“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:
1. “Qazdan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ
Bakı şəhəri, 12 may 2011-ci il
№ 80
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Qаzdаn istifadə
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs;
istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;
qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları);
məişət qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);
sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);
qazpaylayıcı şəbəkə - qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi;
balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;
buraxılış-sazlama işləri - qaz qurğusunun işə buraxılmasına hazırlığı, işə buraxılmasını və qaz qurğusunun işlək gücünün qurğu sahibi ilə razılaşdırılmış səviyyəyə çatdırılmasını nəzərdə tutan kompleks işlər;
rejim-sazlama işləri - qaz qurğularının faydalı iş əmsallarının işçi diapazonunda layihə (pasport) göstəricilərinə uyğunluğuna nail olunması və yanacağın yandırılma proseslərinin avtomatik tənzimlənmə vasitələrinin sazlanmasını nəzərdə tutan kompleks işlər.
tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;
texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd.
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.
Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır.
Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır.
Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir.
1.5. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir.
1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər.
2. QAZ QURĞULARININ QAZPAYLAYICI ŞƏBƏKƏYƏ QOŞULMASI, İSTİSMARA QƏBULU VƏ İSTİSMARI
2.1. Yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
2.2. Müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və EN-in səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən//çıxarılıb// qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər.
2.3. Sənaye qaz qurğuları //çıxarılıb// istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra onların texniki pasport göstəricilərinə uyğun normal və davamlı işinin təmin edilməsi üçün xüsusi razılığı (lisenziyası) olan sazlama təşkilatı tərəfindən buraxılış-sazlama və rejim-sazlama işləri aparılmalıdır. Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair sazlama təşkilatı tərəfindən müvafiq akt tərtib olunur.
2.4. Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akta əsasən sənaye qaz qurğularının istismara buraxılması EN tərəfindən verilən xüsusi icazə əsasında həyata keçirilir. Xüsusi icazənin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
2.6. Sənaye qaz qurğusu olan istehlakçının qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq haqqında müraciətinə qaz paylayıcısı 10 (on) iş günü müddətində baxıb, əsaslandırılmış qərar qəbul edir və onu məlumatlandırır.
2.7. FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
2.8. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra - qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir.
2.9. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır.
2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
2.11. FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
3. QAZ PAYLAYICISININ, QAZDAN İSTİFADƏ EDƏN İSTEHLAKÇILARIN, MƏNZİL MÜLKİYYƏTÇİLƏRİNİN VƏ YAŞAYIŞ BİNALARINI İDARƏ EDƏN TƏŞKİLATLARIN VƏZİFƏLƏRİ
3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir:
3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli;
3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli;
3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı;
3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli;
3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;
3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı;
3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır.
3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;
3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli;
3.2.3. yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli;
3.2.4. qaz qurğularının, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamalı, qaz qurğusu işə salındıqdan dərhal sonra və onun istismarı zamanı qazın yanma məhsullarının tüstü bacalarına ötürülməsi ilə havanın sorulmasını yoxlamalı;
3.2.5. azyaşlı uşaqların, öz hərəkətlərinə nəzarət edə bilməyən və qaz qurğularından istifadə qaydaları ilə tanış olmayan şəxslərin qaz avadanlığından istifadə etmələrinə yol verməməli;
3.2.6. qazdan istifadə etdikdən sonra qaz avadanlığındakı bağlayıcını və xətdəki nəzarət ventilini bağlamalı;
3.2.7. qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməli;
3.2.8. zirzəmilərə və alt mərtəbələrə daxil olarkən, işığı və ya fənəri yandırmazdan əvvəl qaz iyinin yoxluğuna əmin olmalı;
3.2.9. zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz paylayıcısına təcili məlumat verməli;
3.2.10. mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı;
3.2.11. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən bu Qaydaların 2.7-2.10-cu bəndlərinə uyğun olaraq, qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsinə imkan yaratmalı;
3.2.12. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalı;
3.2.13. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra - SMPDK) müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verən məişət qaz qurğusundan istifadə etməli.
