AZƏRBAYCAN RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ Q27-001-15
Bakı şəhəri “09” sentyabr 2015-ci il
“Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
K O L L E G İ Y A Q Ə R A R A A L I R:
1. “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Kollegiyanın sədri |
|
general-polkovnik |
Ramil Usubov |
|
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 09 sentyabr tarixli Q27-001-15 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament
1. Ümumi müddəalar:
1.1. Elektron xidmətin adı: Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndi;
1.3.2. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 2.26-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (bundan sonra - DİN BDYPİ).
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.
1.7. Elektron xidmətin icra müddəti: 5 (beş) iş günü.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi:
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsizdir.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
- http://mia.gov.az/?/az/jontent/29860/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/jontent/29860/
- e-poçt: http:// info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Zədələnmiş nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs elektron xidmətin təqdim edildiyi internet səhifəsindən müvafiq ərizə formasını (əlavə №1) doldurur.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:
3.1. Elektron xidmət üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən ərizə forması (əlavə №1) elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir.
3.1.2. sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və bu barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması natamam və ya yanlış doldurulduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin müvafiq sorğu ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. sorğunun qəbulu: İstifadəçi tərəfindən ərizə forması düzgün doldurulduqda sorğu qəbul olunur.
Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün nəqliyyat vasitəsinin zədələnməsinin baş verdiyi ərazidə xidmət aparan DYP qurumuna elektron formada (internet vasitəsi ilə) ünvanlanır. [1]
Sorğunun icrasına görə nəqliyyat vasitəsinin zədələnməsinin qeydiyyata alındığı ərazi DYP qurumunun rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: sorğu nəqliyyat vasitəsinin zədələnməsinin qeydiyyata alındığı qurumda baxıldığı zaman istifadəçi tərəfindən elektron formada doldurulmuş ərizədə göstərilən məlumatlarda imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən təqdim edilən ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.
Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışın verilməsi ilə bağlı müraciət aidiyyəti DYP qurumunda baxılaraq həmin nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınmış yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsinə dair materiallara əsasən “Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış” (əlavə №2) tərtib olunur və aidiyyəti DYP qurumunun rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
Əgər sorğu olunan nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi DYP qurumunda qeydiyyata alınmamışdırsa, avtomobilin sahibi qabaqcadan məlumatlandırılmaqla DYP qurumunun əməkdaşı tərəfindən zədələnən nəqliyyat vasitəsinin olduğu yerdə ona və zədələnmənin baş verdiyi əraziyə baxış keçirilərək yol-nəqliyyat hadisəsi sənədləşdirilir. Baxışın keçiriləcəyi tarix və vaxt barədə zədələnən nəqliyyat vasitəsinin sahibinə elektron poçt vasitəsi ilə azı 1 (bir) gün əvvəl məlumat verilir.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:
Yoxdur.
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Sorğunun nəticəsi üzrə tərtib olunmuş arayışın skan edilmiş surəti, həmçinin arayışın əslinin verilməsinin tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti DİN BDYPİ həyata keçirir.
3.4.1. Nəzarət forması: Kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.
3.5.3. şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsi ilə müəyyən olunmuş qaydada baxılır.
“Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament” 1 nömrəli əlavə
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə
Fiziki şəxs _________________________ və ya hüquqi şəxs __________________________ (soyadı, adı, atasının adı) (adı və hüquqi ünvanı) _____________________________________________________________________________ tərəfindən: Əlaqə vasitələri: Telefon, faks nömrələri: Elektron poçt ünvanı: _____________________________________________________________________________
Ə R İ Z Ə
Xahiş edirəm aşağıda göstərilən nəqliyyat vasitəsinin zədələnməsi barədə sorğuya müvafiq arayış verəsiniz:
Nəqliyyat vasitəsinin markası ___________________________________________________
Dövlət qeydiyyat nişanı _________________qeydiyyat şəhadətnaməsi ________________
_________________ mühərrik №-si ___________________ ban №-si __________________
şassi №-si _______________ rəngi ________________ buraxılış ili ____________________
________ tarixdə saat ________ dəqiqədə ___________________________________________ zədələnmənin baş verdiyi ərazinin ünvanı nəqliyyat vasitəsi zədələnmişdir. _______________________________________________________________________________ nəqliyyat vasitəsinin saxlanıldığı ünvan
sorğunun verilmə tarixi________________________________________________________ (gün, ay və il) İmza _________________________________________________ (soyadı, adı, atasının adı)
|
“Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament”ə 2 nömrəli əlavə
Daxili işlər orqanının künc ştampı
Nəqliyyat vasitələrinin zədələnməsinə dair
A R A Y I Ş №__
Verilir________________________________________________________________________ (soyadı, adı, atasının, adı)
ondan ötəri ki, “___”____il tarixdə, saat ____dəqiqədə _____________________________ _____________________________________________________________________________ (yol-nəqliyyat hadisəsi yeri dəqiq göstərilir) yol-nəqliyyat hadisəsində_______________________________________________________ (nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı) mühərrik № _______, ban №___________________________________________________ qeyd olunan xarici əzintilər almışdır:_____________________________________________ (müəyyən olunmuş əzintilər, onların yerləşməsi və sair) _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________
Yol-nəqliyyat hadisəsinin digər iştirakçıları barədə məlumat _____________________________________________________________________________ (sürücünün soyadı, adı, atasının adı, ünvanı və telefonu, nəq. vas-nin markası, dövlət qeyd. nişanı) _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________
Arayışı verdi: _______________________________________________________________ (əməkdaşın vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)
M.Y __________________________ (imza) |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 07 dekabr 2015-ci il tarixli Q74-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı
© 2009-2022 De Jure.