AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
KOLLEGİYA QƏRARI
19.03.2012-ci il № 2-N
“Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
30 dekabr 2011-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən hüquqi şəxsin təsis sənədlərinin anlayışı yeni redaksiyada verilmiş, habelə bu qurumun dövlət qeydiyyatına alınmasından və ya belə qeydiyyata alınmış nümayəndəliyin (filialın) dövlət reyestrinə daxil edilməsindən imtina halları və s. barədə müddəalar əlavə edilmişdir.
Bundan əlavə dövlət başçısının 15.02.2011-ci il tarixli Fərmanı ilə təhsil müəssisələrinin dövlət qeydiyyatının həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə edilmişdir.
Qeyd olunanlar nazirlik üzrə 2008-ci il 29 dekabr tarixli, 27-T nömrəli əmrlə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nıntəkmilləşdirilməsini zəruri edir.
Bununla bağlı müvafiq sənədin layihəsi hazırlanmış, ona nazirliyin aidiyyəti struktur qurumlarında baxılaraq müsbət rəylər verilmişdir.
Kollegiya layihəyə baxıb onu məqbul hesab edir.
Göstərilənlərə, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq kollegiya
QƏRARA ALIR:
1. “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları” təsdiq edilsin (Əlavə olunur).
2. Bu Qaydaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatı həyata keçirilərkən bu Qaydaların dürüst tətbiqi təmin edilsin, sənəddə əks olunmuş yeniliklərin aidiyyəti ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi üçün zəruri tədbirlər görülsün (İ.Məmmədov).
4. “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” nazirlik üzrə 29.12.2008-ci il tarixli, 27-T nömrəli əmr (07.04.2009-cu il tarixli, 3439 nömrəli şəhadətnamə), “Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il tarixli Fərmanının 1.2-ci bəndinin icrası ilə bağlı” nazirlik üzrə 11.05.2010-cu il tarixli, 5-T nömrəli əmrin 1.2-ci bəndi (24.05.2010-cu il tarixli, 3836 nömrəli şəhadətnamə), “Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il və 24.05.2010-cu il tarixli sərəncamlarının icrası ilə bağlı” nazirlik üzrə 08.07.2010-cu il tarixli, 11-T nömrəli əmrin 1.2-ci bəndi (20.07.2010-cu il tarixli, 3946 nömrəli şəhadətnamə) ləğv edilsin.
Azərbaycan Respublikası ədliyyə nazirinin vəzifəsini müvəqqəti icra edən nazir müavini II dərəcəli dövlət ədliyyə müşaviri |
Vilayət Zahirov |
|
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmişdir |
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması
QAYDALARI
I. Ümumi müddəalar
1.1. “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları” (bundan sonra “Qaydalar”) Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7, 9.9, 9.11, 9.12, 10.6-cı bəndlərindən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Qaydalar qeyri-kommersiya qurumlarının (dini qurumlar istisna olmaqla), xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filiallarının və təhsilmüəssisələrinindövlət qeydiyyatının və qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinin (bundan sonra “dövlət reyestri”) hüquqi və təşkilati əsaslarını müəyyən edir.
II. Sənədlərin qəbulu
2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir.
2.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
2.3. Ərizədə aşağıdakılar göstərilir:
· təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
· təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;
· ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda — habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnaməhaqqında məlumatlar;
· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2005-ci il tarixli 70 nömrəli qərarı ilə təsdiq edilən ərizə formasında müəyyən edilən digər məlumatlar.
//çıxarılıb//
2.5. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
· qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxədə);
· qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar. Siyasi partiyanın təsis qərarında həmçinin proqramın qəbul olunması göstərilməlidir. Təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır;
· dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi);
· fondlarda nizamnamə kapitalının on min manatdan az olmayan məbləğdə ödənilməsini təsdiq edən sənəd;
· təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
· təsisçi xarici hüquqi şəxs olduqda onun qeydiyyatını təsdiq edən sənədlər (reyestrdən çıxarış və ya qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və s.);
· təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti:
· hüquqi ünvanını təsdiq edən sənəd (qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin yerləşdiyi yerə dair mülkiyyətçinin müvafiq iradə ifadəsini əks etdirən sənəd, qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin yerləşdiyi yerə dair təsisçinin (təsisçilərin) qərarı, siyasi partiyalarda isə rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı);
· qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
· siyasi partiyanın dövlət qeydiyyatı zamanı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq partiya üzvlərinin sayını təsdiqləyən sənəd;
· qeyri-hökumət təşkilatının təsisçi (təsisçilər) və qanuni təmsilçi (təmsilçilər), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
· özəl və bələdiyyə təhsil müəssisəsinin nizamnaməsinə dair “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi;
· nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi;
· kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən);
· məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş təhsil müəssisələrinin nizamnaməsində kapitalının 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmadığı halda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən);
· siyasi partiyanın təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat;
· siyasi partiyanın proqramı;
· təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd (olduğu halda).
2.6. Məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş təhsil müəssisələrinin nizamnaməsində kapitalının 3 aydan çox olmayan müddətə ödənilməsi nəzərdə tutulduğu halda kapital nizamnamədə göstərilən müddətdə ödənilməlidir.
2.7. Xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması üçün Qaydaların 2.5-ci bəndinin 3, 6, 8, 9, 12-ci yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakılar təqdim olunmalıdır:
· nümayəndəliyi və ya filialı yaradan xarici qeyri-kommersiya hüquqi şəxsi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);
· nümayəndəliyin və ya filialın yaradılması haqqında xarici qeyri-kommersiya hüquqi şəxsinin qərarı;
· nümayəndəliyin və ya filialın təsisçisi olan xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - reyestrdən çıxarış (qeydiyyat şəhadətnaməsi və s.);
· nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
· xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin rəhbərinin müavininin təyin edilməsi barədə sənəd (sənəddə rəhbər müavinin səlahiyyət müddəti göstərilməlidir);
· nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin qurumu yaradan xarici hüquqi şəxsinin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
· Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.
2.7-1. Qeyri-hökumət təşkilatının və xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının yaradılması barədə qərarda onların icra orqanlarının tərkibi və səlahiyyətlərinin müddəti göstərilməlidir. Qeyri-hökumət təşkilatının nümayəndəliyi və filialının, habelə xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, olduğu yer (hüquqi ünvanı), onun qeydiyyatını aparmış qurumun adı) eləcə də, nümayəndəliyin və ya filialın hüquqi ünvanı, hüquq və vəzifələri, fəaliyyətinin predmeti, idarə edilməsi qaydası, rəhbərinin (rəhbərin müavininin) səlahiyyətləri və səlahiyyət müddəti, ləğv olunması qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir. Xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının qeydiyyatı ilə bağlı sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.
2.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər qayda nəzərdə tutulmadıqda, xaricdə tərtib olunmuş sənədlər həmin ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, //çıxarılıb// İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən) leqallaşdırılmalıdır.
Sənədlər 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın iştirakçısı olan dövlətlərdən daxil olduqda onlara həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil verilməlidir.
