Məhkəmələr və hakimlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəməhakimiyyəti yaratmağa yönəlmişdir.
BİRİNCİ BÖLMƏ
MƏHKƏMƏLƏR
I fəsil
MƏHKƏMƏ HAKİMİYYƏTİ
Maddə 1. Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması
Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri fəaliyyət göstərirlər. Azərbaycan RespublikasıKonstitusiyasının 125-ci maddəsinin VI hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladəməhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra — Konstitusiya Məhkəməsi) fəaliyyəti və hakimlərinin statusu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunur.
Maddə 2. Məhkəmələr və hakimlər haqqında qanunvericilik
Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Məhkəmələrin vəzifələri
Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinəyönəldilmişdir.
Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.
Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir.
Maddə 4. Məhkəmələrdə işlərə baxılması
Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır.
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə//çıxarılıb//, appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır.
Məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar.
Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. Məhkəmə iclasının gedişini və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə edilə bilər.
Maddə 5. Məhkəmələrin qərarları
Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar.
Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq dərc edilir və elektron daşıyıcılarda yayılır. Bu qərarlarla birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da dərc edilməlidir. Birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Maddə 6. Məhkəmə hakimiyyətinin rəmzləri
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağından, Dövlət gerbindən və ədalət mühakiməsinin rəsmi emblemlərindən ibarətdir.
Azərbaycan Respublikası məhkəmələrinin bütün hakimləri məhkəmə iclaslarını xüsusi geyimdə aparırlar.
Ədalət mühakiməsinin rəsmi emblemlərinin və hakimlərin xüsusi geyim formasının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir.
II fəsil
ƏDALƏT MÜHAKİMƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR ƏSAS MÜDDƏALAR
Maddə 7. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.
Maddə 8. Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi
Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.
Maddə 9. Məhkəmə icraatına müdaxilənin və məhkəməyə hörmətsizlik göstərilməsinin yolverilməzliyi
Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyəhörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətəsəbəb olur.
Maddə 10. Müdafiə hüquqlarının təmin edilməsi
Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsindəməhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz.
Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir.
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin II hissəsinə uyğun olaraq qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Maddə 11. Təqsirsizlik prezumpsiyasının təmin edilməsi
Ədalət mühakiməsi həyata keçirilərkən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə riayət olunması təmin edilir.
Maddə 12. Məhkəmə icraatının açıq aparılması
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin V hissəsinə əsasən işlərə məhkəmənin qapalı iclaslarında baxılması halları istisna olmaqla, bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.
Bütün hallarda məhkəmələrin qərarları açıq elan edilir.
Maddə 13. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi
Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə uyğun olaraqçəkişmə prinsipi əsasında həyata keçirilir.
Maddə 14. Məhkəmə icraatının aparıldığı dil
Məhkəmə icraatının aparıldığı dil Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsində müəyyən edilir. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilir.
Maddə 15. Məhkəmə aidiyyətinə riayət edilməsi
İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
Maddə 16. Hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılması
Birinci instansiya, appelyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir.
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.
Maddə 17. Məhkəmə icraatında qeyri-prosessual münasibətlərin yolverilməzliyi
Məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, appelyasiya və kassasiya instansiyası məhkəmələri arasında qanunda nəzərdətutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir.
Maddə 18. Ədalət mühakiməsinin həyata keçirilməsinin zəruri şərtləri
Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər.
Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur.
III fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏ SİSTEMİ
Maddə 19. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr
Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər:
rayon (şəhər) məhkəmələri;
ağır cinayətlər məhkəmələri;
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi;
hərbi məhkəmələr;
//çıxarılıb//
inzibati-iqtisadi məhkəmələr
//çıxarılıb////çıxarılıb//
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
apellyasiya məhkəmələri//çıxarılıb//
(Çıxarılıb)
Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra — Ali Məhkəmə).
Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr da yaradıla bilər.
Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır.
IV fəsil
RAYON (ŞƏHƏR) MƏHKƏMƏLƏRİ
Maddə 20. Rayon (şəhər) məhkəməsi və onun səlahiyyətləri
Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır.
Rayon (şəhər) məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 21. Rayon (şəhər) məhkəməsinin təşkili
Rayon (şəhər) məhkəməsi Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində (rayon tabeli şəhərlərdən başqa), şəhərdəki rayonlarında təşkil edilir və onun yurisdiksiyası Azərbaycan Respublikasının müvafiq rayonuna, şəhərinə və ya şəhərdəki rayonuna şamil edilir.
Rayon (şəhər) məhkəməsinin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Bir rayonda (şəhərdə) yalnız bir rayon (şəhər) məhkəməsi təşkil edilə bilər.
Maddə 22. Rayon (şəhər) məhkəməsinin tərkibi
Rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
Rayon (şəhər) məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 23. Rayon (şəhər) məhkəməsi sədrinin səlahiyyətləri
Rayon (şəhər) məhkəməsinin sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
məhkəmə aparatı işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində rayon (şəhər) məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinədair məlumat verir;
məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir.
Maddə 23-1. Rayon (şəhər) məhkəməsi sədrinin müavininin səlahiyyətləri
Rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.
Maddə 24. (Çıxarılıb)
V fəsil
AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏLƏRİ
Maddə 25. ağır cinayətlər məhkəməsi və onun səlahiyyətləri
Ağır cinayətlər məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.
Ağır cinayətlər məhkəməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir, məhkəməstatistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
M a d d ə 2 6. Ağır cinayətlər məhkəməsinin təşkili
Ağır cinayətlər məhkəməsinin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Maddə 27. Ağır cinayətlər məhkəməsinin tərkibi
Ağır cinayətlər məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan ağır cinayətlər məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
//çıxarılıb//
Ağır cinayətlər məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 28. Ağır cinayətlər məhkəməsi sədrinin səlahiyyətləri
Ağır cinayətlər məhkəməsinin sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində Ağır cinayətlər məhkəməsiтdə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinədair məlumat verir;
məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 29. Ağır cinayətlər məhkəməsinin sədr müavininin səlahiyyətləri
Ağır cinayətlər məhkəməsinin sədr müavini:
məhkəmə iclaslarında sədrlik edir, Ağır cinayətlər məhkəməsi sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 30.(Çıxarılıb)
V-I fəsil
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ
Maddə 30-1. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi və onun səlahiyyətləri
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 30-2. Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin təşkili
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir, onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.
