı müvafiq məlumatlar halal sertifikatlaşdırma orqanı tərəfindən saxlanılmalıdır.
7.2.2 Müqaviləyə baxışı həyata keçirən kadr
7.2.2.1 Təhsil
Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, müqaviləyə baxışı həyata keçirən kadır müvafiq biliyə malik orta təhsilə malikdir.
7.2.2.2 Ərzaq təhlükəsizliyi və/və ya halal ilə bağlı təlim
Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, müqaviləyə baxışı həyata keçirən kadr aşağıdakı təlimləri uğurla başa vurub;
a) OİC/SMİİC-in halal sertifikatlaşdırma üçün halal standartı və müvafiq sənədləri,
b) Keyfiyyəti nəzarət sistemi və məhsul sertifikatlaşdırması,
c) Müvafiq FSMS standartları (məsələn İSO 22000)
7.2.2.3 Audit təlimi
Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, müqaviləyə baxışı həyata keçirən kadr audit prosesləri əsasında verilən İSO 19011 təlimini uğurla başa vurub.
Qeyd - Müqaviləyə baxışı həyata keçirən kadrın audit təcrübəsinə malik olması məcburi deyil.
7.2.2.4 Səriştəlilik
Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, müqaviləyə baxışı həyata keçirən heyət aşağıdakı sahələrdə bilik və bacarığını tətbiq etmək qabiliyyətini nümayiş etdirsin:
a) ərzaq zənciri kateqoriyalarında və başqa sektorlarda ərizəçilərin təsnifləndirilməsi;
b) sifariş edilən məhsullar və/və ya xidmətlərin, proseslərin və təcrübələrin qiymətləndirilməsi;
c) halal sertifikatlaşdırmanı həyata keçirən auditorun səriştəliliyinin və tələblərinin paylanması;
d) auditin vaxtını (bax: Əlavə B) və tələblərin müddətinin müəyyənləşdirilməsi;
e) müqaviləyə baxışla bağlı halal sertifikatlaşdırma orqanının siyasəti və prosedurları.
7.2.3 Halal sertifikatlaşdırmanı həyata keçirən heyət
7.2.3.1 Ümumi
İSO 19011-ə əsasən halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, sertifikatlaşmanın verilməsinə qərar verən şəxs auditor üçün olduğu kimi təhsil, halal sertifikatlaşdırmada təlim, audit və iş təcrübəsi tələbləri eyni kateqoriyaya (bax: Əlavə A) malik olsun.
Sertifikatlaşdırma qərarını verən heyət minimum üç şəxsdən təşkil olunmalıdır və ən azı onlardan biri İslam məsələləri üzrə ekspert olmalıdır. Qərarlar səs çoxluğu ilə deyil, yekdilliklə qəbul olunmalıdır.
7.2.3.2 Səriştəlilik
Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, sertifikatlaşmanı verən heyət aşağıdakı sahələrdə bilik və bacarığını tətbiq etmək qabiliyyətini nümayiş etdirsin:
a) OİC/SMİİC-in halal sertifikatlaşdırma üçün cari prinsipləri;
b) Halal sertifikatlaşdırma ilə bağlı İslam qaydaları;
c) müvafiq idarəetmə sistemlərinin cari prinsipləri və anlayışları;
d) Halal tələblər üçün risklərin eyniləşdirilməsi və qiymətləndirilməsi;
e) Halal məsələlərlə bağlı düzəlişlər və düzəldici tədbirlərin alınması;
f) Halal məhsul/xidmətlərlə bağlı hər hansı qanun və qaydalar;
g) Məhsulları, prosesləri və təcrübələri;
h) müvafiq standartları;
i) Dəqiqlik və mükəmməllik üçün audit hesabatlarının qiymətləndirilməsi və baxılması;
j) Düzəldici tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və baxılması;
k) Sertifikatlaşdırma prosesi;
l) Halal ərzaqla bağlı mühit və fundamental qaydaların xüsusilə, İslam qaydalarına əsasən heyvanların kəsilməsi və OİC/SMİİC-in standartının tələbləri və rəhbəredici göstərişlərinin yaxşı anlaşılması.
7.2.4 Texniki auditorlar
7.2.4.1 Ümumi
Halal sertifikatlaşdırma texniki auditorları halal sertifikatlaşma ilə bağlı İslam qaydalarının müvafiq biliklərə malik olmalıdır və OİC/SMİİC-in halal sertifikatlaşma sənədləri və spesifikasiyalarının öyrənilməsi və texniki sənədləşmə təlimi almalıdır.
7.2.4.2 Təhsil
Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditorların halal sertifikatlaşdırma auditləri aparmaqları üçün ali və ya sənaye kateqoriyası ilə bağlı müvafiq xüsusi təhsili olsun.
7.2.4.3 Xüsusi təlimlər
7.2.4.3.1 Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditorlar aşağıdakı təlimi uğurla başa vurmuşdur;
a) müvafiq idarəetmə prinsipləri,
b) müvafiq sektorda qaydalar,
c) OİC/SMİİC-in halal standart və rəhbəredici göstərişləri,
d) xüsusi təlim sektoru.
7.2.4.3.2 Təlim kursları müvafiq və uyğun olaraq halal sertifikatlaşdırma orqanı tərəfindən tanınmalıdır. Təlim kurslarının təsdiq və ya sertifikatlaşması müstəqil orqan tərəfindən müvafiq yoxlamalar apardıqdan sonra müəyyən əminlik yarada bilər ki, bu kurs OİC/SMİİC-in halal sertifikatlaşma bağlı müəyyən meyarlara cavab verir.
7.2.4.4 Audit təlimi
Halal sertifikatlaşma orqanı təmin etməlidir ki, texniki auditorlar aşağıdakı təlimi uğurla bitirmişdir;
a) İSO 19011-ə əsasən audit texnikaları,
b) Müvafiq FSMS standartları (məsələn, İSO 22000),
c) OİC/SMİİC-in halal standartına əsasən halal sertifikatlaşdırma.