2.9. Təsis edilən təşkilatın fəaliyyət istiqaməti vəkillik fəaliyyəti ilə bağlı məsələlərə aid olduğu halda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununaəsasənbuna dair Vəkillər Kollegiyasının rəyi alınır.
//çıxarılıb//
2.11. Qeyri-kommersiya qurumlarının nizamnaməsinin (əsasnaməsinin) titul vərəqində onların qeydiyyat nömrəsi, qeydiyyat tarixi və dövlət qeydiyyatı orqanının adının qeyd olunması üçün müvafiq hissə olmalıdır (Əlavə 1).
2.12. Ərizə surəti ilə birlikdə təqdim edilməlidir.
2.13. Ərizənin əsli dövlət qeydiyyat orqanında saxlanılır, surəti isə dövlət qeydiyyat orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsin tələbi ilə həmin şəxsə qaytarılır. Ərizənin əslində müvafiq dövlət qeydiyyat orqanının ştampı vurulur, daxil olma tarixi və nömrəsi göstərilir (Əlavə 2).
“Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında ərizənin daxil olma nömrəsi və tarixi, hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, müraciət etmiş şəxs (ərizəçi) haqqında məlumat, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.
“Dövlət reyestrdə dəyişiklik edilməsi barədə müraciətlər” kitabında müraciətin daxil olma nömrəsi və tarixi, qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat nömrəsi və tarixi, müraciətin qısa məzmunu, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.
2.14. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin təsis sənədləri poçt vasitəsilə daxil olduqda “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında qeyd olunur. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı ilə bağlı sənədlər həmçinin təsisçinin (təsisçilərin) və ya onun (onların) səlahiyyətli nümayəndəsinin yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bilavasitə qəbul oluna bilər. Bu halda sənədləri qəbul etmiş rayon (şəhər) qeydiyyat şöbəsi ərizəyə əlavə edilən sənədlərin mövcudluğunu (əlavə edilib-edilməməsinə) yoxladıqdan sonra müşayiət məktubu ilə bir gün ərzində onları baxılması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərməlidir.
2.15. Təsis sənədləri daxil olduğu gün "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında qeydiyyata alınır, qeydiyyat orqanının rəhbərinə təqdim edilir və onun dərkənarı ilə icraata yönəldilir. Sənədlər icraçı tərəfindən qəbul edilərkən “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər” kitabında imza edilir.
2.16. “Arxiv sənədlərinin uçotu” kitabında qurumun adı, qeydiyyat nömrəsi və tarixi, təşkilati-hüquqi forması, saxlanılan sənədlər haqqında məlumatlar göstərilir.
III. Sənədlərin icrası
3.1. İcraata daxil olmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır, sənədlər bu aktların tələblərinə uyğun olduqda qurumun dövlət qeydiyyatına alınmasına dair rəy tərtib edilir.
3.2. Rəydə qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin təsis edilməsi tarixi, əsas məqsədi, təsisçisi (və ya təsisçiləri), qanuni təmsilçisi, dövlət rüsumunun ödənilməsi, fondun nizamnamə kapitalının miqdarı, ödənilməsi və təsisçilərin əmlak paylarının həcmi, özəl və ya bələdiyyə təhsil müəssisəsinin nizamnaməsinə dair rəy, kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin nizamnamə kapitalının və əmlak paylarının miqdarı, çevrilmə, birləşmə, ayrılma və bölünmə zamanı yenidən təşkil barədə məlumat, qoºulmada qoºulan qeyri-kommersiya hüquqi ºəxsi və ya təhsil müəssisəsi, qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə əvvəllər edilmiş xəbərdarlıqlarda, verilmiş göstərişlərdə qeyd olunmuş pozuntuların aradan qaldırılması barədə məlumatlar, habelə təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi qeyd edilir.
3.3. Dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumuna və ya təhsil müəssisəsinə vahid və təkrarolunmaz qeydiyyat nömrəsi verilir.
3.4. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin qeydiyyat nömrəsi dövlət reyestrində, qeydiyyat orqanı tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, həmçinin onun nizamnaməsində (və ya əsasnaməsində) göstərilir.
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyat (reyestr) nömrəsində qeydiyyat orqanının kodu, dövlət qeydiyyatının ili, dövlət reyestr kitabının kodu və qurumun reyestr kitabında sıra sayı göstərilir. Qeydiyyat (reyestr) nömrəsindəki birinci dörd hərf və ya rəqəmlər inzibati ərazi vahidinin (rayon, şəhər) kodunu (Əlavə 3), ikinci iki rəqəm isə qeydiyyat ilini göstərir. Bu rəqəmlərdən sonra kitabın kodu göstərilir və tire işarəsi qoyulmaqla qurumların qeydiyyatının sıra sayını göstərən rəqəmlər yazılır. Dövlət reyestr kitablarının kodu hərf işarəsi ilə başlayır və ondan sonra sıra sayla rəqəm əlavə edilir (misal üçün qurumun dövlət qeydiyyat nömrəsi 000508-Q2-0795 olduqda burada 0005 qeydiyyat orqanının kodu, 08 ili, Q2 reyestr kitabının kodu, 0795 qurumun reyestr kitabındakı sıra sayını göstərir).
«Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabı»nın dəyişməsi və ya növbəti ilin başlanması qeydiyyata alınan qurumlara verilən nömrə ardıcıllığını dəyişmir.
Dövlət reyestri kitabının üstündə kitabın kodu (nömrəsi), reyestrin aparıldığı il və reyestrin başlanğıc və son sayını göstərən rəqəmlər göstərilməlidir. Qeyri-kommersiya hüquqi şəxsləri üçün dövlət reyestr kitabının kodu «Q», xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları üçün - «N» hərfi ilə göstərilir (misal üçün, Q1, 2012, Reyestr №1-50).
3.5. Dövlət reyestri kitabında yol verilmiş səhvlər yeni qeyd etməklə aradan qaldırılır. Bu halda qüvvəsini itirməli olan qeydin üstündən xətt çəkilir və bu qaydalara uyğun yeni qeydlər edilir. Yeni qeyddə qüvvəsini itirmiş yazıya istinad edilməlidir.
3.6. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən qurumun adı, təşkilati-hüquqi forması dəyişildikdə, qeydiyyat nömrəsi dəyişilmir.
3.7. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin nizamnaməsinin (və ya əsasnaməsinin) təsisçiyə verilməli olan nüsxəsi tikilir, vərəqləri nömrələnir və sonuncu vərəqin arxasında vərəqlərin ümumi sayı göstərilməklə icraçı tərəfindən imzalanır və dəftərxana möhürü ilə təsdiq edilir.
3.8. Qurum dövlət qeydiyyatına alındıqdan sonra qeydiyyat orqanında saxlanılacaq sənədlərin siyahısı (mündəricat) tərtib edilir, sənədlər tikilir, vərəqləri nömrələnir. Nizamnamənin (və ya əsasnamənin) arxivdə saxlanılan nüsxəsinin hər bir səhifəsi də icraçı tərəfindən imzalanır.