3.3. Sənaye qaz qurğularından istifadə edən istehlakçılar əlavə olaraq aşağıdakıları yerinə yetirməlidirlər:
3.3.1. qaz qurğularının istismarı prosesində 3 (üç) ildə bir dəfədən az olmayaraq, aşağıdakı rejim-sazlama işlərinin aparılmasını:
3.3.1.1. qaz qurğularının istilik-texniki (rejim) sazlanmasını;
3.3.1.2. avtomatik tənzimləyən və nəzarət vasitələrinin sazlanmasını;
3.3.1.3. köməkçi avadanlıqların sazlanmasını.
3.3.2. aşağıdakı hallarda növbədənkənar rejim-sazlama işlərinin aparılmasını:
3.3.2.1. qaz qurğularının əsaslı təmiri və rekonstruksiyasından sonra;
3.3.2.2. normativ texniki sənədlərlə təyin edilmiş istehlak olunan qazın istilik-texniki xarakteristikasında kənarlaşmalar aşkar olunduqda;
3.3.2.3. dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişləri olduqda;
3.3.3. rejim-sazlama işlərinin nəticələrinə əsasən sazlama təşkilatı tərəfindən texniki hesabatın tərtibi və hesabatda qaz qurğularının müxtəlif iş rejimlərində qazdan səmərəli istifadəyə təsir edən göstəricilərin əks olunmasını;
3.3.4. aparılan rejim-sazlama işlərinin nəticəsində rejim kartlarının tərtib edilməsini;
3.3.5. rejim kartlarına əsasən qaz qurğularının istismarının təmin edilməsini;
3.3.6. əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını;
3.3.7. əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı;
3.3.8. qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özündə saxlamağı;
3.3.9. qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini təmin etməyi;
3.3.10. fəaliyyətləri və ya qazdan istifadəsi mövsümi xarakter daşıyan qazlaşdırılmış obyektlərdə (düşərgələr, istirahət evləri, turizm və rekreasiya zonaları və s.) olan qaz qurğularının istismara buraxılmazdan əvvəl “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”*nın tələblərinə uyğun müayinədən keçirilməsini və sənədləşdirilməsini.
3.4. İstehlakçılara aşağıdakılar qadağandır:
3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq;
3.4.2. qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək;
3.4.3. qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər etmək, tüstü bacalarının və havadəyişmə xətlərinin quruluşunu dəyişdirmək, havadəyişmə xətlərini bağlamaq, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "cibləri" hörmək və ya bağlamaq;
3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək;
3.4.5. tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq;
3.4.6. ildə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti yoxlamalarını və təmizləmələrini aparmadan qazdan istifadə etmək;
3.4.7. nəfəsliklər, jalüzlü barmaqlıqlar, havadəyişmə xətlərinin barmaqlıqları bağlı saxlandıqda, tüstü bacalarında və havadəyişmə xətlərində havanın sovrulması baş vermədikdə, vanna otaqlarının qapıları altında dəliklər olmadıqda, həmin otaqlarda qaz qurğularından istifadə etmək;
3.4.8. işləyən qaz qurğularını nəzarətsiz qoymaq (daimi fəaliyyət üçün nəzərdə tutulmuş və müvafiq avtomatlaşdırma ilə təchiz edilmiş cihazlardan başqa);
3.4.9. qazdan və qaz qurğularından təyinatına uyğun olmayan məqsədlər üçün və qaz plitələrindən yaşayış sahəsinin qızdırılması üçün istifadə etmək;
3.4.10. qaz sızmasının aşkarlanmasında açıq oddan istifadə etmək;
3.4.11. qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək.