7.2.4.5 İş təcrübəsi
a) texniki auditorun birinci kvalifikasiyası üçün bir və ya daha çox kateqoriyalar vardır, halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditor müvafiq sənayedə minimum beş (5) il iş təcrübəsinə malik olmalıdır, o cümlədən son iki (2) ili keyfiyyət təminatı sahəsində iş təcrübəsinə malik olmalıdır. Ərzaq zənciri kateqoriyasında isə texniki auditor son iki (2) ili ərzaq təhlükəsizliyi funksiyası sahəsində iş təcrübəsinə malik olmalıdır.
b) Əgər auditor müvafiq xüsusi təhsil alibsa ümumi iş təcrübəsinin cəmindən bir (1) il azaldıla bilər.
7.2.4.6. Audit təcrübəsi
İlk ixtisas üçün, halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki (zəmanət verməlidir ki), son 3 ildə texniki auditor üçüncü partiya (qrup, komanda) və ya ikinci partiya kimi fəaliyyət göstərən ixtisaslı auditorların rəhbərliyi altında ən azı 4 təşkilatda ən azı 12 sertifikasiya audit günü (FSMS/məhsul/xidmət kimi) yerinə yetirmişdir.
Qeyd-FSMS audit günlərinə İSO 9001 ilə məşğul olan qida sənayesi və ya digər FSMS auditlərin audit günləri daxildir.
7.2.4.7 Səriştəlilik
7.2.4.7.1 Texniki auditorların səriştəlilikləri hər kateqoriya və sektor üzrə qeyd edilməlidir (bax bənd 5.5 c) İSO 19011:2002) (bax əlavə A). Halal sertifikatlaşdırma orqanı uğurlu qiymətləndirmənin sübutunu təmin etməlidir.
7.2.4.7.2 Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditorlar aşağıdakı sahələrdə bilik və bacarıqlarını tətbiq etmək imkanını (qabiliyyətini) nümayiş etsinlər.
a) Audit prinsipləri, üsulları və texnikaları: auditorlara müxtəlif auditlərə məxsus olanları tətbiq etməyə imkanı vermək və ardıcıl və sistemli şəkildə aparılan auditləri təmin etmək. Texniki auditor bacarmalıdır ( bilməlidir);
· audit prinsiplərini, proseduralarını və texnikalarını tətbiq etməyi,
· səmərəli işləməyi planlaşdırmağı və təşkil etməyi,
· razılaşdırılmış müddət ərzində audit aparmaq,
· əhəmiyyətli məsələlərdə cəmləşmək və birinciləşdirmək,
· effektiv müsahibə etmək, dinləmək, müşahidə eləmək və sənədləri təhlil etməklə məlumat toplamaq,
· audit seçmə metodlarından istifadə müvafiqliyini və nəticələrini anlamaq üçün
· toplanmış məlumatların düzgünlüyünü yoxlamaq üçün,
· Audit tapıntılarını və Audit nəticələrini dəstəkləmək üçün audit əsaslarının müvafiqliyini və kifayət etdiyini təsdiq etmək,
· Audit tapıntılarının və yekunlarının (əticələrinin, xülasələrinin) etibarlılığına təsir edə biləcək amilləri qiymətləndirməyi,
· Audit fəaliyyətlərini qeyd etmək üçün iş sənədlərini istifadə etməyi,
· Audit hesabatlarını hazırlamağı,
· Məlumatın gizliliyini ( məxfiliyini )və təhlükəsizliyini qorumağı (saxlamağı), və
· Effektli ünsiyyət qurmaq ( danışmaq ) , ya şəxsi dil bacarıqları ya da tərcüməçi vasitəsilə.
b) Məhsul/xidmət sertifikasiyası və/yaxud idarəetmə sistemi və digər araşdırma (zəmanət) sənədləri yəni (daha doğrusu) OİC/SMİİC Halal Standart və digər OİC/SMİİC Direktivləri (göstərişləri, əmrləri, ümumi kursları): Auditorlara auditlərin görüş dairələrini başa düşməyə ( dərk etməyə ) və audit meyarını tətbiq etməyə imkan vermək.
c) Təşkilati vəziyyətlər (situasiyalar): texniki auditorlara təşkilatın operativ məzmununu başa düşməyə imkan vermək.
d) Tətbiqə yararlı qaydalar (qanunlar),əsasnamələr (nizamnamələr) və digər qanuni (hüquqi) və halal tələblər (təlabatlar) qayda-qanuna münasib (uyğun): texniki auditor imkan daxilində işləyir və yoxlanılan təşkilatın cavab verdiyi tələblərdən xəbərdar olur.
7.2.4.7.3 Halal sertifikatlaşdırma (sertifikasiya) orqanı təmin etməlidir ki, texniki auditorlar xüsusi sektorlarda və aşağıdakı sahələrdə terminologiya,bilik və bacarıqlarını tətbiq etmək qabiliyyətini nümayiş etsinlər (edirlər):
a) xüsusi sektorun(lar) məhsulları, prosesləri və təcrübələri (bax əlavə A);
b) münasib idarəetmə sistem tələbləri tətbiqə yararlıdırsa (tətbiqi mümkünsə);
c) münasib (müvafiq, uyğun) məhsul/xidmət standartları;
d) münasib (müvafiq, uyğun) halal tələblər (təlabatlar, ehtiyaclar).
7.2.5 Texniki ekspertlər
7.2.5.1 Təhsil
Maddə 7.2.4.2-də olan tələblər tətbiq olunmalıdır.
7.2.5.2 İş təcrübəsi
Halal sertifikasiya orqanı təmin etməlidir ki (zəmanət verməlidir ki, təminat verməlidir ki),texniki ekspertlərin texniki sahələrində ən azı dörd (4) il iş təcrübəsi olsun.
7.2.5.3 Səlahiyyətlər
Halal sertifikasiya orqanı zəmanət verməlidir ki, texniki ekspertlər öz texniki sahələrində ekspertizanı təchiz etmək qabiliyyətini nümayiş etdirsin.
7.2.6 İslami (müsəlman) məsələlər üzrə ekspertlər
7.2.6.1 Təhsil
Halal sertifikasiya orqanı zəmanət verməlidir ki, İslami məsələlər üzrə ekspertlərin ən azı ali təhsilinin (məktəbdən sonrakı təhsilinin) islami qaydalar bölməsində və audit proseslərində (mərhələlərində) biliklərə müvafiq olsun. Bu ekspertlər halal səlahiyyət nüfuzuyla (ixtiyarıyla) tanınmalıdırlar.