Sənədlər aşağıdakı ardıcıllıqla tikilir:
· dövlət reyestrindən çıxarış;
· dövlət qeydiyyatı haqqında şəhadətnamə;
· nizamnamə (Əsasnamə);
· rəy;
· ərizə (ərizələr);
· sənədlərə baxılma müddəti artırıldıqda buna dair məktub;
· dövlət rüsumunun ödənilməsi barədə sənəd;
· fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
· özəl və ya bələdiyyə təhsil müəssisəsinin nizamnaməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəy məktubu;
· nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəy məktubu;
· kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin nizamnamə kapitalının ödənilməsi barədə sənəd;
· təsisçinin (təsisçilərin) qərarı (qərarları);
· məhkəmənin qərarı (qərarları) əsasında qeydiyyat aparılırsa həmin qərar (qərarlar) və icra vərəqi;
· təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
· qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
· təsisçi hüquqi şəxs (şəxslər) olduqda onun (onların) qeydiyyat sənədləri;
· hüquqi ünvanı təsdiq edən sənəd;
· digər sənədlər (etibarnamə və s.)
3.9. Hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında onun qeydiyyat (reyestr) nömrəsi və tarixi barədə qeyd yazılır.
3.10. Dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə (və ya əsasnamə) və dövlət reyestrindən çıxarış) qeydiyyat orqanının rəhbəri və ya həvalə edilmiş məsul şəxs tərəfindən təsisçiyə (təsisçilərə) və ya onun (onların) səlahiyyətli nümayəndələrinə təhvil verilir.
3.11. Sənədləri təhvil alan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. Sənədləri almaq üçün səlahiyyətli nümayəndə müraciət etdiyi halda, müvafiq qaydada təsdiq edilmiş etibarnaməsini təqdim etməlidir. Sənədlərin təhvil alınması barədə «Qeydiyyat sənədlərinin təhvil kitabı»nda qeyd edilir. Sənədlər səlahiyyətli nümayəndə tərəfindən təhvil alındıqda isə «Qeydiyyat sənədlərinin təhvil kitabı»nda onun buna dair səlahiyyətlərini təsdiq edən sənəd haqqında məlumat qeyd edilir. Sənədləri təhvil alan şəxs qəbul edilən sənədlərin adını və tarixi göstərməklə həmin kitabda imza edir.
3.12. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının qeydiyyat sənədləri təsisçiyə (təsisçilərə) və ya onun (onların) səlahiyyətli nümayəndəsinə onun arzusu ilə yaşadıqları yer üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən təhvil verilə bilər. Sənədlərin verilməsi rayon (şəhər) qeydiyyat şöbəsinin rəisi (və ya onu əvəz edən şəxs) ilə onları təhvil alan təsisçi (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən 2 nüsxədə imzalanan aktla təsdiq edilir. Aktın bir nüsxəsi qurumun arxiv sənədlərinə əlavə edilməsi üçün 3 gün ərzində Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərilir. Aktı aldıqdan sonra sənədin icrasına məsul olan baş idarənin əməkdaşı aktı qurumun arxiv sənədlərinə əlavə edir və “Qeydiyyat sənədlərinin təhvil kitabı”nda həmin sənədlərin müvafiq rayon (şəhər) qeydiyyat şöbəsi tərəfindən təhvil verilməsi və tərtib olunmuş aktın qurumun arxiv sənədlərinə əlavə edilməsi ilə bağlı qeyd aparır.
Aktın ikinci nüsxəsi illər üzrə ayrıca qovluqlarda toplanaraq rayon (şəhər) qeydiyyat şöbəsinin arxivində saxlanılır.
IV. Çatışmazlıqların aradan qaldırılması
4.1. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər müraciət etmiş şəxsə qaytarılmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edilir.
4.2. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Bu müddətdə çatışmazlıqlar aradanqaldırılmadığı halda, hüquqi əsaslar göstərilməklə dövlət qeydiyyatından imtina edilir.
4.3. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş ərizə və digər sənədlər dövlət qeydiyyat orqanında saxlanılır, çatışmazlıq aşkar edilmiş sənədin (sənədlərin) surəti aradan qaldırılması üçün ərizəçiyə qaytarılır.
4.4. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aradan qaldırıldıqda qeyri-kommersiya qurumu və təhsil müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınır.
V. Dövlət qeydiyyatından imtina edilməsi
5.1. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatına alınmasından, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilir:
· təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olduqda;
· ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;
· qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda;
· firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə;
· qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda;
· təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar qanunvericiliklə müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.
5.2. Dövlət qeydiyyatından imtina edildikdə bu barədə məktub tərtib edilir. Məktubun bir nüsxəsi, qeydiyyat üçün təqdim edilmiş ərizə, imtina üçün əsas olan halları özündə əks etdirən sənədlərin nüsxəsi ilə (orijinal mümkün olmadıqda kserosurəti) birlikdə tikilir və saxlanmaq üçün dəftərxanaya təhvil verilir.
5.3. Geri qaytarılan sənədlərin adı və vərəqlərin sayı göstərilməklə imtina məktubunun ikinci nüsxəsi ilə birlikdə ərizəçiyə və ya onun səlahiyyətli nümayəndəsinə imza etdirməklətəhvil verilir, yaxud poçt vasitəsilə göndərilir. Sənədlər poçt vasitəsilə sifarişli məktubla göndərilir. Göndəriş haqqında qəbz və ya poçt göndərişlərinin reyestrinin surəti qeydiyyat orqanında saxlanılan materiallara əlavə edilir.
5.4. Göndərilmiş sənədlər poçt vasitəsilə geri qaytarıldıqda sənədlər aidiyyəti qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin digər təsisçisinə (səlahiyyətli nümayəndəsinə) poçt vasitəsilə yenidən göndərilir. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin digər təsisçisi (səlahiyyətli nümayəndəsi) olmadıqda isə təsisçi (səlahiyyətli nümayəndə) sənədlərlə bağlı müraciət etməyənədək sənədlər saxlanılır.
5.5. Müraciət edən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından könüllü imtina edildikdə, bu barədə qərarın təsisçi (təsisçilər), səlahiyyətli şəxs (orqan) tərəfindən qəbul edilməsi yoxlanılır. Könüllü imtina yazılı olmalı və təsisçi (təsisçilər), səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır.
5.6. Dövlət qeydiyyatından imtina edildikdə və ya qeydiyyat üçün təqdim edilən sənədlər könüllü geri götürüldükdə bu barədə "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında müvafiq qeydlər edilir.
VI. Yenidən təşkil nəticəsində yaranan qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılmasının xüsusiyyətləri
6.1. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə formasında həyata keçirilə bilər.
6.2. Yenidən təşkil nəticəsində yaradılan yeni qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması barədə bu Qaydaların 2-ci bəndində nəzərdə tutulmuş formada tərtib edilən ərizə ilə müraciət edilir.
Ərizəyə bu Qaydaların 2.5-ci bəndi nəzərə alınmaqla habelə aşağıdakılar əlavə edilir:
- yenidən təşkil haqqında qərar;
- təhvil aktı və ya bölünmə balansı;
- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.
//çıxarılıb//
6.3. Hüquqi şəxslər birləşdikdə bu barədə dövlət reyestrində onların birləşməsi və yeni yaranmış qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi barədə qeyd aparılır.