Maddə 30-3. Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin tərkibi
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi sədrdən və hakimlərdən ibarətdir.
//çıxarılıb//
Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 30-4. Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin sədrinin səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
Ali Məhkəmənin Plenumunda və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətində Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
VI fəsil
HƏRBİ MƏHKƏMƏLƏR
Maddə 31. Hərbi məhkəmə və onun səlahiyyətləri
Hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.
Hərbi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyindənəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Maddə 32. Hərbi məhkəmənin təşkili
Hərbi məhkəmə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələri hərbi hissələrinin sayı nəzərə alınmaqla onların yerləşdikləri inzibati ərazi vahidləri üzrə yaradılır.
Hərbi məhkəmənin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Maddə 33. Hərbi məhkəmənin tərkibi
Hərbi məhkəmə sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan hərbi məhkəmədə sədr müavini vəzifəsi təsis edilir.
Hərbi məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 34. Hərbi məhkəmə sədrinin səlahiyyətləri
Hərbi məhkəmənin sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
məhkəmə aparatı işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində hərbi məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
//çıxarılıb//
Maddə 34-1. Hərbi məhkəmə sədrinin müavininin səlahiyyətləri
Hərbi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
AĞIR CİNAYƏTLƏRƏ DAİR İŞLƏR ÜZRƏ HƏRBİ MƏHKƏMƏ
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
VIII fəsil
İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏLƏR
Maddə 42. İnzibati-iqtisadi məhkəmə və onun səlahiyyətləri
İnzibati-iqtisadi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır.
İnzibati-iqtisadi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasıqanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 43. İnzibati-iqtisadi məhkəmənin təşkili
İnzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir.
İnzibati-iqtisadi məhkəmənin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur.
Maddə 44. İnzibati-iqtisadi məhkəmənin tərkibi
İnzibati-iqtisadi məhkəmə sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan İnzibati-iqtisadi məhkəmədə sədr müavini vəzifəsi təsis edilir.
İnzibati-iqtisadi məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 45. İnzibati-iqtisadi məhkəmə sədrinin səlahiyyətləri
İnzibati-iqtisadi məhkəmənin sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət heyətində İnzibati-iqtisadi məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
//çıxarılıb////çıxarılıb//
Maddə 45-1. İnzibati-iqtisadi məhkəmə sədrinin müavininin səlahiyyətləri
İnzibati-iqtisadi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, inzibati-iqtisadi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.
Maddə 46. (Çıxarılıb)
(ÇIXARILIB)
X fəsil
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİ
Maddə 52. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Respublikasının ali məhkəmə orqanı olmaqla qanunla müəyyən edilmiş qaydada ədalət mühakiməsini həyata keçirir.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsidir.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir, onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütünərazisinə şamil edilir.
Maddə 53. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin tərkibi
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Rəyasət Heyətindən, mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.
Naxçıvan Muxtar Respublikası Ali məhkəməsi hakimlərinin tərkibinə məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və hakimləri daxildirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 54. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin tərkibi və səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyəti:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının Əsasnaməsini vətərkibini təsdiq edir;
qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;
Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və Naxçıvan Muxtar Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, onun müavininin, kollegiya sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrlərinin məlumatlarını dinləyir;
məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 55. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iş qaydası
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.
Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri və digər şəxslər Məhkəmənin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər. Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri vəbaşqa materiallar onlara təqdim olunur. Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.
Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.
Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.
Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasda sədrlik edən imzalayır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparatı Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası üçün digər zəruri işlər görür.
Maddə 56. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollegiyalarının səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiyası Azərbaycan Respublikası qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün tədbirlər görür, məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 57. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
Məhkəmə kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və onun ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və onun ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsini təmsil edir;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını vəiclas protokollarını imzalayır;
Ali Məhkəmənin Plenumunda iştirak edir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;
məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən işləri tələb edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 58. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədr müavininin səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini:
məhkəmə iclaslarında sədrlik edir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrısəlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 59. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollegiyaları sədrlərinin səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollegiyasının sədri:
müvafiq məhkəmə kollegiyasının iclaslarına sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;
məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən işləri tələb edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmə kollegiyalarının işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 60. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmə kollegiya sədrlərindən birinə həvalə edilir.
Məhkəmə kollegiyasının sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.
XI fəsil
APELLYASİYA MƏHKƏMƏLƏRİ
Maddə 61. Apellyasiya məhkəməsi
Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.
Apellyasiya məhkəməsinin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.
Maddə 62. Apellyasiya məhkəməsinin tərkibi
Apellyasiya məhkəməsi Rəyasət Heyətindən, mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir. Apellyasiya məhkəməsinin kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.
Apellyasiya məhkəməsi hakimlərinin tərkibinə məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və hakimləri daxildirlər.
Apellyasiya məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 63. Apellyasiya məhkəməsinin Rəyasət Heyətinin tərkibi və səlahiyyətləri
Apellyasiya məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.
Apellyasiya məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
Apellyasiya məhkəməsinin Rəyasət Heyəti:
apellyasiya məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;
qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;
Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin, məlumatlarını dinləyir;
apellyasiya məhkəməsində baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 64. Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iş qaydası
Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Apellyasiya məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.
Azərbaycan Respublikası Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, habelə digər şəxslər apellyasiya məhkəməsinin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər.
Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.
Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.
Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.
Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.
Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasda sədrlik edən imzalayır.
Apellyasiya məhkəməsinin aparatı Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası üçün digər zəruri tədbirlər görür.