7.2.6.2 İş təcrübəsi
Halal sertifikasiya orqanı İslami məsələlər üzrə ekspertlərin halal sertifikasiya sahəsi ilə bağlı islami qaydalarda ən azı dörd (4) il iş təcrübəsinin olduğuna zəmanət verməlidir.
7.2.6.3 Səlahiyyətlər
Halal sertifikasiya orqanı halal sertifikasiya sahəsi ilə bağlı islami qaydalarda ekspertizanı təmin etmək qabiliyyətini nümayiş etdirməyə zəmanət verməlidir.
7.2.7 Audit komandasının seçilməsi
7.2.7.1 Halal sertifikasiya orqanı halal sertifikasiya audit komandasının auditlər tərəfindən tələb olunan xüsusi sektorda səlahiyyətlərinin olduğuna zəmanət verməlidir.
7.2.7.2 Audit komandası ən azı iki (2) heyətdən ibarət olmalıdır. Onlardan biri texniki auditor və digər biri isə İslami məsələlər üzrə ekspert olmalıdır.
7.3 Şəxsi xarici texniki auditorların və xarici texniki ükspertlərin/İslami məsələlər üzrə ekspertlərin istifadəsi
7.4 Kadr ( heyət ) uçotu (hesabı, qeydi)
İSO/İEC 17021:2006 7.3 bəndində verilən bütün tələblər tətbiq olunur.
7.5 Autsoursinq
İSO/İEC 17021:2006 7.5 bəndində verilən bütün tələblər və aşağıdakı tətbiq olunur.
7.5.1 Halal sertifikatlaşdırma orqanı halal sertifikatlaşdırma ilə əlaqədar işi (məsələn, audit, sınaq etmək və ya yoxlamalar) xarici orqana və ya şəxsə tapşırmaq haqqında qərar verdikdə maraqların toqquşması və məxfilik tədbirlərini əhatə edən saziş tərtib etməlidir.
7.5.2 Halal sertifikatlaşdırma orqanı
a) autsorsinq işləri və halal sertifikatlaşdırmanın verilməsi, saxlanılması, genişləndirilməsi, dayandırılması üçün məsuliyyət daşımalı;
b) autsorsinq ilə məşğul olan orqanın səriştəli olduğuna və sınaq, yoxlama və digər texniki tələblərlə əlaqədar rəhbəredici sənədlərin tələblərinə cavab verdiyinə, qərəzsizliyi təmin etmək məqsədilə halal məhsul/xidmət istehsalı və dizaynı ilə əlaqədar işəgötürən tərəfindən digər şəxslərin cəlb olunmadığına əminlik yaratmalı;
c) autsorsinq haqqında ərizəçinin razılığını əldə etməli.
8 MƏLUMATA DAİR TƏLƏBLƏR
(MƏLUMAT, İNFORMASİYA TƏLƏBLƏRİ)
İSO/İEC 17021:2006 8 bəndində verilən bütün tələblər tətbiq olunur.
Sertifikatlaşdırma sənədləri hərtərəfli müəyyənləşdirməlidir ki, hansı fəaliyyət və ya məhsul sertifikatlaşdırılıb, bölmələrə (sektorlara) istinadən (bax əlavə A).
8.1 Kütləvi informasiya (məlumat)
İSO/İEC 17021:2006 8.1 bəndində verilən bütün tələblər tətbiq olunur.
8.2 Halal sertifikatlaşdırma sənədləri
İSO/İEC 17021:2006 8.2 bəndində verilən bütün tələblər tətbiq olunur.
8.3 Sertifikatlaşdırılmış müştərilərin məlumat kitabı
İSO/İEC 17021:2006 8.3 bəndində verilən bütün tələbləri tətbiq et.
8.4 Halal sertifikatlaşdırmaya və halal nişanlarının/lisenziyalarının istifadəsinə zəmanət
İSO/İEC 17021:2006 8.4 bəndində verilən bütün tələbləri tətbiq et.
8.4.1 Halal sertifikasiya orqanı lisenziyaların, halal sertifikatların və halal nişanların uyğunluğunu mülkiyyət, işlənmə və təsvir üzərində xüsusi (lazımi) yoxlama (nəzarət) yerinə yetirməlidir.
8.4.2 Halal sertifikasiya orqanı tərəfindən icazə verilmiş halal sertifikatların və halal nişanların tətbiqinə (istifadəsinə) rəhbərlik uyğun olan OİC/SMİİC sənədlərindən əldə oluna bilər.
8.4.3 Reklamlarda, kataloqlarda və.s. tapılmış halal sertifikasiya sitemi ilə bağlı yanlış zəmanətlər və ya lisenziyaların, halal sertifikatların və ya nişanların aldadıcı (etibarsız) tətbiqi münasib hərəkətlə (rəftarla) aparılmalıdır (həll olunmalıdır).
8.4.4 Halal sertifikat sahibləri kimlər ki, yenidən öz sertifikatlarını təzələyə bilmədilər sənədlərin giriş hissəsində, istehsal olunmuş halal məhsullarda/xidmətlərdə və ya ərzaq mağazalarının içində və ya supermarketlərin dəhlizlərində (koridorlarında) halal nişanının istifadəsinə icazə verilməyəcək.
8.4.5 Halal nişanı OİC/SMİİC tərəfindən təsdiq olunmuş (bərqərar olmuş) göstərilən tələblərə uyğun gəlməlidir.
8.4.6 Halal nişanı bütün sertifikatlaşdırılmış halal məhsulların üzərində aydın çap edilməlidir və hər bir qutu/bağlama üzərində etiketlənməlidir.
8.4.7 Şirkətlərə bağlamaya uyğun rəngin çap edilməsinə icazə verilir nə qədər ki nişanın ilkin xüsusiyyətləri dəyişməyib.
8.4.8 Halal nişan/sertifikat yalnız sertifakatlandırılmış restoranların girişinə qoyulmalıdır.
8.4.9 Sertifikat sahibi çərçivələnmiş halal sertifikatı yenidən istehsal ( təzələmək ) etmək hüququna malik deyil dəqiqliyinə mane olmamaq üçün, nə halal sertifikatların əsl nüsxələrini nə də foto nüsxələrini saxtalaşdırmalıdır; sertifikat və/yaxud sınaq məruzələrini başqa dillərə halal sertifikat orqanını nəzarəti və razılığı olmadan tərcümə edə bilməz.