6.4. Birləşmə nəticəsində yaranmış yeni qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi yeni qeydiyyat nömrəsi ilə qeydiyyata alınır və reyestrə daxil edilir. Birləşən hüquqi şəxslər sırasında olan qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi dövlət reyestrindən çıxarılır və birləşmə nəticəsində reyestrdən çıxarılmış qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin hüquqi varisliyi barədə müvafiq vergi və sosial müdafiə fondu orqanlarına məlumat verilir.
6.5. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda dövlət reyestr kitabının qoşulan hüquqi şəxsə dair dövlət reyestrində hüquqi varisin qeydiyyat nömrəsi, tarixi, adı, olduğu yer göstərilməklə qoşulma barədə qeydlər aparılır. Qoşulan hüquqi şəxsin reyestrdən çıxarılması və hüquqi varis haqqında məlumatlar müvafiq vergi və sosial müdafiə fondu orqanlarına göndərilir. Qoşulma nəticəsində yenidən təşkil olunmuş hüquqi şəxsə yeni qeydiyyat (reyestr) nömrəsi verilmir.
6.6. Hüquqi şəxs bölündükdə (ayrıldıqda) bölünmə (ayrılma) nəticəsində yaranmış qeyri-kommersiya qurumuna və ya təhsil müəssisəsinə yeni qeydiyyat nömrələri, tarixi, adı, hüquqi ünvanı, hüquqi varislik barədə bölünən hüquqi şəxsə dair dövlət reyestrində qeydlər aparılır. Yeni yaranmış qeyri-kommersiya qurumu və təhsil müəssisəsinə dair dövlət reyestrində bölünmüş təşkilatın qeydiyyat nömrəsinə, tarixinə, adına, hüquqi ünvanına və hüquqi varisliyə istinad edən qeydlər yazılır.
6.7. Bölünmə, birləşmə, qoşulma və ayrılma nəticəsində yeni yaranmış qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi müxtəlif inzibati ərazi vahidlərində dövlət qeydiyyatına alındıqda, onları dövlət qeydiyyatına alan orqan (orqanlar) tərəfindən bu barədə yenidən təşkil edilmiş hüquqi şəxsin arxiv sənədləri saxlandığı qeydiyyat orqanına 3 gün ərzində məlumatverilməlidir.
6.8. Müxtəlif qeydiyyat orqanlarının səlahiyyət dairəsində olan inzibati-ərazi vahidlərində yerləşən hüquqi şəxslərin birləşməsi, qoşulması zamanı birləşən, qoşulan hüquqi şəxslərin arxiv sənədləri sorğu yolu ilə alınır.
6.9. Məlumatı alan qeydiyyat orqanı dövlət reyestr kitabında müvafiq qeydlər edir.
6.10. Birləşən, qoşulan hüquqi şəxslərin qeydiyyat şəhadətnaməsi, möhürü alınaraq bu Qaydaların 12.3-cü bəndində müəyyən edilmiş tədbirlər görülür.
6.11. Qoşulan, birləşən hüquqi şəxslərin arxiv sənədləri birləşdirilərək vahid reyestr nömrəsi altında arxivdə saxlanılır.
6.12. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.
6.13. Bir təşkilati-hüquqi formada olan hüquqi şəxs başqa bir təşkilati-hüquqi formada olan qeyri-kommersiya hüquqi şəxsinə və ya təhsil müəssisəsinə çevrildikdə (təşkilati-hüquqi forması dəyişdikdə) yeni qeydiyyat nömrəsi verilmir və yalnız çevrilmə faktı qeydiyyata alınır və bu barədə müvafiq reyestr kitabında qeyd edilir.
6.14. Çevrilmə zamanı qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin yeni nizamnaməsi qeydiyyata alınır.
6.15. Nizamnamədə və dövlət reyestrindən çıxarışda hüquqi varislik qeyd olunur.
6.16. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.
6.17. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin hüquqi ünvanı qeydiyyat orqanının səlahiyyət dairəsindən kənarda olan başqa bir inzibati-ərazi vahidinə dəyişdikdə, həmin qurum bu faktın dövlət qeydiyyatına alınması üçün yeni ünvan üzrə inzibati ərazidə fəaliyyət göstərən qeydiyyat orqanına müraciət etməlidir.
6.18. Yeni qeydiyyat orqanı müraciəti aldıqdan dərhal sonra sorğu ilə əvvəlki qeydiyyat orqanından qurumun reyestr məlumatlarını və arxiv sənədlərini alaraq qurumun yeni inzibati ərazi vahidinin qeydiyyat orqanında reyestrə daxil edilməsini təmin edir.
6.19. Sorğu və sorğunun cavabı qeydiyyatın tezləşdirilməsini təmin etmək məqsədilə faks, elektron poçt və s. digər texniki vasitələrlə göndərilir.
6.20. Qurum reyestrə daxil edildikdən sonra əvvəlki qeydiyyat orqanına bu barədə yazılı məlumat göndərilir. Məlumatı alan qeydiyyat orqanı qurumun qeydiyyat (reyestr) nömrəsi, tarixi, qeydiyyat orqanı, yeni hüquqi ünvanı haqqında reyestrdə qeydlər edir və qurumu reyestrdən çıxarır.
VII. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması
7.1. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına müraciət edilməlidir. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyin qeydiyyatı üçün səlahiyyətli şəxs tərəfindən imzalanmış və qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin möhürü ilə təsdiq edilmiş ərizə (Əlavə 4) ilə müraciət edilir.
Ərizədə qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, hüquqi ünvanı, həmçinin baş vermiş dəyişiklik göstərilməsi (qurumun adının, təsisçilərinin, təşkilati-hüquqi formasının, hüquqi ünvanının, fəaliyyət predmetinin, qanuni təmsilçisinin, nizamnamə kapitalının və s. dəyişməsi) və aşağıdakı qeyd yazılmalıdır:
“Qeydiyyata alınmaq üçün təqdim edilən faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.”.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin təsdiq olunması barədə qərar;
- təsis sənədlərində edilmiş dəyişiklikləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini, habelə ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənədlər. Dəyişiklikdən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur:
1. hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd;
2. qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti;
3. təsisçilər dəyişildiyi halda - təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri;
4. fondda və kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsində nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə - müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqı-satqısı barədə və s. müqavilələr);
5. xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə bağlı sazişin müddətinin uzadılması ilə bağlı sənədlər (müraciət ərizəsi, baş təşkilatın qərarı, sazişin uzadılması ilə bağlı protokol);
- nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə) (Əlavə 5) və digərləri.
- təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd.
7.1-1. Qeyri-kommersiya hüquqi şəxslərin və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının təsis sənədlərində edilmiş dəyişikliklər, habelə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Qeyri-kommersiya hüquqi şəxslər və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.
7.1-2. Qeyri-kommersiya hüquqi şəxslərin və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının təqdim etdikləri sənədlərə baxılarkən əvvəllər müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılıb-qaldırılmaması yoxlanılmalıdır.
7.1-3. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılması tələb edilməlidir.
7.1-4. Qeyri-kommersiya qurumlarının sənədlərinə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edildikdə həmin qurumun və ya vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçirilməlidir.