Maddə 65. Apellyasiya məhkəməsi kollegiyalarının səlahiyyətləri
Apellyasiya məhkəməsinin kollegiyaları:
apellyasiya instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar. [100]
Apellyasiya məhkəməsinin kollegiyası məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. [101]
Maddə 66. Apellyasiya məhkəməsi sədrinin səlahiyyətləri [102]
Apellyasiya məhkəməsinin sədri:
apellyasiya məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir; [103]
Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
Məhkəmə kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair apellyasiya məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;
apellyasiya məhkəməsi aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;[104]
apellyasiya məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir;[105]
apellyasiya məhkəməsi və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir; [106]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrihakimlərinin və apellyasiya məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir; [107]
apellyasiya məhkəməsini təmsil edir;
apellyasiya məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas protokollarınıimzalayır;
Ali Məhkəmənin Plenumunda iştirak edir, həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində və apellyasiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir; [108]
apellyasiya məhkəməsi hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir; [109]
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;
məhkəmə statistikasının təhlili, apellyasiya məhkəməsində baxılmış işlər üzrə məhkəmə təcrübəsindən öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən işləri tələb edir; [110]
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [111]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 67. Apellyasiya məhkəməsi sədr müavininin səlahiyyətləri [112]
Apellyasiya məhkəməsinin sədr müavini:
məhkəmə iclaslarında sədrlik edir, apellyasiya məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 68. Apellyasiya məhkəməsi kollegiyaları sədrlərinin səlahiyyətləri [113]
Apellyasiya məhkəməsi kollegiyasının sədri:
müvafiq məhkəmə kollegiyasının iclaslarına sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;
məhkəmə statistikasının təhlili, apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmə kollegiyasının işini təşkil edir; [114]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 69. Apellyasiya məhkəməsi sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi [115]
Apellyasiya məhkəməsi sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası apellyasiya məhkəməsi sədrinin sərəncamıilə müvəqqəti olaraq həmin məhkəmə kollegiya sədrlərindən birinə həvalə edilir.
Apellyasiya məhkəməsinin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Apellyasiya Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir. [116]
(Çıxarılıb) [117]
XIII fəsil
ALİ MƏHKƏMƏ
Maddə 77. Ali Məhkəmə
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. [118]
Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. [119]
Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
Maddə 78. Ali Məhkəmənin tərkibi
Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər. [120]
Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyasından ibarətdir.
Ali Məhkəmədə mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya təşkil edilir. [121]
Ali Məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən olaraq müəyyənləşdirilir. [122]
Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir.
(Çıxarılıb) [123]
Maddə 79. Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri
Ali Məhkəmənin plenumu Ali Məhkəmənin sədrindən, onun müavinindən, kollegiya sədrlərindən və hakimlərindən ibarət tərkibdə fəaliyyət göstərir. [124]
Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
Ali Məhkəmənin Plenumu:
Azərbaycan Respublikası məhkəmələrində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə məhkəmə sədrlərinin məlumatlarını dinləyir və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Ali Məhkəmə sədrinin, onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və digər ümumi və ixtisaslaşdırılmış məhkəmə sədrlərinin məlumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədəmateriallara baxır; [125]
Ali Məhkəmə sədrinin təklifinə əsasən Ali Məhkəmənin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;[126]
Ali Məhkəmə sədrinin təqdimatına əsasən Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının Əsasnaməsini və tərkibini təsdiq edir;
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir; [127]
Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası hakimlərinin vəzifədən kənarlaşdırılması barədə Azərbaycan RespublikasıPrezidentinin sorğusuna baxır və müvafiq rəyi sorğu verildikdən sonra 30 gün müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edir;
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir;
qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavəkassasiya işlərinə və yaxud hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır; [128]
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə müraciət etmək barədə məsələlərə baxır vəqərar qəbul edir;
Azərbaycan Respublikası hakimlərinin andını qəbul edir;
qanunvericiliklə müəyyən edilmiş hallarda Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərə baxır; [129]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 80. Ali Məhkəmənin Plenumunun iş qaydası
Ali Məhkəmənin Plenumu üç ayda bir dəfədən az olmayaraq çağırılır. Ali Məhkəmənin sədri Ali Məhkəmənin Plenumunun iclaslarına sədrlik edir.
Ali Məhkəmənin Plenumunun iclaslarında apellyasiya məhkəmələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru vəmüvafiq icra hakimiyyəti orqanın rəhbəri iştirak edirlər. Ali Məhkəmənin Plenumunun iclaslarında əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərin baxılmasında müdafiə tərəfin iştirakı təmin edilir. Ali Məhkəmənin Plenumunun iclaslarına digər şəxslər də dəvət oluna bilərlər. [130]
Ali Məhkəmənin Plenumunun çağırılması vaxtı və müzakirə çıxarılan məsələlər barədə Plenumun üzvlərinə və Plenumda iştirak edən digər şəxslərə Plenuma ən geci 10 gün qalmışməlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.
Ali Məhkəmənin Plenumu üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Plenumun iclası səlahiyyətli sayılır.
Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə yolu ilə səsvermədə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Ali Məhkəmənin Plenumunun üzvləri məhkəmə işləri üzrəsəsvermədə bitərəf qala bilməzlər.
Ali Məhkəmənin Plenumuna sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.
Ali Məhkəmənin Plenumunun işində iştirak edən digər şəxslər, həmçinin Ali Məhkəmənin sədri məhkəmə qərarlarından əlavə kassasiya qaydasında və yeni açılmış hallara görə Ali Məhkəmənin Plenumuna verdiyi təqdimatlarla əlaqədar baxılan işlər üzrə səsvermədə iştirak etmirlər. Plenum baxılan məsələlər üzrə qərarlar qəbul edir. Plenumun qərarlarını və iclas protokollarını iclasa sədrlik edən imzalayır.
Ali Məhkəmənin aparatı Plenumun iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Plenumun qəbul etdiyi qərarların icrası üçün digər zəruri işlər görür. [131]
Məhkumun vəziyyətini ağırlaşdıran əsaslara görə məhkəmə qərarları, bəraət hökmü, bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmə qərarları səsvermədəiştirak edən Plenum iştirakçılarının üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər.