8.5 Məxfilik
İSO/İEC 17021:2006 8.5 bəndində verilən bütün tələbləri tətbiq et.
8.6 Halal sertifikat orqanı və alıcıları arasında informasiya mübadiləsi
İSO/İEC 17021:2006 8.6 bəndində verilən bütün tələbləri tətbiq et.
9 PROSESƏ DAİR TƏLƏBLƏR
9.1 Ümumi tələblər
9.1.1 Halal sertifikat orqanı sertifikasiya sahəsini halal məhsul/xidmət kateqoriyalar (məsələn, ilkin(xam materiallar və ya aralıq məhsullar)istehsalı, ərzaq emalı, bağlama materialı istehsalı və s.),kateqoriya (lar) və bölmələr Əlavə A – ya əsasən tamamilə düz müəyyən etməlidir Halal sertifikat orqanı bu emalların, bölmələrin, məhsulların və xidmətlərin son məhsulların halal tələblərinə təsiri olanda sertifikasiya sahəsindən emalları, bölmələri, məhsulları və xidmətləri istisna etməli deyil.
9.1.2 Halal sertifikatlaşdırma orqanı audit günün, vaxtın və fəsilin seçmək üçün prosesə malik olmalıdır ki, audit komandası təşkilatın kateqoriyalar və sektorlar çərçivəsində əməliyyatın auditinin üstünlüklərinə malik olsun. Əsər sertifikatlaşdırma mövzusu halal məhsul sertifikatlaşdırılmasıdırsa halal sertifikatlaşdırma orqanı təklif və ya istehsal edilən məhsul üçün məhsulun status ilə bağlı bütün laboratoriya analizlərinin nəticələrinə baxmalıdır.
9.1.3 Audit proqramına iki mərhələ birinci və ikinci ildə ilkin audit və müşahidə auditi və üçüncü ildə sertifikatın son istifadə tarixindən əvvəl yenidən sertifikatlaşdırma auditi daxil edilməlidir. Üç illik sertifikatlaşdırma tsikili sretifikatlaşdırma və ya yenidən sertifikatlaşdırma qərarı ilə başlanır. Audit proqramının və hər hansı növbəti düzəlişlərin müəyyənləşdirilməsi sifarişçi təşkilatın əhatə dairəsi, onun idarəetmə sisteminin əhatə sahəsi və mürəkkəbliyi, məhsullar və proseslər eləcə də idarəetmə sistemin səmərəliliyinin səviyyəsinin nümayiş etdirilməsi və hər hansı əvvəlki auditlərin nəticələrinə əsaslanmallıdır. Hala sertifikat üç il müddətinə etibarlıdır və hər hansı bir vaxt sertifikatlaşdırılmış təşkilatda OİC/SMİİC-in halal standartına və uyğun tələblərinə zidd olduğu aşkarlanarsa sertifikatlaşma dayandırılmalı və ya ləğv edilməlidir.
9.1.4 ISO/IEC 17021:2006-nın 9.1.2 üçün 9.1.3-cü bəndində verilən bütün tələblər tətbiq edilir.
9.1.5 Sifarişçinin məhsul/xidmətinin və ya FSMS-in səmərəli auditi və hala sertifikatlaşdırma orqanı hər bir sifarişçi üçün planlaşdırmaya lazım olan vaxtı müəyyənləşdirməli və halal sertifikatlaşma orqanı audit vaxtını müəyyənləşdirmək üçün sənədləşdirilmiş prosedurlara malik olmalıdır. Audit vaxtı halal sertifikatlaşdırma orqanı tərəfindən müəyyən edilməli və əsaslandırılması üçün qeyd eləməlidir. Halal sertifikatlaşdırma orqanı audit vaxtı müəyyənləşdirilərkən Əlavə B-yə və aşağıda aspektlər qeyd olunan fikirlərə əsaslanmalıdır:
a) OİC/SMİİC-in halal standart ilə bağlı tələblər;
b) təşkilatın əhatə dairəsi və mürəkkəbliyi;
c) texnoloji və tənzimləyici kontekstində;
e) hər hansı öncəki auditlərin nəticələri;
f) hissələrin sayı və çoxşaxəliliyə dair mülahizələr.
9.1.6 Çoxşaxəli təşkilatların hər bir hissəsinin ayrılıqda qimətləndirməyə və sertifikatlaşdırmaya ehtiyac var.
9.1.7 ISO/IEC 17021:2006-nın 9.1.6 üçün 9.1.9-cu bəndində verilən bütün tələblər tətbiq edilir.
9.1.8 Halal sertifikatlaşdırma orqanı hər audit üçün yazılı hesabat ilə təmin etməlidir. Hesabat İSO 19011-in uyğun rəhbəredici göstərişinə əsaslanmalıdır. Audit komandası təkmilləşdirmək üçün imkanları müəyyən edə bilər ancaq konsultasiya kimi qəbul olunan xüsusi həlləri tövsiyyə edə bilməz. Audit hesabatının sahibliyi halal sertifikatlaşdırma orqanı tərəfindən saxlanılmalıdır.
Əgər məhsul/xidmət ərzaq zənciri əməliyyatlarıdırsa hesabat FSMS-in uyğun məsələlərə dair istinadlarına daxil edilməlidir.
9.1.9 ISO/IEC 17021:2006-nın 9.1.11 üçün 9.1.15-ci bəndində verilən bütün tələblər tətbiq edilir.
9.2 İlkin audit və halal sertifikatlaşdırma
9.2.1 Müraciət
a) ISO/IEC 17021:2006-nın 9.2.1-ci bəndində verilən bütün tələblər tətbiq edilir.
b) Halal sertifikatlaşdırma orqanı müraciətçi təşkilatdan hüquqi status, xammal, texnologiya xətləri, FSMS-in uyğun məsələləri ilə bağlı məsələn, HACCP tədqiqatları, növbələrin sayı və hər növbədə işçi sayı və s. kimi məsələlərlə bağlı detallı məlumatla təmin olunmasını tələb etməlidir.
9.2.2 Müraciətə baxış
ISO/IEC 17021:2006-nın 9.2.2-ci bəndində verilən bütün tələblər tətbiq edilir.