7.2. Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişiklik və ya əlavələri özündə əks etdirən qeyd olunmuş vərəqdə qurumun adı, onun qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyat orqanının adı, dəyişiklik və ya əlavələrin məzmunu, habelə dəyişiklik və ya əlavələrin qeydiyyata alındığı tarix göstərilməlidir.
7.4. Dəyişiklik və ya əlavələr bir vərəqdən artıq olduqda həmin vərəqlər tikilir, vərəqlərin sayı göstərilir və sonuncu vərəqin arxasında vərəqlərin ümumi sayı göstərilməklə icraçı tərəfindən imzalanır və dəftərxana möhürü ilə təsdiq edilir.
Yeni redaksiyada qeydiyyata alınmış nizamnamə (və ya əsasnamə) də bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir.
7.5. Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliklər, yeni redaksiyada nizamnamənin qeydiyyata alınması qeydiyyat orqanının rəhbərinin imzası və gerbli möhürlə təsdiqlənir.
7.6. Yeni redaksiyada nizamnamə (və ya əsasnamə) təsdiq edildikdə onun 2-ci, 3-cü və s. redaksiya olması titul vərəqində göstərilir. (Əlavə 6)
7.7. Nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişiklik və ya əlavələrin qeydiyyata alınması barədə müvafiq dövlət reyestri kitabında qeydlər aparılır.
7.8. Qeydiyyat aparıldıqdan sonra dəyişiklik və ya əlavələri əks etdirən sənədin bir nüsxəsi ərizəçiyə (təsisçiyə) verilir (göndərilir), digər nüsxəsi isə təqdim edilmiş sənədlərlə birlikdə qurumun arxiv sənədlərinə əlavə edilir. Həmin materiallar arxiv sənədlərində müstəqil qrup təşkil edir və onlara dair mündəricat tərtib olunur. Bundan sonra sənədlər bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir.
7.9. Nizamnaməyə dəyişiklik edilməsi tələb olunmayan, lakin qanunla qeydiyyata alınmalı olan faktlar, habelə həmin faktların dəyişməsi reyestrdə qeyd edilir və dövlət reyestrindən çıxarışla təsdiq edilir. Çıxarışın bir nüsxəsi təqdim edilmiş sənədlərlə birlikdə bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir və arxiv materiallarına əlavə edilir.
7.10. Qurumun adının dəyişməsi faktı qeydiyyata alındıqda ona yeni qeydiyyat nömrəsi verilmir. Adın dəyişməsi faktı müvafiq şəhadətnamənin və dövlət reyestrindən çıxarışın verilməsi ilə təsdiq edilir.
7.11. Qeyri-kommersiya qurumuna və təhsil müəssisəsinə ad dəyişmə ilə bağlı şəhadətnamə verildikdə, ilkin qeydiyyat şəhadətnaməsi qeydiyyat orqanı tərəfindən geri alınır, üzərində diyircəkli qələmlə xətt çəkilərək arxiv sənədlərinə tikilir. Həmçinin qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin əvvəlki adını özündə əks etdirən möhür də təhvilalınır,sənədin icraçısı və idarənin rəhbəri tərəfindən imzalanmış müvafiq akt əsasında ləğv edilir (Əlavə № 8).
Möhür Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış təqdim edilməlidir.
Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin nizamnaməsinin (və ya əsasnaməsinin) təsisçiyə qaytarılmalı nüsxəsi bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir.
7.12. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin nizamnaməsi yeni redaksiyada dövlət qeydiyyatına alındığı zaman onun əvvəlki redaksiyada olan nizamnaməsi geri alınır.
7.13. Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda 5 gün müddətində qeydiyyata alınır və bu barədə reyestr kitabında qeyd edilir.
7.14. Rayon (şəhər) qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsinin hüquqi ünvanının dəyişdirilməsi faktının dövlət qeydiyyatı həmin qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin dövlət qeydiyyatını həyata keçirən rayon (şəhər) qeydiyyat şöbəsində aparılır.
7.15. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin hüquqi ünvanının dəyişdirilməsi faktı dövlət qeydiyyatına alındıqdan sonra 3 gün ərzində həmin qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin arxiv sənədləri onun yeni hüquqi ünvanı üzrə rayon (şəhər) qeydiyyat şöbəsinə göndərilir.
VIII. Qurumun məhkəmə qərarı əsasında dövlət qeydiyyatı
8.1. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və müvafiq icra vərəqi əsasında aparılarkən, dövlət reyestrində hüquqi əsas kimi məhkəmənin qərarı göstərilməlidir.
8.2. Məhkəmə qərarının və icra vərəqinin əsli və ya əsli ilə düzgünlüyü təsdiq olumuş surəti bir qayda olaraq 2.1-2.9-cu bəndlərdə göstərilən sənədlərlə birlikdə təqdim olunmalıdır.
8.3. Məhkəmənin qərarı əsasında qurumun yenidən təşkil edilməsi zamanı dövlət qeydiyyatına alınması üçün bu Qaydaların 6.2.-ci bəndində nəzərdə tutulan sənədlər təqdim edilir.
IX. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin yaratdığı nümayəndəlik və ya filialların dövlət reyestrinə daxil edilməsi
9.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxslərinin və təhsil müəssisələrinin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı nümayəndəlik və ya filiallarının olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı barəsində məlumatlar qeyri-kommersiya qurumlarının dövlət reyestrində aparılan yazıda əks etdirilməlidir.
9.2. Bu nümayəndəlik və ya filialların yarandığı andan 10 gün müddətində qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq qeydiyyat orqanına ərizə (Əlavə 7) ilə müraciət edilməlidir. Ərizədə qeyd olunan nümayəndəlik və ya filialların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı barəsində məlumatlar göstərilir və həmin məlumatları özündə əks etdirən sənədlər qeydiyyat orqanına təqdim edilir.
9.3. Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olduqda qeydiyyat orqanı tərəfindən nümayəndəlik və ya filialların qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsindən imtina edilir.
9.4. Qeydiyyat orqanı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-kommersiya hüquqi şəxslərinin yaratdığı nümayəndəlik və filialları barədə məlumatı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil etdikdən sonra bu barədə müraciət edən şəxsə yazılı məlumat verir.
9.5. Qeyd edilən nümayəndəlik və ya filiallar qeyri-kommersiya qurumlarının dövlət reyestrinə rüsumsuz daxil edilir.
X. Sənədlərin dublikatının və ya surətinin verilməsi, düzəlişlərin təsdiq edilməsi
10.1. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi itirildikdə arxiv sənədlərinə əsasən onların dublikatı verilir.
10.2. Qurumun səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- sənədlərin itirilməsi barədə mətbuatda dərc edilmiş elan;
- dövlət rüsumunun ödənilməsi barədə sənəd (yalnız dövlət qeydiyyatı haqqında şəhadətnamə üçün);
- sənədin tapılmaması barədə müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayış.