Maddə 81. Ali Məhkəmə kollegiyalarının səlahiyyətləri
Ali Məhkəmənin kollegiyalarında aşağıdakı işlərə baxılır:
apellyasiya məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; [132]
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; [133]
qanunla müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;
qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə.
Ali Məhkəmənin kollegiyaları məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 82. Ali Məhkəmə kollegiyalarının iş qaydası
Ali Məhkəmə səlahiyyətinə aid edilmiş işlərə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hədlərdə kollegiyaların iclaslarında baxır.
Məhkəmə kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.
Məhkəmə kollegiyalarının işinə rəhbərliyi kollegiyanın sədrləri həyata keçirirlər. [134]
(Çıxarılıb) [135]
Maddə 83. Ali Məhkəmə sədrinin səlahiyyətləri
Ali Məhkəmənin sədri:
Ali Məhkəmənin işinin təşkilinə və onun katibliyinin işinə rəhbərlik edir, Ali Məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
Ali Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kollegiyalar arasında kargüzarlıq qaydasına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri bölüşdürür; [136]
Ali Məhkəmənin hakimlərinin kollegiyalar üzrə müəyyən edilməsinə dair Ali Məhkəmənin Plenumuna təkliflər verir;
Ali Məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir; [137]
Ali Məhkəmə aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir; [138]
Azərbaycan Respublikası hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir; [139]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir; [140]
məhkəmələrdən işləri tələb edir; [141]
qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir; [142]
qanunla müəyyən edilmiş hallarda və qaydada yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna təqdimatlar verir;
Ali Məhkəməni təmsil edir;
Ali Məhkəmənin Plenumunun iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Plenumun qərarlarını və iclas protokollarını imzalayır;
Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
Ali Məhkəmənin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir; [143]
məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [144]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 84. Ali Məhkəmənin sədr müavininin səlahiyyətləri [145]
Ali Məhkəmənin sədr müavini:
məhkəmə iclaslarında sədrlik edir, Ali Məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 84-1. Ali Məhkəmənin kollegiya sədrinin səlahiyyətləri [146]
Ali Məhkəmə kollegiyasının sədri:
müvafiq məhkəmə kollegiyasının iclaslarında sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;
işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri bölüşdürür; [147]
məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;
məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;
Ali Məhkəmənin Plenumunda kollegiyalarda ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərinə baxılması sahəsində kollegiyanın işini təşkil edir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 85. Ali Məhkəmənin sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi [148]
Ali Məhkəmə sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmənin kollegiya sədrlərinin birinə həvalə edilir.
Ali Məhkəmənin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.
XIV fəsil
AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏLƏRİNİN FƏALİYYƏTİNİN TƏŞKİLATİ TƏMİNATI
Maddə 86. Müvafiq icra hakimiyyəti orqanı
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hakimlərin müstəqilliyinə ciddi əməl etməklə Ali Məhkəmənin//çıxarılıb// hakimləri istisna olmaqla, hakimlərin peşə hazırlığının artırılması, birinci instansiya məhkəmələrinin fəaliyyəti üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul olur, onların müvafiq normativ-hüquqi aktlarla təchiz olunmasını, maliyyə və digər maddi-texniki təminatını həyata keçirir. [149]
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə statistikasının aparılması, məhkəmə qərarlarının icrası, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görür. Müvafiq icra hakimiyyəti orqanı birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya onların səlahiyyət müddəti bitdikdə onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə isə onun vəzifələrinin icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə etmək hüququna malikdir. [150]
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə bu Qanunun 19-cu maddəsinin birinci hissəsində göstərilən məhkəmələrdə kargüzarlığın aparılması qaydalarını müəyyən edir. [151]
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri istisna olmaqla, bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir. [152]
Maddə 87. Məhkəmələrin fəaliyyətinin təşkilinin təhlili və statistika hesabatları [153]
Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada hər yarım ildə bir dəfədən az olmayaraq statistika hesabatı tərtib edilir.Müvafiq məhkəmə sədrləri statistika hesabatlarında göstərilən məlumatların düzgünlüyünə məsuldurlar. [154]
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə fəaliyyətinə dair statistika hesabatının formalarını müəyyənləşdirir və bu hesabatları dərc edir. [155]
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə fəaliyyətinə dair statistika hesabatlarını ümumiləşdirir, məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair aparılmış ümumiləşdirmələri öyrənir və təhlil edir, bu barədə Məhkəmə-Hüquq Şurasını məlumatlandırır. [156]
Maddə 88. Məhkəmələrin aparatları [157]
Məhkəmələrin fəaliyyətinin hüquqi, təşkilati, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirmək məqsədilə Ali Məhkəmə, apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində və digər məhkəmələrdə məhkəmə aparatları fəaliyyət göstərir. [158]
[159]Məhkəmələrin aparatları təşkil edilərkən hər hakim üçün məhkəmə katibi və köməkçi nəzərdə tutulmalı, məhkəmələrdə dəftərxana, kitabxana, arxiv, təsərrüfat xidməti fəaliyyət göstərməli, şəxslərin qəbulu, qanunvericiliyin sistemləşdirilməsi və kodifikasiyası, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının aparılması ilə məşğul olan məsləhətçilər olmalı, kargüzarlığın, məhkəmə tərəfindən çıxarılmış qərarların və onlarla bağlı yuxarı instansiya məhkəmələrinin qərarlarının uçotunun aparılması təmin edilməlidir.[160]
Məhkəmə aparatları məhkəmələrdə şəxslərin qəbulunu həyata keçirirlər. Məhkəmə icraatının təşkilati məsələləri ilə bağlı qəbul müvafiq hakimin məhkəmə katibi tərəfindən həyata keçirilir.[161]
Ali Məhkəmə, apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatlarının strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərinin əmək haqqını müvafiq olaraq Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri, digər məhkəmə aparatlarının isə strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərin əmək haqqını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[162]
Məhkəmə aparatının işçiləri mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.[163]
(Çıxarılıb) [164]
Maddə 89. Məhkəmələrdə hüquq qaydalarına əməl edilməsi
Məhkəmələrdə hüquq qaydalarına əməl edilməsi, məhkəmələrin binalarının, əmlakının və məhkəmə icraatı ilə bağlı sənədlərinin mühafizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 90. Məhkəmələrin maddi-texniki bazası və fəaliyyətinin maliyyələşdirilməsi
Məhkəmələr tərəfindən ədalət mühakiməsinin prosessual qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsinə lazımi şərait yaradılmasından ötrü hər bir məhkəmə:
xüsusi təchiz edilmiş binalarla, məhkəmə hakimiyyətinin rəmzləri (Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və ədalət mühakiməsinin rəsmi emblemi) və hakimlərin xüsusi geyimləri ilə, zəruri nəqliyyat vasitələri və təşkilati-texniki qurğularla;
blanklar, ştamplar, məhkəmənin adı və dövlət gerbi həkk olunmuş möhürlə təmin edilir.