Qeyd – audit zamanı uyğunsuzluqlar aşkar olunduqda istehsalçı ərizəni yeniləməmiş audit zamanı aşkar olunan uyğunsuzluqların tamamilə aradan qaldırılması haqqında bəyanat verir. Uğursuz sertifikatlaşdırma prosesinin ardından yeni ərizə istehlakçı bu cür bəyanat verdiyi təqdirdə qəbul edilir. Əgər uğursuzluqla nəticələnən sertifikatlaşdırma üçün təqdim edilən ilk ərizə digər sertifikatlaşdırma orqanlarına verilərsə, ərizəçi bu ilk sertifikatlaşdırma ilə əlaqədar mümkün detallı informasiya hazırlamalıdır.
9.2.3 İlkin halal sertifikatlaşdırma auditi
Halal məhsullarının/xidmətlərin/idarəetmə sisteminin ilkin sertifikatlaşdırma auditi iki mərhələdə aparılır. I və II mərhələ.
9.2.3.1 Auditin I mərhələsi
9.2.3.1.1 İSO/İEC 17021:2006 -nın 9.2.3.1-ci bəndində qeyd olunmuş bütün tələblər və aşağıda qeyd olunanlar tətbiq olunur. Təşkilat nəzarət tədbirlərinin kənardan hazırlanmış uyğunluğunu tətbiq etdikdə və onlar OIC / SMIIC halal standartının tələblərinə uyğun hazırlanmış və bu günə qədər saxlanılmışsa, auditin I mərhələsində nəzarət tədbirlərinin təşkilat üçün uyğunluğunu müəyyən etmək üçün halala və ya FSMS dair tələblərin daxil olduğu sənədlərə baxış keçirilməlidir.
Müvafiq səlahiyyətlərin mümkünlüyü milli və beynəlxalq qanunvericilik tələblərinə uyğunluğun müəyyən olunması ilə əlaqədar informasiya toplandığı zaman yoxlanılmalıdır.
9.2.3.1.2 Auditin I mərhələsinin əsas məqsədləri təşkilatın ərzaq təhlükəsizliyi zərərin identifikasiyası, analizlər, HACCP planı, PRPs, siyasət və məqsədləri, xüsusilə də təşkilatın audit yoxlanılması üçün hazırlıq vəziyyəti kontekstində FSMS sahəsində anlaşma əldə edərək II mərhələnin planlaşdırılmasına diqqəti təmin etməkdən ibarətdir.
a) Təşkilat PRPs-ni vəzifələrinə müvafiq təyin edir (məsələn, qanunevricilik və nizamnamə tələblərinə)
b) FSMS təşkilatın ərzaq təhlükəsizliyi zərərlərinin və nəzarət tədbirlərinin sonrakı seçimi və təsnifləşdirilməsi üçün adekvat proses və metodları müəyyən edir.
c) ərzaq təhlükəsizliyinə dair qanunvericilik təşkilatın müvafiq sektorlarının yerindədir.
d) FSMS təşkilatın ərzaq təhlükəsizliyi siyasətinə nail olunması üçün nəzərdə tutulmuşdur.
e) FSMS icra proqramı audit işini əsaslandırır.
f) qiymətləndirmə, yoxlama və inkişaf proqramları FSMS standartının tələblərinə uyğundur.
g) FSMS sənədləri və tədbirləri daxili cəhətdən və tədarükçülərə, sifarişçilərə və digər tərəflərə müvafiq olaraq əlaqələndirməni müəyyən edir.
h) əlavə sənədləşmə və qabaqcadan hansı bilik əldə etmək lazım olduğu nəzərdən keçirilməlidir.
9.2.3.1.3 Halal sertifikatlaşdırılması üçün auditin I mərhələsi halal sertifikatlaşdırma orqanlarının və ya yuxarıda qeyd olunan məqsədlərə nail olunması üçün məhsulların və xidmətlərin tərkibinə əsasən ərizəçinin təşkilatının ilkin şərtləri altında yerinə yetirilir.
a) A, B, G, H, İ, J və K kateqoriyalarında (bax, Əlavə A) auditin I mərhələsinin yerində aparılması zəruri deyil. Bununla belə, yerində audit keçirmək qərarı audit komandasının şəxsi mülahizəsinə aiddir. C, D, E, F, L, M və N kateqoriyalarında (bax, Əlavə A) auditin I mərhələsinin yerində ap məcburidir. b) Harda ki, audit I mərhələsi yoxdur, I audit mərhələsinin müddəti ümumi audit müddətinin 20%-dən çoxunu təşkil edə bilməzdi. (bax, Əlavə B). Yerində iş olduqda auditin I mərhələsinin müddəti ümumi audit müddətinin 30%-dən çoxunu təşkil edə bilməz.
9.2.3.1.4 1 İSO/İEC 17021:2006-nın 9.2.3.1.2-ci bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur. Ərizəçi auditin I mərhələsinin II mərhələnin təxirə salınmasına və ya ləğv olunmasına təsir etməsi haqda məlumatlandırılmalıdır.
9.2.3.1.5 FSMS-in I audit mərhələsində audit yoxlanılan və tətbiq olunmalı effektiv və tələblərə uyğun kimi müəyyən edilən II audit mərhələsi zamanı təkrar audit yoxlamasından keçə bilməz. Bununla belə, halal sertifikatlaşdırma orqanı FSMS-in audit keçirilmiş qurumlarının sertifikatlaşdırma tələblərinə uyğunluğunu təmin edir. Bu halda II audit mərhələsinin hesabatında I audit mərhələsi zamanı yaranan uyğunluqlar açıq şəkildə əks olunur.
9.2.3.1.6 Bütün tələblər ISO/IEC 17021: 2006 –nın 9.2.3.1.3-cü bəndində verilir.
Auditin I və II mərhələ arasındakı intervalının 6 aydan artıq olmaması gözlənilir. Uzun interval lazım olduqda mərhələ 1 auditi təkrar olunmalıdır.
9.2.3.2 Auditin II mərhələsi
Bütün tələblər ISO/IEC 17021: 2006 –nın 9.2.3.2-ci bəndində verilir.
9.2.4 İlkin halal sertifikatlaşdırma auditinin nəticələri
Bütün tələblər ISO/IEC 17021: 2006-nın 9.2.4-cü bəndində verilir.