10.3. Dublikat verildikdə sənədin üzərində "Dublikat" sözünü əks etdirən ştamp vurulur.
10.4. Ərizəyə əsasən təsis sənədlərinin (nizamnamənin (və ya əsasnamənin), dövlət qeydiyyatı haqqında şəhadətnamənin və s.) surətləri də verilir. Kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) və onun (onların) nizamnamə kapitalındakı payları barədə məlumatları özündə əks etdirən sənədlərin surəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.9-cu maddəsində göstərilən subyektlər istisna olmaqla, üçüncü şəxslərə verilmir. Sənədlərin surəti verildikdə həmin sənədin üzərində iri hərflə "Surət" sözünü əks etdirən ştamp vurulur.
10.5. Qeydiyyat sənədlərinin surətinin əsli ilə düzgünlüyü və ya dublikatı qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
10.6. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin nizamnaməsində (və ya əsasnaməsində) yol verilmiş düzəlişlərin həqiqiliyi qurumun qeydiyyat orqanında saxlanılan nizamnaməsindəki (və ya əsasnaməsindəki) düzəlişlərlə eynilik təşkil etdikdə qeydiyyat orqanı tərəfindən təsdiq edilir.
10.7. Qurumun nizamnaməsi (və ya əsasnaməsi), dövlət qeydiyyatı haqqında şəhadətnaməsi yararsız hala düşdükdə, həmin sənədlər təhvil verilərək yenisi ilə əvəz edilə bilər. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin dublikatının verilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilməklə həyata keçirilir.
10.8. Yeni şəhadətnamənin verilməsi barədə dövlət reyestr kitabının "qeydlər" sütununda qeyd edilir.
XI. Başqa dövlət orqanlarında qeydiyyata alınmış qurumların dövlət reyestrinə daxil edilməsi
11.1. Əvvəllər uçota alınmış, habelə başqa dövlət orqanlarında qeydiyyata alınmış qeyri-kommersiya qurumları və təhsil müəssisələri qanunvericilikdə müəyyən edilmiş qaydada şərti nömrə altında müvafiq dövlət reyestr kitabına daxil edilirlər. Reyestr kitabının qeydlər sütununda qurumun əvvəlki qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qeydiyyat orqanı haqqında məlumatlar göstərilir.
11.2. Başqa dövlət orqanlarında qeydiyyata alınmış qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin yeni qeydiyyat şəhadətnaməsində onların ilkin qeydiyyat tarixi və yeni qeydiyyat nömrəsi göstərilir. Reyestrdən çıxarışda isə həmin qurumların ilkin qeydiyyat tarixi və qeydiyyat nömrəsi, yeni qeydiyyat nömrəsi, əvvəlki qeydiyyat orqanı və hüquqi varislik haqqında məlumatlar göstərilir.
XI-I. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəlik və filiallarının fəaliyyətinin dayandırılması.
11-1.1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəlikləri və ya filialları fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edə bilər.
11-1.2. Qurumun müraciəti əsasında fəaliyyətinin dayandırılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- qeyri-hökumət təşkilatının və xarici dövlətlərin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş ərizə;
- qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar (qərarda dayandırılma müddəti və səbəbi göstərilməlidir).
11-1.3. Fəaliyyətinin dayandırılması barədə sənədlərə baxılarkən qurum tərəfindən müvafiq vergi ilində (illərində) fəaliyyətin müvəqqəti olaraq dayandırması ilə əlaqədar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edilib-edilməməsi aydınlaşdırılmalıdır.
11-1.4. Qurum tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət olunmadığı müəyyən edildikdə müraciət edənə bununla bağlı qanunvericiliyin tələbləri yazılı qaydadabildirilməlidir.
11-1.4-1. Bu qaydaların 11-1.2-ci bəndində göstərilmiş sənədlər daxil olduqda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 gün müddətində qurumun fəaliyyətinin dayandırılması barədə məlumatı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edir.
11-1.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyindən Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırmış vergi ödəyicisi olan qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən təqdim etdikləri maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatlar daxil olduqda, həmin məlumatlar göstərilən orqanlara istinad etməklə 3 gün müddətində qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilir.
11-1.5-1. Qeyri-hökumət təşkilatı və xarici dövlətlərin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının fəaliyyəti bərpa edildikdə bu barədə məlumatın qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilməsi üçün 3 gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizədə qurumun fəaliyyətinin bərpa edildiyi tarix, fəaliyyətin bərpa edilməsi barədə qərarı qəbul etmiº orqan göstərilməlidir.
11-1.5-2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
- qurumun fəaliyyətinin bərpa edilməsi barədə qərar (vaxtından əvvəl bərpa edildiyi halda qərarda bunun səbəbi göstərilməlidir);
- qurumun fəaliyyətinin bərpa edilməsi barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun məlumatlandırılmasını təsdiq edən sənəd.
11-1.5-3. Bu Qaydaların 11-1.5-2-ci bəndində göstərilmiş sənədlər daxil olduqda Ədliyyə Nazirliyi 3 gün ərzində qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edir.
11-1.6. Qeyri-hökumət təşkilatının, xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəlik və ya filialının fəaliyyətinin dayandırılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumat qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilir. Qurumun fəaliyyətinin dayandırılması barədə məlumat dövlət reyestrinə daxil olduqdan sonra onun sənədlərində qurum və ya təsisçilər tərəfindən hər hansı dəyişikliyin edilməsinə yol verilmir.
11-1.7. Qurumun fəaliyyətinin dayandırılmasına dair məlumatda qərarı çıxarmış məhkəmə, onun çıxarıldığı tarix, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, əsası, dayandırmanın başa çatdığı tarix göstərilir.
11-1.8. Fəaliyyəti dayandırılmış qeyri-hökumət təşkilatının, xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının fəaliyyətinin vaxtından əvvəl bərpa edilməsi barədə məhkəmə qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumat qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilir.
11-1.9. Qurumun fəaliyyətinin bərpasına dair məlumatda qərarı çıxarmış məhkəmə, onun çıxarıldığı tarix, qüvvəyə mindiyi tarix, bərpa üçün müraciət etmiş subyekt, bərpanın əsasları, qurumun fəaliyyətinin bərpa edildiyi tarix göstərilir.
XII. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarılması.
12.1. Qeyri-kommersiya qurumu və təhsil müəssisəsi ləğv edildikdə qeyri-kommersiya qurumları və təhsil müəssisələri dövlət reyestrindən çıxarılır.
12.2. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin edilir, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.
12.3. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin ləğv prosesində olması barədə məlumatın qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən imzalanmış və qurumun möhürü ilə təsdiq olunmuş ərizə (Əlavə 14) ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməlidir.
12.4. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur (hər birinin adı və vərəqlərinin sayı göstərilməklə):
- ləğvetmə qərarı;
- ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-1-ci maddəsi ilə nəzərdə tutulmuş halda auditor rəyi);
- Azərbaycan Respublikasında qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi “Ədliyyə” qəzetində qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd (qəzetin nömrəsi (sayı) və tarixi göstərilməklə) və möhür;
12.5. Təqdim edilmiş sənədlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində qurumun ləğvetmə prosesində olması barədə qeyd dövlət reyestrinə daxil edilir. Bundan sonra qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir.
12.6. Ləğv prosesində olan qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir.
12.7. Ləğvetmə prosesinin ümumi müddəti qurumun ləğv edilməsi barədə məlumatın qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.