3.5. Yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq mənzilə xidmət etmək üçün nəzərdə tutulmuş obyektlərə (çoxmənzilli binanın ümumi əmlakı) münasibətdə mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilat aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
3.5.1. qaz avadanlıqlarını istismar edən müvafiq texniki heyət tərəfindən qaz qurğularına mütəmadi olaraq texniki baxış keçirilməsini və qazdan təhlükəsiz istifadənin təbliğatını təmin etməli, habelə zirzəmilərin, texniki anbarların və birinci mərtəbələrin ərazisində hava-qaz qatışığının yoxlanılması üçün qaz paylayıcısına şərait yaratmalı;
3.5.2. zirzəmiləri, texniki dəhlizləri, alt mərtəbələri lazımi texniki vəziyyətdə saxlamalı, elektrik işıqlandırmasını və havadəyişmə sistemini işlək vəziyyətdə saxlamalı;
3.5.3. tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin və tüstü bacalarının girişlərinin vəziyyətinin vaxtlı-vaxtında, xüsusilə qış aylarında mütəmadi olaraq yoxlanılmasını və ildə bir dəfədən az olmayaraq təmizlənməsini təmin etməli və görülmüş işləri müvafiq qaydada sənədləşdirməli;
3.5.4. qaz paylayıcısının və FHN-in səlahiyyətli nümayəndələrinin müvafiq tələblərinə əsasən, onlara tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin işlək vəziyyətdə olması barədə yoxlama aktlarının və ya xüsusi jurnalda qeyd edilmiş axırıncı yoxlama və ya təmizləmə haqqında məlumatı təqdim etməli;
3.5.5. sənaye qaz qurğusu istifadə edildikdə, əlavə olaraq bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş vəzifələri.
4. QAZ SAYĞACLARININ QURAŞDIRILMASI VƏ İSTİSMARI
4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.
4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
4.3. Qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.
4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.
4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
4.10. Sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir.
5. QAZIN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ
5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.
5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.
5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
6. İSTEHLAKÇIYA QAZIN VERİLMƏSİNİN DAYANDIRILMASININ ƏSASLARI VƏ QAZIN ALQI-SATQI MÜQAVİLƏSİNİN LƏĞVİ
6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:
6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
6.1.3. istehlakçının qaz qurğusu SMPDK müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;
6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
6.1.5-1. İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, FHN-in və EN-in səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
6.1.5-2. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında;
6.1.6. məhkəmənin qərarı ilə.
6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir.
6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.
6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qazdan istifadə Qaydaları”na 1 nömrəli əlavə |
|||
|
|||
Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə AKT |
|||
|
|||
“_____” _____________ 20___ il |
_________________ şəhər (rayon) |
||
Biz, aşağıda imza edənlər ______________________________________________________ |
|||
_____________________________________________________________________________ |
|||
(qaz paylayıcısı adından) |
|||
_____________________________________________________________________________ |
|||
(vəzifəsi, soyadı, adı, atasının adı) |
|||
___________________________________________________________________ şəxsində və |
|||
_________________________________________________ müəssisəsi (və yaxud istehlakçı) |
|||
adından ______________________________________________________________________ |
|||
(vəzifəsi, soyadı, adı, atasının adı) |
|||
şəxsində tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini aşağıdakı kimi müəyyən edirik: |
|||
_____________________________________________________________________________ |
|||
(qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer) |
|||
_____________________________________________________________________________ |
|||
_____________________________________________________________________________ |
|||
_____________________________________________________________________________ |
|||
|
|||
İmzalar: |
|
||
______________________ |
_________________________________ |
||
|
(soyadı, adı) |
|
|
______________________ |
_________________________________ |
||
|
(soyadı, adı) |
|
|
|
|
||
M.Y. |
M.Y. |
||
“Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavə |
|||||||||||||||
|
|||||||||||||||
Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi
MÜQAVİLƏ № _____ |
|||||||||||||||
|
|||||||||||||||
“_____” _____________ 20___ il |
______________________________________ |
||||||||||||||