9.2.5 İlkin halal sertifikatının verilməsi haqqında məlumat
Bütün tələblər ISO/IEC 17021: 2006-nın 9.2.5-ci bəndində verilir.
9.2.6 Nümunənin ölçülməsi
9.2.6.1 Zəruri hallarda audit qrupu tələb olunan yoxlamalar və testlərin aparılması üçün istehsalat/xidmət yerlərindən kifayət qədər nümunələri götürə bilər.
9.2.6.2 Əgər halal məhsulların sertifikatlaşdırılması halal məhsulun toplu halda test/yoxlamasına əsaslanırsa, bu müəyyən nümunə cədvəli, statistik təsdiq edilmiş texnika ilə uyğun olmalıdır. Halal sertifikatlaşdırma orqanı nümunənin ölçülməsi və hər hansı tələbləri dəqiq müəyyən etmək üçün nəzarətetmə prosesinin təmin etmək, nümunələrin seçilməsi və nəzarəti üçün sənədləşdirilmiş prosedurlara malik olmalıdır və beləliklə onlar halal istehsal nümayəndəsidir.
9.2.6.3 Audit qrupu tərəfindən götürülmüş nümunələr ISO/IEC 17025-ə əsasən akkreditasiya olunmuş və ya halal səlahiyyətli orqanının razılığı ilə tanınmış laboratoriyaya analiz üçün göndərilir.
9.2.7 Yoxlamalar və sınaqlar
9.2.7.1 Halal məhsul/xidmət yoxlamalar və testləri, halal məhsul/xidmət tələblərinə, milli, regional və ya beynəlxalq hüquq müddəalarına uyğun olaraq müəyyən edilir.
9.2.7.2 ISO/IEC 17025-ə əsasən akkreditasiya olunan laboratoriyalar yoxlamalar və/və ya analizi həyata keçirir və ya halal səlahiyyətli orqanın razılığı ilə tanınır.
9.2.7.3 Müstəqil sınaq imkanları olmadıqda halal sertifikatlaşdırma orqanı müəyyən nəzarəti təchizatçının sınaq qurğularının yerində təmin etməlidir və sənədlər etimadı doğrultmaq üçün mövcuddur ki, onlar əldə edilən nəticələrə etimadı təmin edən bir şəkildə idarə olunsun.
9.3 Nəzarət fəaliyyəti
Bütün tələblər ISO/EC 17021:2006-nın 9.3 bəndində və aşağıdakı müraciətdə verilir.
9.3.1 Halal Sertifikatlaşdırma orqanı ISO/EC 17021-in 9.3.2.2 bəndinə uyğun olaraq müəyyən vaxt intervallarında nəzarət həyata keçirməlidir belə ki, bu sertifikatlaşdırılmanın aparılmasını müəyyən edən halal məhsul/xidmətləri standartının tələblərinə uyğun olaraq və sözü gedən halal məhsul/xidmətlərin təbiətini,sertifikatlaşdırmanın tələblərini, halal məhsul/xidmət və ya halal istehsalat/xidmət şərtlərində aşkar olunmuş hər hansı uyğunsuzluqlar və ya halal məhsul/xidmətləri ilə bağlı əldə olunmuş hər hansı şikayətləri nəzərə alaraq davamlılığın müəyyən edilməsi məqsədilə zəruri hesab olunur.
9.3.2 Halal istehsalat/xidmət yerlərində auditin aparıldığı zaman və birbaşa halal məhsul/xidmət təhlükəsizliyinə dair uyğunsuzluq aşkar edildiyi zaman nümunələr nəzarət məqsədləri üçün qəbul edilə bilər.
9.3.3 Bütün hallarda, nəzarət nəticəsində verilən hesabatlar ilə bağlı prosedurlar qərar qəbul edən şəxs tərəfindən müəyyən edilir.
9.4 Yenidən sertifikatlaşdırma
Bütün tələblər ISO/EC 17021:2006-nın 9.4 bəndində və aşağıdakı müraciətdə verilir.
9.4.1 Halal sertifikat sahibləri (sertifikatlaşdırılmış təşkilatlar) cari halal sertifikatının vaxtının bitməsinə 6 ay qalmış təkrar sertifikat və ya sertifikatın yenilənməsi haqqında ərizə təqdim etməlidirlər.
9.4.2 Sertifikatı yenilənməmiş halal sertifikat sahiblərinə müəyyən obyektlərdə və ya istehsal olunan məhsullarda halal əmtəə nişanından istifadə edilməsinə icazə verilmir.
9.5 Xüsusi audit
İSO/İEC 17021:2006 -nın 9.5-ci bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
9.6 Halal sertifikatının tətbiq sahəsinin ləğv olunması, ixtisara salınması və ya azaldılması
İSO/İEC 17021:2006 -nın 9.6-ci bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
9.7 Müraciət və şikayətlər
İSO/İEC 17021:2006 -nın 9.7 və 9.8-ci bəndində qeyd olunmuş bütün tələblər və aşağıda verilənlər tətbiq olunur.
9.7.1 Halal sertifikatlaşdırma xidmətləri ilə bağlı müraciət və şikayətlərə dair ərizələr halal sertifikatlaşdırma orqanlarına təqdim olunur. Bu müraciət və şikayətlərə baxılması, məsələlərin həlli ilə məşğul olan və bununla bağlı müvafiq tərəflərə məlumat verməyə məsul komitə (qurum) yaradılır.
9.7.2 Komitənin üzvləri şikayət və müraciətlərin mövzusu ilə əlaqədar halal sertifikatlaşdırma ilə bağlı məsələlərin həllində müstəqil olmalıdır.
9.7.3 Komitə biri islam dini üzrə mütəxəssis olmaqla ən azı 3 nəfərdən ibarətdir. Müraciət ilə bağlı qərarlar səs çoxluğu ilə yekdilliklə qəbul edilir.
9.7.4 Halal məhsulları ilə əlaqədar istehlakçı tərəfindən edilən şikayətlər lazımi araşdırmalar aparmağa məsul halal sertifikatlaşdırma orqanları tərəfindən baxılır, qiymətləndirilir. Qiymətləndirmə nəticəsində şikayət əsaslandırılmalı, sertifikat sahibi müqavilə şərtlərinə əsasən vurulmuş zərərin əvəzini ödəməlidir.