Azərbaycan Respublikasının hakimlərinə onların statusunu təsdiq edən xidməti vəsiqələr verilir.
Məhkəmələrin fəaliyyəti, maddi-texniki təchizatı dövlət büdcəsi hesabına həyata keçirilir.
Azərbaycan Respublikası dövlət büdcəsinin ayrıca maddəsində məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün vəsait ayrılmasınəzərdə tutulur.
Müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müəyyən edilmiş hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görürlər.
Birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınır. [165]
Maddə 91. Məhkəmələrin beynəlxalq əlaqələri
Azərbaycan Respublikasının qanunvericiliyində və beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrini Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi isə birbaşa həyata keçirirlər.[166]
İKİNCİ BÖLMƏ
HAKİMLƏR
XV fəsil
HAKİMLƏRİN STATUSU
Maddə 92. Hakimlər və onların statusunun eyniliyi
Hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.
Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim (qərar qəbul edilərkən xüsusi rəy və ya belə qərarın əleyhinə səs vermiş hakim istisna olmaqla) eyni dərəcədə məsuldur. [167]
Hakimlər onların statusunu təsdiq edən xidməti vəsiqəyə malikdirlər. Xidməti vəsiqələrinin nümunələri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilir.
XVI fəsil
HAKİMLƏRİN TƏYİN EDİLMƏSİ
Maddə 93. Hakim vəzifəsinə namizədlərə aid tələblər
Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyəəsasən fiziki və əqli qüsurlarına görə hakim səlahiyyətlərini yerinə yetirməyə qadir olmayan, cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, hakimin adı ilə bir araya sığmayan hərəkətlərəyol verdiyinə görə vəzifədən azad edilmiş şəxslər hakim ola bilməzlər.
Maddə 93-1. Məhkəmə-Hüquq Şurası [168]
Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.[169]
Məhkəmə-Hüquq Şurasının təşkili, fəaliyyətinin hüquqi əsasları və səlahiyyətləri bu qanunla və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.
”Maddə 93-2. Hakimlərin Seçki Komitəsi [170]
Hakimlərin Seçki Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılan və hakim vəzifəsinə namizədlərin seçimini həyata keçirən orqandır.
Hakimlərin Seçki Komitəsinin fəaliyyəti bu Qanunla, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə ilə tənzimlənir.
”Maddə 93-3. Hakim vəzifəsinə namizədlərin seçilməsi [171]
Hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Namizədlərin seçilməsi üçün bu imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir.
İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiya cəlb edə bilər.
İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi tədris müəssisəsində təşkil edilir. Təlim mərhələsinə keçirilmiş hakim vəzifəsinə namizədlərin iş yerləri və orta əməkhaqları saxlanılır. Təlim mərhələsinə keçirilmiş işləməyən namizədlərin maddi təminatını Məhkəmə-Hüquq Şurası həyata keçirir. Maddi təminatın məbləği Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir və dövlət büdcəsindən Şuraya ayrılmış vəsait hesabına ödənilir. [172]
Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədris müəssisəsi tərəfindən təqdim olunmuş tədrisin nəticələri və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibəsinin əsasında həyata keçirilir. Namizədlərin qiymətləndirilməsi bal sistemi ilə aparılır.
Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun sıralanırlar.
Namizədlərin qiymətləndirməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir.
Tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış namizədlər ədliyyə orqanlarına inzibati vəzifəyə və ya prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə götürülə, hakim vakansiyası yarandıqda isə hakim vəzifəsinə təyin edilə bilərlər.
Maddə 93-4. Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası [173]
Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu Qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. [174]
Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq, bu Qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulan orqanlarda işləyən şəxs həmin maddədə nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə, bu Qanunun 94-cü maddəsi ilə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə bilər.[175]
Maddə 94. Hakimlərin, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyalarının sədrlərinin təyin edilməsi [176]
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.[177]
Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər.[178]
Naxçıvan Muxtar Respublikası məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iştirak edir.
Azərbaycan Respublikası məhkəmələrinin sədrləri, sədr müavinləri və məhkəmə kollegiyalarının sədrləri müvafiq məhkəmələrin hakimləri sırasından 5 il müddətinə təyin edilirlər //çıxarılıb//. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrlərinin vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla, Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq aparılır.[179]
Maddə 95. Hakimlərin andı
Təyin olunmuş hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içirlər:
«Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm».
Andiçmə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında hakimlərin məsuliyyətinin təcəssümüdür.
Hakimlərin səlahiyyətləri and içdiyi vaxtdan başlayır.
Hakimlər andın mətninə imza edir və bu sənəd hakimlərin şəxsi işində saxlanılır.
XVII fəsil
HAKİMLƏRİN SƏLAHİYYƏTLƏRİ
Maddə 96. Hakimlərin səlahiyyət müddəti[180]
Hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək//çıxarılıb// uzadılır. //çıxarılıb//[181]
Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.[182]
Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə onun səlahiyyətləri uzadılmır.
Hakimin fəaliyyətinin qiymətləndirilməsi “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq həyata keçirilir.
İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.