12.8. Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müşayiət məktubu ilə aşağıdakı sənədləri (hər birinin adı və vərəqlərinin sayı göstərilməklə) təqdim etməlidir:
- ləğvetmə balansı;
- qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı;
- qalıq əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd (kommersiya əsasları ilə fəaliyyət göstərən təhsil müəssisələrinə münasibətdə);
- qeyri-kommersiya qurumu ləğv edildikdə onların borclarının ödənilməsindən sonra qalan əmlakın nizamnamələrində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilməsinitəsdiq edən sənəd;
- qurumun qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində “ləğv prosesindədir” yazılmış möhür.
12.9. Qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi yenidən təşkil formasında ləğv edildikdə təsviyəçi tərəfindən imzalanmış və qurumun möhürü ilə təsdiq olunmuş ərizəyə bu Qaydaların 12.4-cü bəndinin birinci və üçüncü, 12.8-ci bəndinin beşinci yarımbəndlərində göstərilmiş sənədlər, həmçinin təhvil aktı və ya bölünmə balansı (hər birinin adı və vərəqlərinin sayı göstərilməklə) əlavə edilir:
12.10. Bu Qaydaların 12.3-cü bəndində göstərilmiş ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində saxlanılır, surəti isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. //çıxarılıb//
12.11. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edir.
12.12. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur. Çatışmazlıqlar aradanqaldırıldıqdan sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 gündən gec olmayaraq qurumun dövlət reyestrindən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə dövlət reyestrində müvafiq qeydlər aparılır. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum dövlət reyestrindən çıxarıla bilməz.
12.13. Qurumun dövlət reyestrindən çıxarılması barədə qərarda ləğvetmə barədə qərarı qəbul etmiş orqan, ləğvetmə barədə qərarın tarixi, ləğvetmə qaydası və ləğvetmə prosesinin başa çatdığı tarixgöstərilməlidir.
12.14. Ləğv edilmiş və dövlət reyestrindən çıxarılmış qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin möhürləri (qurumun möhürü və üzərində “ləğv prosesindədir” yazılmış möhür) qeydiyyat orqanında məhv edilir və bu barədə müvafiq akt (Əlavə 8) tərtib edilir. Akt qurumun arxiv sənədlərinə əlavə olunur.
12.15. Ləğv edilmiş və dövlət reyestrindən çıxarılmış qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin ləğvetmə ilə bağlı sənədlərinə dair mündəricat tərtib edilir, onun dövlət reyestrindən çıxarılması barədə müvafiq məktub və möhürlərin məhv edilməsi barədə akt əlavə edilərək bu Qaydaların 12.4-cü, 12.8-ci və 12.9-cu bəndlərində göstərilən ardıcıllıqla tikilir.
12.16. Sənədlər tikildikdən sonra arxivə təhvil verilir. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin şəhadətnaməsi və nizamnaməsində (və ya əsasnaməsində) qeydiyyat rekvizitlərini təsdiq edən imza və möhürün üstündən diyircəkli qələmlə xətt çəkilir.
12.17. Dövlət reyestrindən çıxarılmış qurumun qeydiyyat nömrəsi silinmir və digər qeyri-kommersiya qurumuna və təhsil müəssisəsinə verilmir.
12.18. Xarici hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.
12.19. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilata birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.
12.20. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin uzadılmaması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır. Sazişin qüvvədə olma müddəti uzadılmadıqda xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və ya filialı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarılır.
12.21. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin ləğvi bu barədə qeydin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi isə mövcudluğuna son qoymuş sayılır. Dövlət reyestrindən çıxarılmış qurumlar fəaliyyət göstərə bilməz.
XIII. Sənədlərin mühafizəsi
13.1. Dövlət qeydiyyatına alınmış hər bir qeyri-kommersiya qurumu və təhsil müəssisəsi və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin yaratdığı nümayəndəlik və ya filiallar barədə məlumatlar reyestrə daxil edildikdən sonra onların qeydiyyata alınması və reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlər saxlanılmaq üçün arxivə verilir.
Dövlət reyestr məlumatlarını əks etdirən və qeydiyyat üçün təqdim edilən sənədlər toplusu, o cümlədən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış arxivdə müvafiq qurumun qeydiyyat nömrəsi altında saxlanılır.
13.2. Arxiv işinə məsul şəxs dövlət qeydiyyatına alınmış qurumun arxiv sənədlərinin qeydiyyat nömrələrinin ardıcıllığı üzrə arxivdə saxlanılmasını təşkil və onların itməsi, korlanması və məhv olmasının qarşısının alınmasını təmin edir. Arxiv havası dəyişdirilən, quru, kənar şəxslərin daxil olmasına qadağa qoyulan, yanğın təhlükəsizliyi təmin edilən yerdə təşkil olunur.
13.3. Qeydiyyatda olan qurumun arxiv sənədləri müddətsiz saxlanılır. Dövlət reyestri kitablarında qeydiyyata alınmış bütün qurumlar ləğv edildiyi halda həmin kitab sonuncu ləğvetmədən sonra, ləğv edilmiş qurumların arxiv sənədləri isə qurumun dövlət reyestrindən çıxarıldığı gündən 75 il saxlanılır.
13.4. Dövlət qeydiyyatına alınmasından imtina edilmiş qurumların, həmçinin reyestrdə qeydə alınmalı faktların dəyişikliyinin qeydiyyatından imtina ilə bağlı sənədlərin 3 il müddətinə saxlanılması təmin edilir.
13.5. Saxlanılma müddəti bitmiş sənədlər məhv edilir və bu barədə akt tərtib edilir.
13.6. Qurumun arxiv sənədləri tapılmadıqda və ya itmiş olduqda, həmin sənədlərin bərpası üçün tədbirlər görülür. Bu məqsədlə təsisçilərdə olan qurumun qeydiyyata alınmış nizamnaməsinin (və ya əsasnaməsinin), şəhadətnaməsinin və s. təsis sənədlərinin notariat qaydada təsdiq edilmiş surəti alınır.
XIV. Qeyri-kommersiya qurumların və təhsil müəssisələrinin qeydiyyatı ilə bağlı tətbiq edilən kitablar
Qeydiyyat orqanlarında “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri kitabı”, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər kitabı”, “Xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin dövlət reyestr kitabı, “Arxiv sənədlərinin hərəkəti kitabı” (Əlavə 9), “Arxiv sənədlərinin uçotu kitabı” (Əlavə 10), “Reyestrdən çıxarılmış qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin uçotu kitabı” (Əlavə11) “Qeydiyyat sənədlərinin təhvil kitab”ları(Əlavə12) tətbiq edilir.
Bu kitablar xüsusi müddət təyin edilənədək saxlanılır və mühafizə edilir.
XV. Dövlət reyestr məlumatlarının dərc olunması məqsədilə verilməsi
Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumları və təhsil müəssisələri barədə dövlət reyestrinə daxil edilmiş məlumatları müəyyən olunmuş formada (Əlavə 13) hər ay kağız və ya elektron daşıyıcılar vasitəsilə dərc olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim etməlidirlər.