9.8 Sifarişçi və müştərilərin qeydləri
İSO/İEC 17021:2006-nın 9.9-cu bəndində verilən bütün tələblər tətbiq olunmalıdır.
10 SERTİFİKATLAŞDIRMA ORQANLARI ÜÇÜN İDARƏETMƏ SİSTEMİNİN TƏLƏBLƏRİ
10.1 Ümumi
İSO/İEC 17021:2006 -nın 10.3.1-ci bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
10.2 İdarəetmə sisteminin qaydaları
İSO/İEC 17021:2006 -nın 10.3.2-ci bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
10.3 Sənədlərin yoxlanılması
İSO/İEC 17021:2006 -nın 10.3.3-cü bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
10.4 Qeydlərin yoxlanılması
İSO/İEC 17021:2006 -nın 10.3.4-cü bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
10.5 Rəhbərlik tərəfindən təhlil
İSO/İEC 17021:2006 -nın 10.3.5-ci bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
10.6 Daxili auditlər
İSO/İEC 17021:2006 -nın 10.3.6-cı bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
10.7 düzəldici tədbirlər
İSO/İEC 17021:2006 -nın 10.3.7-ci bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
10.8 Qabaqlayıcı tədbirlər
İSO/İEC 17021:2006 -nın 10.3.8-ci bəndində qeyd olunmuş bütün tələblər tətbiq olunur.
ƏLAVƏ A
(məcburi)
Halal məhsul/xidmətlərinin
kateqoriyalarının təsnifləşdirilməsi
Halal sertifikatlaşdırma orqanı Cədvəl A.1 istifadə etməlidir
a) öhdəliklərin əhatə dairəsinin müəyyən edilməsi,
b) xüsusi kateqoriya və sektorlar üçün auditorların texniki cəhətdən ixtisaslaşdırılmasının zəruri olub olmadığını müəyyən etmək
c) müvafiq ixtisaslaşmış audit komandasının seçilməsi.
Cədvəl A.1-də verilmiş nümunələr tam, hərtərəfli deyil, yalnız uyğun mövzuların göstəricisidir. Bir müəyyən sifarişçi təşkilatın tətbiq sahəsi bir kateqoriyadan daha çoxu əhatə edə bilər.
Cədvəl A.1 – Halal məhsul/xidmətin kateoriyaları
Kateqoriya kodları |
Kateqoriyalar |
Sektorlar üçün nümunələr |
1 |
2 |
3 |
A |
Kənd təsərrüfatı 1 (Heyvanlar) |
heyvanlar; balıq; yumurta istehsalı, süd istehsalı, arıçılıq, balıqçılıq, ovçuluq, tutmalar, |
B |
Kənd təsərrüfatı 2 (Bitki) |
meyvə; tərəvəzlər, dənli bitkilər, ədviyyat, bağçılıq məhsulları |
C |
Emal prosesi 1 (Tez xarab olan heyvan məhsullar) |
Kənd təsərrüfatı – məsələn ət, quşçuluq, yumurta, süd və balıq məhsulları |
D |
Emal prosesi 2 (Tez xarab olan tərəvəz məhsullar) |
təzə meyvələr və təzə şirələr; konserv olunmuş meyvələr, təzə tərəvəzlər, konserv olunmuş tərəvəzlər |
1 |
2 |
3 |
E |
Emal prosesi 3 (Otaq temperaturunda uzun müddət saxlana bilən məhsullar) |
konservləşdirilmiş məhsullar; peçenye, qəlyanaltılar, yağ, içməli su, içkilər, makaron, un, şəkər, duz |
F |
Yem istehsalı |
heyvan yemi, balıq yemi |
G |
İaşə |
otel və restoranlar |
H |
Distribyutor |
pərakəndə satış, mağazalar, topdansatış |
I |
Xidmətlər |
su təchizatı, təmizləmə, çirkab suları, tullantıların atılması, məhsulların artırılması, proses və avadanlıqlar, baytarlıq xidmətləri, islam maliyyə xidmətləri |
J |
Nəqliyyat və saxlama |
Nəqliyyat və saxlama |
K |
Avadanlıq istehsalı |
Proses avadanlıqları, satış aparatları |
L |
(Bio) kimyəvi istehsal |
əlavələr, pəhriz, təmizləmə agentlikləri, emal vasitələri, bio-mədəniyyətlərcə mikroorqanizmlər |
M |
Qablaşdırma və material istehsalı |
Qablaşdırma materialı |
N |
Digər materialların istehsalı |
kosmetik, tekstil, dəri məhsulları |
ƏLAVƏ B
(məlumat üçün)
B.1 Ümumi
9.1.4-cü bənddə qeyd olunduğu kimi hər sahə üçün audit müddətinin müəyyən olunmasında halal sertifikatlaşdırma orqanı Cədvəl B.1-də verilmiş ilkin sertifikatlaşdırma üçün minimum sahə üzrə müddət nəzərə alınır. Minimum müddətə audit nəticələrinin yazılması üçün audit hazırlıqlarına gedən müddət deyil, ilkin sertifikatlaşdırma auditinin 1 və 2 mərhələsi daxildir.
Minimum audit müddəti yalnız bir HACCP araşdırmaları daxil olan FSMS auditi üçün yaradılmışdır. HACCP araşdırmaları oxşar zərərlər, oxşar istehsal texnologiyaları və uyğun olduğu təqdirdə oxşar saxlama (anbar) texnologiyaları məhsul/xidmətlər qrupları üçün zərərlərin analizinə uyğundur. Minimum nəzarət audit müddəti ilkin sertifikatlaşdırma müddətinin minimum 0.5 audit günlərinin 1/3-ni təşkil etməlidir. Minimum yeniləmə müddəti ilkin sertifikatlaşdırma müddətinin minimum 0.5 audit günlərinin 2/3-si olmalıdır.
Harda ki, uyğun sertifikatlaşdırılmış idarəetmə sistemi yoxdur, audit üçün əlavə müddət müəyyən edilir. Uyğun hesab olunması üçün idarəetmə sisteminin sertifikatı uyğun məhsul/xidmət üçün ərzaq təhlükəsizliyi sahəsini əhatə edir.
İşçilərin sayı tam ştatlı ekvivalent işçilərin sayı kimi ifadə edilməlidir. Bəzi kateqoriyalar çox sahəli seçməyə məruz qalır və bu audit müddətinin hesablanması zamanı nəzərə alınır.