Maddə 97. Hakimlərin dəyişilməzliyi
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər səlahiyyət müddətində dəyişilməzdirlər.
Hakimlər öz razılığı olmadan başqa vəzifəyə dəyişdirilə bilməz.
Bu qanunla müəyyən edilmiş əsaslar istisna olmaqla, hakimlər vəzifədən kənarlaşdırıla və onların səlahiyyətlərinə xitam verilə bilməz. [183]
Maddə 97-1. Hakimlərin ezam edilməsi
Hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu Qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər.
Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır.
Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.[184]
Maddə 98. Hakimlərin hüquqları
Ədalət mühakiməsinin həyata keçirilməsi üçün hakimlər bu Qanunla müəyyən edilmiş səlahiyyətlərə malikdirlər.
Hakimlər müstəqillik, dəyişməzlik, toxunulmazlıq, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, eləcə də dövlət tərəfindən təhlükəsizliyinin, mülkiyyətinin qorunması və sosial müdafiə hüquqlarına malikdirlər.
Hakimlər həmçinin aşağıdakı hüquqlara malikdirlər:
qanunla üzərilərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar öz sərəncamlarının yerinə yetirilməsini vəzifəli şəxslərdən, fiziki və hüquqi şəxslərdən tələb etmək; [185]
qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək;
ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar vəzifəli və digər şəxslərdən məlumatlar almaq;
intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar şikayət etmək;
öz xahişi ilə tutduğu vəzifədən azad olunması barədə ərizə vermək.
Hakimlər Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara da malikdirlər.
Dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi şəxslər, habelə vəzifəli şəxslər hakimlərin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı tələblərini və sərəncamlarını yerinəyetirməyə borcludurlar. Bu tələb və sərəncamların yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Maddə 99. Hakimlərin vəzifələri
Hakimlər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq;
müşavirə otağının sirrini qorumaq, qapalı məhkəmə iclaslarında müəyyən olunmuş məlumatları gizli saxlamaq;
ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinmək.
Hakimlərin digər vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. [186]
Maddə 99-1. Hakimlərin Etik Davranış Kodeksi [187]
Hakimlərin Etik Davranış Kodeksi hakimlik fəaliyyətinin etika prinsiplərinin və standartlarının toplusudur. Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.
Hakimlərin Etik Davranış Kodeksi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilir.
XVIII fəsil
HAKİMLƏRİN MÜSTƏQİLLİYİ
Maddə 100. Hakimlərin müstəqilliyi
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına vəqanunlarına tabedirlər.
Hakimlərin müstəqilliyi onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdətutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. [188]
Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.[189]
Maddə 101. Hakimlərin toxunulmazlığı [190]
Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I hissəsinə uyğun olaraq hakimlər toxunulmazdır. Cinayət başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində cinayət təqibi həyata keçirilə bilməz.
Hakimlərin toxunulmazlığı, həmçinin onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.
Hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verir. Azərbaycan Respublikasının Baş prokuroru hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə-Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə-Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Azərbaycan Respublikası Baş prokurorunun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu qərar dərhal Azərbaycan Respublikasının Baş prokuroruna təqdim edilir.
Məhkəmə-Hüquq Şurasının razılığı olduqda cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir.
Digər hallarda hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilmiş hakim həmin andan səlahiyyətlərinin icrasına buraxılmır. Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakimə əmək haqqı ödənilməsi davam etdirilir.
Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakim barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hallarda cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə o, yenidən səlahiyyətlərinin icrasına buraxılır.
Cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda hakim vəzifəsindən kənarlaşdırılır.
Hakimin vəzifəsindən kənarlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Vəzifəsindən kənarlaşdırılmış hakimin səlahiyyətləri xitam edilmiş hesab olunur.
Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir.
Maddə 102. Hakimlərin təhlükəsizliyi
Hakimlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Hakimlərin öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onların təhlükəsizliyi təmin edilir. [191]
Maddə 103. Hakimlərin hərbi çağırışdan və hərbi toplanışdan azad olunması
Hakimlər səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunurlar.
Maddə 104. Hakimliklə bir araya sığmayan fəaliyyət
Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə uyğun olaraq hakimlər heç bir seçkili və ya təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifəmaaşından, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Maddə 105. Hakimlərin siyasətsizləşdirilməsi
Hakim vəzifəsinə təyin olunmuş şəxslər andiçmədən qabaq siyasi partiyanın və ya digər siyasi təşkilatların üzvlüyündən çıxmalıdır. Bu barədə verilmiş ərizə hakimlərin şəxsi işlərinə əlavəedilir.
Hakim vəzifəsinə təyin olunmuş şəxslər siyasi partiyanın və ya başqa siyasi təşkilatın üzvlüyündən çıxmadan hakim vəzifəsinin icrasına buraxılmırlar.
Maddə 105-1. Hakimlərin ictimai birlikləri (assosiasiyaları) [192]
Hakimlər ümumi maraqlar əsasında birləşərək, könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında öz ictimai birliklərini təsis edə bilərlər.
Hakimlərin ictimai birliklərinin fəaliyyətinin əsas məqsədləri hakimləri birləşdirməkdən, onların müstəqilliyinin möhkəmləndirilməsindən, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə kömək etməkdən ibarətdir.
XIX fəsil
HAKİMLƏRİN MADDİ VƏ SOSİAL TƏMİNATI
Maddə 106. Hakimlərin maddi təminatı
Hakimlərin aşağıdakı məbləğdə vəzifə maaşları müəyyən edilir:[193]
Ali Məhkəmənin sədrinə şərti maliyyə vahidinin 2070 manat həcmində;[194]
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;[195]
//çıxarılıb// [196]
ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;[197]
digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;[198]
bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;
Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;[199]
bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.
Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. KM1 [200]
Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.
İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir.[201]
Hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz.[202]
Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı[203]
Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. [204]
İllik məzuniyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinə müvafiq məhkəmə sədri tərəfindən, digər məhkəmələrin hakimlərinə isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Hakim illik məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin il (illər) üçün istifadə edilməmiş məzuniyyətə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. [205]
Maddə 108. Hakimlərin mənzillə təmin edilməsi
Təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hakimlər bu vəzifəyə təyin olunduğu gündən 6 ay müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən mənzillə təmin edilməlidirlər. [206]
(Çıxarılıb) [207]
Maddə 109. Hakimlərin sosial müdafiəsi KM1
Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. [208]
Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir.
Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir.
Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. [209]
Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [210]
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. [213]
XX fəsil
HAKİMLƏRİN HƏVƏSLƏNDİRİLMƏSİ, SƏLAHİYYƏTLƏRİNƏ XİTAM VERİLMƏSİ VƏ İNTİZAM MƏSULİYYƏTİ
Maddə 110. Hakimlərin həvəsləndirilməsi[214]
Hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə aşağıdakı həvəsləndirmə tədbirləri görür:
qiymətli hədiyyə ilə mükafatlandırmaq;
fəxri fərman ilə təltif etmək;
fəxri döş nişanı ilə təltif etmək;
hakimin təltif olunmasına dair müvafiq icra hakimiyyəti orqanına təklif vermək.
Maddə 111. Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər [215]
Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi olduqda edilir:
fiziki və hüquqi şəxslərin şikayətləri;
kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar;
işlərə apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində baxılarkən aşkar edilmiş qanun pozuntuları və hakimlər haqqında bu məhkəmələrin çıxardığı xüsusi qərarlar;
İnsan hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında əks etdirilmiş qanun pozuntuları;
hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində aşkara çıxan qanun pozuntuları; [216]
intizam icraatının başlanılması barədə müraciət hüququ olan şəxslərin əldə etdikləri digər məlumatlar.
Maddə 111-1. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları [217]
Hakimlər yalnız aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir:
işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda;
hakim etikasını pozduqda;
əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərini pozduqda;
”Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə;
”Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə;
hakim adına ləkə gətirən hərəkətə yol verdikdə.
Maddə 112. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası [218]
Hakimlər barəsində intizam icraatını yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda öz səlahiyyətləri daxilində intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməyə borcludurlar. [219]
Fiziki və hüquqi şəxslər hakimlər tərəfindən bu Qanunun 111-1-ci maddəsinin altıncı abzasında hakimlər üçün müəyyən edilmiş intizam məsuliyyətinə cəlb edilmə əsasının əlamətləri haqqında məlumatlar olduqda Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.
Apellyasiya məhkəmələrinin sədrləri müvafiq apellyasiya məhkəmələrinin hakimləri, habelə həmin məhkəmələrin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edirlər. [220]
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri həmin məhkəmənin hakimləri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir. [221]
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri haqqında intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.
Hakimlər haqqında intizam icraatı intizam pozuntusunun aşkar edildiyi gündən bir il və törədildiyi gündən üç il müddətində başlana bilər.
Hakimlər yalnız Məhkəmə-Hüquq Şurasının qərarına əsasən intizam məsuliyyətinə cəlb edilirlər.
Məhkəmə-Hüquq Şurası intizam icraatı üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
hakimə irad tutulması haqqında;
hakimə töhmət verilməsi haqqında;
hakimin vəzifədə aşağı salınması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;
hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;
hakimin səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında;
intizam icraatına xitam verilməsi haqqında.
Bu qanunun 111-1-ci maddəsində nəzərdə tutulmuş hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsaslarından asılı olaraq hakimlərə, bir qayda olaraq, aşağıdakı cəzalardan biri verilir:
işlərə baxarkən qanunvericiliyin tələblərinin dəfələrlə və ya kobudcasına pozulmasına görə - hakimə töhmət verilir və ya hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir;
hakim etikasının pozulmasına görə - hakimə irad tutulur və ya töhmət verilir, yaxud hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir;
əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə - hakimə irad tutulur və ya töhmət verilir, yaxud hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir;
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl edilməməsinə görə - hakimə irad tutulur və ya töhmət verilir;
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmaların törədilməsinə görə - hakimə töhmət verilir və ya hakimin iş yerinin dəyişdirilməsi, yaxud hakimin vəzifədə aşağı salınması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir;
hakim adına ləkə gətirən hərəkətlərə yol verilməsinə görə - hakimə irad tutulur və ya töhmət verilir, yaxud hakimin vəzifədə aşağı salınması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verilir. [222]
İntizam məsuliyyətinə cəlb edilmə haqqında qərardan şikayət verilməmişsə, o, qəbul edildiyi vaxtdan iyirmi gün sonra qüvvəyə minir. [223]
Həmin müddət ərzində intizam məsuliyyətinə cəlb edilmə haqqında Məhkəmə-Hüquq Şurasının qərarından Ali Məhkəmənin Plenumuna şikayət verilə bilər.
Ali Məhkəmənin Plenumu üç ay müddətində şikayətə baxıb Məhkəmə-Hüquq Şurasının qərarını qüvvədə saxlayır, ləğv edir və ya ona dəyişikliklər edir və öz qərarını Şuraya təqdim edir. Ali Məhkəmənin Plenumunun qərarı qətidir. İntizam məsuliyyətinə cəlb edilmə haqqında Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərə Ali Məhkəmənin Plenumunda baxılarkən həmin qərarlarla bağlı Məhkəmə-Hüquq Şurasının iclaslarında səsvermədə iştirak etmiş Şuranın üzvləri Plenumun iclaslarında səsvermədə iştirak etmirlər. [224]
Hakimlər cəza verildiyi gündən bir il ərzində yenidən intizam məsuliyyətinə cəlb edilməmişsə, intizam məsuliyyətinə cəlb edilməmiş sayılırlar.
Hakimlərin intizam məsuliyyəti məsələsinə bu Qanunla və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır.