|
(Müqavilənin bağlandığı yer) |
|
|||||||||||||
Müqavilə üzrə bundan sonra Paylayıcı adlanacaq _____________________________ |
|||||||||||||||
__________________________________________________________ şəxsində bir tərəfdən |
|||||||||||||||
(qaz paylayıcısının adı) |
|
||||||||||||||
və bundan sonra İstehlakçı adlanacaq ____________________________________________ |
|||||||||||||||
|
(fiziki şəxsin soyadı, adı, atasının adı) |
||||||||||||||
_________________________________________________________şəxsində digər tərəfdən |
|||||||||||||||
(şəxsiyyət vəsiqəsinin nömrəsi, ünvanı, telefon nömrələri) |
|
||||||||||||||
|
|||||||||||||||
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na (bundan sonra – “Qazdan istifadə Qaydaları”) uyğun olaraq aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar. |
|||||||||||||||
|
|||||||||||||||
1. MÜQAVİLƏNİN PREDMETİ
Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI
2.1. Paylayıcının vəzifələri: 2.1.1. İstehlakçını _____________________________________ təzyiqdən aşağı |
|||||||||||||||
(qazın təzyiqinin göstəricisi) |
|||||||||||||||
olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə //çıxarılıb// uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; 2.1.2. İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırmaq; //çıxarılıb// 2.1.4. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.6. qazın verilməsində təzyiqin azalması barədə (qəza işləri, baş vermiş yanğının və qaz sızması halları istisna olmaqla) İstehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək; 2.1.7. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək); 2.1.8. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək; 2.1.9. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.11. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; //çıxarılıb// 2.1.14. bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq; 2.1.15. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 2.2. Paylayıcının hüquqları: //çıxarılıb// 2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək; 2.2.3. İstehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək; 2.2.4. aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək; 2.2.5. İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək; 2.2.6. bu Müqavilənin 2.1.12-ci yarımbəndi nəzərə alınmaqla aşağıdakı hallarda İstehlakçıya qazın verilməsini dayandırmaq: 2.2.6.1. İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 2.2.6.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 2.2.6.3. İstehlakçının qaz qurğusu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.2.6.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 2.2.6.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; 2.2.6.5-1. İstehlakçı “Qazdan istifadə Qaydaları”nın 2.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında; 2.2.6.5-2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda, həmin orqanların göstərişi əsasında; 2.2.6.6. məhkəmənin qərarı ilə; 2.2.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 2.3. İstehlakçının vəzifələri: 2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək; 2.3.2. bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək; 2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək; 2.3.4. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək; 2.3.5. baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün qaz paylayıcısının nümayəndəsini və ya nümayəndələrini xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq; 2.3.5-1. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq; 2.3.6. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq; 2.3.7. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 2.4. İstehlakçının hüquqları: 2.4.1. bu Müqavilə ilə müəyyən edilmiş təzyiqdə, habelə dövlət standartlarına uyğun keyfiyyətdə fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsini Paylayıcıdan tələb etmək; 2.4.2. Paylayıcı tərəfindən bu Müqavilənin, "Qazdan istifadə Qaydaları"nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək; 2.4.3. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin bərpa edilməsini Paylayıcıdan tələb etmək; 2.4.4. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçirmək üçün //çıxarılıb////çıxarılıb// Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini tələb etmək; //çıxarılıb// 2.4.6. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb etmək; 2.4.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş hüquqları həyata keçirmək.
3. QAZIN QİYMƏTİ VƏ DƏYƏRİNİN ÖDƏNİLMƏSİ ŞƏRTLƏRİ
3.1. Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün __________ manat məbləğində müəyyən edilir. 3.2. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. 3.3. Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. Hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir.