Bəzi faktorlar minimum audit müddətinin qaldırılmasını zəruri edə bilər. (Məsələn, məhsul tiplərinin sayı, məhsulların artımı, CCP sayı, operativ PRP sayı, tikinti sahəsi, infrastruktur, ev şəraitində laboratoriya sınaqları, tərcüməçi ehtiyacları və s.)
B.2 İlkin sertifikatlaşdırma audit müddətinin hesablanması
B.2.1. Tək sahə üçün minimum audit müddəti, Ta:
Ta = B + H + (PV + FTE)* CC
Hansı ki,
B audit müddətində sahə üçün əsasdır
H hər əlavə HACCP araşdırmaları üçün audit günləri və yalnız ərzaq zənciri sahəsində məhsullar/xidmətlər üçün tətbiq edilir
PV məhsul müxtəlifliyi üçün audit günləri
FTE işçilərin sayına görə audit günləri
CC proses və istehsal qarışıq sinif üçün faktor
B.2.2 hər əlavə sahə üçün minimum audit müddəti, Tasv:
Tasv = Ta * 50/100
Cədvəl B.1 Minimum ilkin sertifikatlaşdırmanın audit müddəti
* H yalnız qida zəncirində mallar/xidmətlər üçün tətbiq edilir.
|
** PV yalnız məhsullar deyil, xidmətlər üçün istifadə olunur.
C* PV yalnız sertifikatlaşdırma auditi zamanı halala sertifikatlaşdırma auditi zamanı xidmətlər üçün istifadə olunur. ərzaq zənciri sahəsində məhsullar/xidmətlər üçün tətbiq edilmir, CCP . Bunlar aşağıdakılardır:
Çox Yüksək - əhəmiyyətli növ ilə detallı alt-proseslərin çox böyük sayı (yüksək əhəmiyyətli qeyri-halal riskləri ilə tipik istehsal və ya emal edən təşkilatlar. O, potensial olaraq aspektlər halal nöqteyi-nəzərindən çox yüksək risklərə malik olan, yüksək müxtəlif proseslər və altproseslər, çox böyük miqdarda xammal və ya material ilə məhsulları və ya xidmət sektorlarını əhatə edir.);
Yüksək - əhəmiyyətli növ proseslərin çox sayı (əhəmiyyətli qeyri-halal riskləri ilə tipik istehsal və ya emal edən təşkilatlar. O, potensial olaraq aspektlər halal nöqteyi-nəzərindən yüksək risklərə malik olan, bir çox proseslər ilə məhsulları və ya xidmət sektorlarını əhatə edir.);
Orta - əhəmiyyətli növ proseslərin orta sayı (tipik istehsal və ya xidmət təşkilatları. O, orta potensiallı qeyri-halal risklər ilə məhsul və xidmətləri əhatə edir.);
Aşağı - əhəmiyyətli növ proseslərin az sayı (bir neçə əhəmiyyətli növə malik tipik təşkilatlar. O, aşağı potensiallı qeyri-halal risklər ilə məhsul və xidmətləri əhatə edir);
Cədvəl B1 yuxarıdakı dörd qarışıq sinifləri əhatə edir. Cədvəl B2 yuxarıdakı dörd qarışıq siniflər və ümumilikdə o sinifə daxil olan sənaye sektorları arasında keçidi təmin edir.
Halal sertifikatlaşdırma orqanı xüsusi bir sektorda bütün təşkilatların həmişə eyni qarışıq sinifə düşəcəyini qəbul etməlidir. Halal sertifikatlaşdırma orqanı onun müqaviləyə baxış prosedurunu asanlıqla imkan verməlidir ki, qarışıq siniflərin müəyyənləşdirilməsində təşkilatın xüsusi fəaliyyəti təmin olunsun. Məsələn: baxmayaraq ki, çox sayda işlər kimya istehsalı sektorunda "yüksək qarışıq” kimi təsnif edilir, kimyəvi reaksiyadan sərbəst qarışdırma əldə edən və ya riskli xammal materiallarının və ya geniş proses “orta” kimi və hətta “aşağı qarışıq” kimi təsnifləşdirilə bilər.
Təşkilat sisteminin bütün atributları proseslər, məhsul/xidmətlər nəzərə alınır və effektiv audit üçün audit müddətinin qısa və uzun olmasını əsaslandıran faktorlar üçün daha düzgün tənzimləmə həyata keçirilir. Əlavə amillər substraktiv amillərlə kompensasiya edilə bilər. Audit müddəti cədvəli B1 və B2-də göstərilən müddətlə tənzimlənən bütün hallarda kifayət qədər sübutlar və yazılar müxtəlifliyi əsaslandırmaq üçün saxlanılır.
Cədvəl B.2 - İş sektorları və qarışıq siniflər arasında əlaqənin nümunələri.
Qarışıq sinif |
İş sektoru |
Çox yüksək |
digər rubrikalarda təsnif olunmayan (n.e.c.) kimyəvi və əczaçılıq, emal olunmuş ət məhsulları, geni dəyişdirilmiş məhsullar, qida əlavələri, bio mədəniyyətlər, kosmetik, emal vasitələri və mikroorqanizmlər. |
Yüksək |
ətin və quşların kəsilməsi; pendir məhsulları; peçenye; qəlyənaltılar; yağ; içkilər; otellər; restaranlar; qida əlavələri; təmizləmə agentləri; qablaşdırma materialı; tekstil |
Orta |
süd məhsulları; balıq məhsulları; yumurta məhsulları; arıçılıq; ədviyyatlar; bağçılıq məhsulları; konservləşdirilmiş meyvələr; konservləşdirilmiş tərəvəzlər; konservləşdirilmiş məhsullar; makaron; qənd; heyvan yemi; balıq yemi; su təchizatı; məhsulun inkişafı; proses və avadanlıq; baytarlıq xidmətləri; texnoloji avadanlıq; satış maşını; dəri məhsulları |
Aşağı |
balıq; yumurta istehsalı; süd istehsalı; balıqçılıq; ovçuluq; meyvələr; tərəvəzlər; taxıl; təzə meyvə və təzə şirə; içməli su; un; duz; pərakəndə satış yerləri; mağaza; topdan satıcı; nəqliyyat və anbar |
© 2009-2022 De Jure.