Maddə 113. Hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları
Hakimlərin səlahiyyətlərinə onların səlahiyyət müddəti (uzadılmış səlahiyyət müddəti) qurtardıqda Məhkəmə-Hüquq Şurası tərəfindən xitam verilir. [225]
Hakimlərin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:
1) öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizə verdikdə;
2) hakim vəzifəsindən kənarlaşdırıldıqda; [226]
3) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
4) vəfat etdikdə;
5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
6) bu Qanunla hakim vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
7) tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;
8) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; [227]
9) əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;[228]
10) bu Qanunun 111-1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqvim ili ərzində iki dəfə intizam cəzası verildikdə; [229]
11) işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqda. [230]
Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hakimə müvafiq dərəcədən əlillik qrupu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür.[231]
Maddə 114. Hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qaydası
Bu Qanunun 113-cü maddəsinin 6-11-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və ya müvafiq icra hakimiyyəti orqanı intizam icraatının başlanılması haqqında Məhkəmə-Hüquq Şurasına müraciət edirlər. [232]
Hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edildikdə Məhkəmə-Hüquq Şurası bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verir. [233]
Bu qanunun 113-cü maddəsinin //çıxarılıb// 6-11-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimlərinin səlahiyyətlərinə onları təyin etmiş orqan tərəfindən vaxtından əvvəl xitam verilir. [234]
Bu qanunun 113-cü maddəsinin 1-ci və 3-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimlərin səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən vaxtından əvvəl xitam verilir.[235]
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb////çıxarılıb//
//çıxarılıb//
KEÇİD MÜDDƏALARI
1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
2. Bu Qanun qüvvəyə mindiyi gündən onun qəbul edilməsindən əvvəl seçilmiş hakimlərin maddi və sosial təminatı barədə müddəalar istisna edilməklə məhkəmə quruluşuna vəhakimlərin statusuna dair qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvədən düşür.
3. Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələri və hərbi qarnizon tribunalları bu Qanunun qüvvəyə mindiyi gündən müvafiq olaraq Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr adlandırılır.
4. Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələr bu Qanunda nəzərdə tutulmuş məhkəmələr təşkil edilənədək və yeni prosessual qanunlar qəbul edilənədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər.
5. Bu Qanun qəbul edilənədək seçilmiş Azərbaycan Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti həmin məhkəmələrə yeni hakimlərin təyin olunduğu gündən, işə baxılan müddətdə isə işə baxılıb qurtardığı gündən bitmiş hesab olunur.
//çıxarılıb// [238]
//çıxarılıb// KM1
7. Bu Qanunun 96-cı maddəsinin müddəaları 2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş hakimlərə şamil edilmir və onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu şəxslərin səlahiyyət müddətləri başa çatdıqdan sonra yenidən hakim vəzifəsinə təyin edilməsi onların fəaliyyətinin qiymətləndirilməsi əsasında həyata keçirilir. Fəaliyyəti məqbul qiymətləndirilmiş hakimlər aşağıdakı müddətə yenidən hakim vəzifəsinə təyin edilirlər:
15 ilə qədər hakimlik stajı olanlar - 10 il müddətinə, lakin son yaş həddini - 65 yaşı keçməmək şərti ilə; [239]
15 il və daha çox hakimlik stajı olanlar - son yaş həddinə - 65 yaşınadək.
Səlahiyyəti 10 il müddətinə uzadılmış hakimlərin səlahiyyət müddəti başa çatdıqdan sonra onların səlahiyyətlərinin yenidən uzadılması qiymətləndirmə əsasında bu Qanunla müəyyən edilmiş ümumi qaydada həyata keçirilir.
Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.
8. Müəyyən müddətə hakim vəzifəsinə təyin edilmiş şəxsin digər hakim vəzifəsinə keçirilməsi onun səlahiyyət müddətini artırmır. Hakimlərin iş yerinin dəyişdirilməsi onların təyin olunduqları səlahiyyət müddəti hüdudlarında həyata keçirilir. [240]
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 10 iyun 1997-ci il
№ 310-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 2 aprel 1999-cu il tarixli 646-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 284)
2. 8 iyun 1999-cu il tarixli 679-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 396)
3. 5 oktyabr 1999-cu il tarixli 706-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 570)
4. 16 fevral 2001-ci il tarixli 76-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 292)
5. 24 aprel 2001-ci il tarixli 125-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 379)
6. 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 455)
7. 19 oktyabr 2001-ci il tarixli 210-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 4)
8. 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)
9. 20 iyun 2003-cü il tarixli 489-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 278)
10. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)
11. 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
12. 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)
13. 8 iyun 2004-cü il tarixli 684-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 597)
14. 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598)
15. 1 sentyabr 2004-cü il tarixli 726-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 669)
16. 28 dekabr 2004-cü il tarixli 817-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 7 )
17. 14 iyun 2005-ci il tarixli 939-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 686)
18. 30 dekabr 2005-ci il tarixli 52-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 4)
19. 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cı il, № 12, maddə 1005)
20. 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439)
21. 8 may 2007-ci il tarixli 330-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 446)
22. 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712)
23. 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)
24. 25 dekabr 2007-ci il tarixli 523-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1222)
25. 22 fevral 2008-ci il tarixli 551-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 163)
26. 4 iyul 2008-ci il tarixli 665-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 609)
27. 16 dekabr 2008-ci il tarixli 741-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 46)
28. 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878)
29. 22 iyun 2010-cu il tarixli 1043-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 596)
30. 8 oktyabr 2010-cu il tarixli 1092-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2010-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 842)
31. 18 mart 2011-ci il tarixli 92-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 aprel 2011-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 265)
32. 21 dekabr 2012-ci il tarixli 520-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 fevral 2013-cü il, № 24; “Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 21)
33. 27 dekabr 2013-cü il tarixli 856-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 fevral 2014-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 85)
34. 20 iyun 2014-cü il tarixli 1008-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 782)
35. 20 iyun 2014-cü il tarixli 1010-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 784)
36. 30 dekabr 2014-cü il tarixli 1168-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 fevral 2015-ci il, № 034, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 98)
37. 24 fevral 2015-cü il tarixli 1202-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 08 aprel 2015-ci il, № 072, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 346)
38. 03 aprel 2015-ci il tarixli 1236-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 may 2015-ci il, № 095, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 483)
39. 20 oktyabr 2015-ci il tarixli 1393-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 noyabr 2015-ci il, № 256)
© 2009-2022 De Jure.