4. QAZ QURĞULARINA DAİR TƏLƏBLƏR
4.1. İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. 4.2. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir. 4.3. İstehlakçının qaz qurğuları haqqında məlumat: |
|||||||||||||||
Sıra №-si |
İstismar olunan qaz qurğularının xarakteristikası |
||||||||||||||
qaz qurğusunun adı |
tipi və ya markası |
maksimal saatlıq qaz sərfi * m3 |
istilik gücü * kVt |
sayı |
|||||||||||
|
|
|
|
|
|
||||||||||
|
|
|
|
|
|
||||||||||
|
|||||||||||||||
4.4. İstehlakçının qaz sayğacı haqqında məlumat: |
|||||||||||||||
Sıra №-si |
Quraşdırılma yeri |
Markası |
Nömrəsi |
Quraşdırılma tarixi |
Üzərindəki plombların nömrəsi |
Dövlət yoxlamasından keçirilməsinin son tarixi |
|||||||||
|
|
|
|
|
|
|
|||||||||
|
|||||||||||||||
5. XÜSUSİ MÜDDƏALAR VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
5.1. Tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər, “Qazdan istifadə Qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. 5.2. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. 5.3. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Qazdan istifadə Qaydaları”nın 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
6. FORS-MAJOR
Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır.
7. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ
7.1. Bu Müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. 7.2. Bu Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən _____il müəyyən edilir. 7.3. İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, Müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur. 7.4. İstehlakçı bu Müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu, tərəflərin Müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir. 7.5. Bu Müqavilə iki nüsxədə tərtib edilmişdir və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla, tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
8. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ REKVİZİTLƏRİ
8.1. Tərəflərin hüquqi ünvanları və rekvizitləri: |
|||||||||||||||
İSTEHLAKÇI |
PAYLAYICI |
||||||||||||||
____________________________________ |
____________________________________ |
||||||||||||||
(soyadı, adı, atasının adı) |
(adı) |
||||||||||||||
Ünvanı: ____________________________ |
Hüquqi ünvanı: _____________________ |
||||||||||||||
____________________________________ |
____________________________________ |
||||||||||||||
Telefon nömrəsi _____________________ |
Telefon nömrəsi _____________________ |
||||||||||||||
________________ |
____________________________________ |
||||||||||||||
(imza) |
(səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və imzası) |
||||||||||||||
|
M.Y. |
||||||||||||||
“_____”____________20 ___ il |
“_____”____________20 ___ il |
||||||||||||||
Qazdan istifadə Qaydaları"na 3 nömrəli əlavə |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi
MÜQAVİLƏ №______ |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“_____” ________________ 20___ il |
______________________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
(bağlandığı yer) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Müqavilə üzrə bundan sonra Paylayıcı adlanacaq _____________________________ |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
___________________________________________ şəxsində bir tərəfdən və bundan sonra |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(qaz paylayıcısının adı) |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstehlakçı adlanacaq ___________________________________________________________ |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, ünvanı, telefon nömrəsi) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
_________________________________________________________şəxsində digər tərəfdən |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(hüquqi şəxsin adı, hüquqi ünvanı, telefon nömrəsi) |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na (bundan sonra – “Qazdan istifadə Qaydaları”) uyğun olaraq aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar: |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1. MÜQAVİLƏNİN PREDMETİ
Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI
2.1. Paylayıcının vəzifələri: 2.1.1. İstehlakçını __________________________________________ təzyiqdən aşağı |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(qazın təzyiqinin göstəricisi) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə //çıxarılıb// uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2.1.2. İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu Müqaviləyə əlavə olunmuş və Müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz edir; 2.1.3. İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) "Qazdan istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq təlimatlandırmaq; //çıxarılıb// 2.1.5. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək; 2.1.6. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.7. qazın verilməsində İstehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət etmək; 2.1.8. qazın verilməsində təzyiqin azalması barədə (qəza işləri, baş vermiş yanğının və qaz sızması halları istisna olmaqla) İstehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək; 2.1.9. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək); 2.1.10. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək; 2.1.11. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək; 2.1.12. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.13. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək; 2.1.14. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; //çıxarılıb// 2.1.16. bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşımaq; 2.1.17. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək. 2.2. Paylayıcının hüquqları: //çıxarılıb// 2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək; 2.2.3. qaz qurğusunun sazlama təşkilatı ilə razılaşdırılmış iş rejiminə riayət edilməsini İstehlakçıdan tələb etmək; 2.2.4. İstehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək; 2.2.5. aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək; 2.2.6. İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək; 2.2.7. bu Müqavilənin 2.1.14-cü yarımbəndinin tələblərinə əməl etməklə, aşağıdakı hallarda İstehlakçıya qazın verilməsini dayandırmaq: 2.2.7.1. İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 2.2.7.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 2.2.7.3. İstehlakçının qaz qurğusu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininmüəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.2.7.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədikdə; 2.2.7.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; 2.2.7.5-1. İstehlakçı “Qazdan istifadə Qaydaları”nın 2.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında; 2.2.7.5-2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda, həmin orqanların göstərişi əsasında; 2.2.7.6. məhkəmənin qərarı ilə; 2.2.8. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 2.3. İstehlakçının vəzifələri: 2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək; 2.3.2. bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək; 2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək; 2.3.4. qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək; 2.3.5. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək; 2.3.6. baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün qaz paylayıcısının nümayəndəsini və ya nümayəndələrini xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq; 2.3.6-1. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq; 2.3.7. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaq; 2.3.8. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək. 2.4. İstehlakçının hüquqları: 2.4.1. bu Müqavilə ilə müəyyən edilmiş təzyiqdə, həcmdə və dövlət standartlarına uyğun keyfiyyətdə fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsini Paylayıcıdan tələb etmək; 2.4.2. sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət edilməsini Paylayıcıdan tələb etmək; 2.4.3. Paylayıcı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək; 2.4.4. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin bərpa edilməsini Paylayıcıdan tələb etmək; 2.4.5. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçirmək üçün //çıxarılıb////çıxarılıb// Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini tələb etmək; //çıxarılıb// 2.4.7. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb etmək; 2.4.8. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
3. QAZIN QİYMƏTİ VƏ DƏYƏRİNİN ÖDƏNİLMƏSİ ŞƏRTLƏRİ
3.1. Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün __________ manat məbləğində müəyyən edilir. 3.2. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. 3.3. Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. Hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir.
4. QAZ QURĞULARINA DAİR TƏLƏBLƏR
4.1. İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. 4.2. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir. 4.3. İstehlakçının qaz qurğuları haqqında məlumat: |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sıra №-si |
İstismar olunan qaz qurğularının xarakteristikası |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
qaz qurğusunun adı |
tipi və ya markası |
maksimal saatlıq qaz sərfi* m3 |
istilik gücü* kVt |
sayı |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qeyd. İstehlakçı (hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) yalnız məişət qaz qurğusundan istifadə etdiyi halda, bu Müqavilənin sənaye qurğularına aid 2.1.2-ci, 2.1.7-ci, 2.2.3-cü, 2.3.4-cü və 2.4.2-ci yarımbəndləri Müqavilə tərəflərinə şamil edilmir. 4.4. İstehlakçının qaz sayğacı haqqında məlumat: |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sıra №-si |
Quraşdırılma yeri |
Markası |
Nömrəsi |
Quraşdırılma tarixi |
Üzərindəki plombların nömrəsi
|
Dövlət yoxlamasından keçirilməsinin son tarixi |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|
|
|
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
5. XÜSUSİ MÜDDƏALAR VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
5.1. Tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə Qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. 5.2. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. 5.3. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Qazdan istifadə Qaydaları”nın 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
6. FORS-MAJOR
Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır.
7. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ
7.1. Bu Müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. 7.2. Bu Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən _____il müəyyən edilir. 7.3. İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə Müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur. 7.4. İstehlakçı bu Müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu, tərəfləri Müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir. 7.5. Bu Müqavilə iki nüsxədə tərtib edilmişdir və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla, tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
8. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ REKVİZİTLƏRİ
8.1. Tərəflərin hüquqi ünvanları və rekvizitləri: |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSTEHLAKÇI |
PAYLAYICI |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
__________________________________ |
___________________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(soyadı, adı, atasının adı/ hüquqi şəxsin adı) |
(adı) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
__________________________________ |
Hüquqi ünvanı: _____________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ünvanı/hüquqi ünvanı: _____________ |
____________________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
__________________________________ |
Telefon nömrəsi _____________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Telefon nömrəsi ___________________ |
____________________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
____________________ |
(səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(imza) |
__________________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
imzası) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
M.Y. |
M.Y. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“_____”____________20 ___il |
“_____”____________20 ___ il |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən İstehlakçı arasında qazın alqı-satqısı barədə "____"________20__ il tarixli ______nömrəli müqaviləyə
Əlavə
(20_____il üçün) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yanvar |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fevral |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mart |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Aprel |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
May |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İyun |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İyul |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Avqust |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sentyabr |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Oktyabr |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Noyabr |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dekabr |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəmi: illik |
m3 qədər |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Paylayıcı |
İstehlakçı |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
_______________________________ |
____________________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(vəzifəli şəxsin soyadı, adı) |
(istehlakçının soyadı, adı, hüquqi şəxsdirsə - adı) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“_____”______________20____ il |
“_____”______________20____ il |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İmza ___________________ |
İmza ___________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
M.Y. |
M.Y. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“Qazdan istifadə Qaydaları”na 4 nömrəli əlavə |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qazın dəyəri barədə |
Qazın dəyəri barədə |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
HESAB |
HESAB |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
________________________________ |
_______________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(qaz paylayıcısının adı, ünvanı) |
(qaz paylayıcısının adı, ünvanı) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Surəti |
Əsli |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“Qazdan istifadə Qaydaları”na 5 nömrəli əlavə |
|
Hesablaşma dövründə qaz paylayıcısı ilə istehlakçı arasında qazın həcmi və dəyəri üzrə
ÜZLƏŞMƏ KİTABÇASI
Müqavilə № ___________ və tarixi _____________Sayğacın №-si ___________________ Qaz paylayıcısı _______________________________________________________________ _____________________________________________________________________________ (qaz paylayıcısının adı və ünvanı) İstehlakçı ____________________________________________________________________ (ünvanı, soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda, _____________________________________________________________________________ onun adı və hüquqi ünvanı) İstehlakçının hesab kodu_______________________________________________________ |
Aylar |
Sayğacın göstəricisi |
Qazın həcmi |
Dəyəri |
Qeyd olunma tarixi |
Ödəniş tarixi |
İmza |
Qeyd |
Yanvar |
|
|
|
|
|
|
|
Fevral |
|
|
|
|
|
|
|
Mart |
|
|
|
|
|
|
|
Aprel |
|
|
|
|
|
|
|
May |
|
|
|
|
|
|
|
İyun |
|
|
|
|
|
|
|
İyul |
|
|
|
|
|
|
|
Avqust |
|
|
|
|
|
|
|
Sentyabr |
|
|
|
|
|
|
|
Oktyabr |
|
|
|
|
|
|
|
Noyabr |
|
|
|
|
|
|
|
Dekabr |
|
|
|
|
|
|
|
“Paylayıcı” |
“İstehlakçı” |
_________________________________ |
_____________________________________ |
(vəzifəli şəxsin soyadı, adı və atasının adı) |
(soyadı, adı və atasının adı, hüquqi şəxsdirsə - adı) |
İmza ________________________ |
İmza ________________________ |
M.Y. |
M.Y. |
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 17 fevral 2012-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 184)
2. 12 iyun 2013-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 744)
3. 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)
4. 29 aprel 2016-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97)
* “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” SSRİ Dövlətdağtexnəzarəti tərəfindən 1979-cu il 26 iyun tarixində təsdiq edilmişdir və hal-hazırda qüvvədədir.
* Maksimal saatlıq qaz sərfi və istilik gücü pasport göstəricilərinə uyğun qeyd edilir.
* Maksimal saatlıq qaz sərfi və istilik gücü pasport göstəricilərinə uyğun qeyd edilir.
© 2009-2022 De Jure.