XVI. Hesabat və digər məlumatların verilməsi
16.1. Qeyri-kommersiya qurumları və təhsil müəssisələri dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra, habelə onların yenidən təşkil edildikdə, ləğv olunduqda və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə bu barədə ayda bir dəfə Ədliyyə Nazirliyi Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna müəyyən edilmiş formaya uyğun olaraq məlumat (kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) və onun (onların) nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) verir.
16.2. Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müəyyən edilmiş formada yarımillik və illik hesabatlar təqdim edirlər.
16.3. Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatı ilə bağlı ödənilmiş dövlət rüsumu barədə müvafiq vergi orqanına və Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müəyyən edilmiş formada yarımillik və illik hesabat verirlər.
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №1
|
||
__________________________ (qurumun adı)
NİZAMNAMƏSİ (ƏSASNAMƏSİ)
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №2 |
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər kitabı
Sıra №-si |
Qurumun adı |
Daxilolma nömrəsi və tarixi |
İcraçının adı, soyadı və imzası |
İcra vəziyyəti barədə qeydlər |
|
|
|
|
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №3 |
QEYRİ-KOMMERSİYA QURUMLARININ VƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN QEYDİYYATINI HƏYATA KEÇİRƏN ORQANLARIN KODLARININ
S İ Y A H I S I
№ |
ORQANIN ADI |
KOD |
1. |
Ədliyyə Nazirliyi |
ƏN11 |
2. |
Xəzər rayonu |
0002 |
3. |
Binəqədi rayonu |
0017 |
4. |
Qaradağ rayonu |
0021 |
5. |
Yasamal rayonu |
0032 |
6. |
Nizami rayonu |
0036 |
7. |
Nərimanov rayonu |
0040 |
8. |
Nəsimi rayonu |
0044 |
9. |
Sabunçu rayonu |
0048 |
10. |
Suraxanı rayonu |
0061 |
11. |
Səbail rayonu |
0071 |
12. |
Xətai rayonu |
0075 |
13. |
Abşeron rayonu |
0100 |
14. |
Ağcabədi rayonu |
0200 |
15. |
Ağdam rayonu |
0300 |
16. |
Ağdaş rayonu |
0400 |
17. |
Ağstafa rayonu |
0500 |
18. |
Ağsu rayonu |
0600 |
19. |
Astara rayonu |
0700 |
20. |
Balakən rayonu |
0800 |
21. |
Beyləqan rayonu |
0900 |
22. |
Bərdə rayonu |
1000 |
23. |
Biləsuvar rayonu |
1100 |
24. |
Cəbrayıl rayonu |
1200 |
25. |
Cəlilabad rayonu |
1300 |
26. |
Daşkəsən rayonu |
1400 |
27. |
Şabran rayonu |
1500 |
28. |
Əli-Bayramlı şəhəri |
1600 |
29. |
Füzuli rayonu |
1700 |
30. |
Gəncə şəhəri Kəpəz rayonu |
1800 |
31. |
Gəncə şəhəri Nizami rayonu |
1801 |
32. |
Gədəbəy rayonu |
1900 |
33. |
Goranboy rayonu |
2000 |
34. |
Göyçay rayonu |
2100 |
35. |
Hacıqabul rayonu |
2200 |
36. |
Xaçmaz rayonu |
2300 |
37. |
Xanlar rayonu |
2400 |
38. |
Xızı rayonu |
2500 |
39. |
Xocalı rayonu |
2600 |
40. |
İmişli rayonu |
2700 |
41. |
İsmayıllı rayonu |
2800 |
42. |
Kəlbəcər rayonu |
2900 |
43. |
Kürdəmir rayonu |
3000 |
44. |
Qax rayonu |
3100 |
45. |
Qazax rayonu |
3200 |
46. |
Qəbələ rayonu |
3300 |
47. |
Qobustan rayonu |
3400 |
48. |
Quba rayonu |
3500 |
49. |
Qubadlı rayonu |
3600 |
50. |
Qusar rayonu |
3700 |
51. |
Laçın rayonu |
3800 |
52. |
Lerik rayonu |
3900 |
53. |
Lənkəran rayonu |
4000 |
54. |
Masallı rayonu |
4100 |
55. |
Mingəçevir şəhəri |
4200 |
56. |
Naftalan rayonu |
4300 |
57. |
Neftçala rayonu |
4400 |
58. |
Oğuz rayonu |
4500 |
59. |
Saatlı rayonu |
4600 |
60. |
Sabirabad rayonu |
4700 |
61. |
Salyan rayonu |
4800 |
62. |
Samux rayonu |
4900 |
63. |
Siyəzən rayonu |
5000 |
64. |
Sumqayıt şəhəri |
5100 |
65. |
Şamaxı rayonu |
5200 |
66. |
Şəki rayonu |
5300 |
67. |
Şəmkir rayonu |
5400 |
68. |
Şuşa rayonu |
5500 |
69. |
Tərtər rayonu |
5600 |
70. |
Tovuz rayonu |
5700 |
71. |
Ucar rayonu |
5800 |
72. |
Yardımlı rayonu |
5900 |
73. |
Yevlax rayonu |
6000 |
74. |
Zaqatala rayonu |
6100 |
75. |
Zəngilan rayonu |
6200 |
76. |
Zərdab rayonu |
6300 |
77. |
Naxçıvan şəhəri |
6400 |
78. |
Babək rayonu |
6500 |
79. |
Culfa rayonu |
6600 |
80. |
Ordubad rayonu |
6700 |
81. |
Sədərək rayonu |
6800 |
82. |
Şahbuz rayonu |
6900 |
83. |
Şərur rayonu |
7000 |
84. |
Kəngərli rayonu |
7100 |
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №4
|
||||
|
__________________________________________________________________ |
|||
|
______________________________________________________ (dövlət qeydiyyatı orqanının adı) |
|||
|
|
|||
|
__________________________________________________________________ |
|||
|
__________________________________________________________________ |
|||
|
__________________________________________________________________ (qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi hüquqi ünvanı) |
|||
|
|
|||
|
__________________________________________________________________ |
|||
|
__________________________________________________________________ |
|||
|
__________________________________________________________________ (təsisçinin (təsisçilərin) və ya səlahiyyətli şəxsin (şəxslərin) adı, soyadı, atasının adı, yaşayış yeri, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumat) tərəfindən |
|||
Ə R İ Z Ə |
||||
|
||||
_____________________________________________________________________________________ |
||||
_____________________________________________________________________________________ (qurumun adı, təşkilati-hüquqi forması və dəyişikliyin məzmunu) |
||||
|
||||
qeydiyyatına alınmasını xahiş edirik. |
||||
|
||||
Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.
|
||||
Qoşma: |
______________________________________________________________ |
|||
|
______________________________________________________________ |
|||
|
______________________________________________________________ (saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat) |
|||
|
||||
Təsisçi (təsisçilər) və ya səlahiyyətli şəxs (şəxslər): |
_____________________ |
_____________ |
||
|
(adı, soyadı, atasının adı) |
(imza) |
||
Qeyd: ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilir. Qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir. |
||||
|
|
|
|
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №5
|
“Dövlət qeydiyyatına alınmışdır”
_________________________ (qeydiyyat orqanının adı)
Qeydiyyat № ________________
“_____” ____________ 20 … il
___________________________________ (vəzifəli şəxsin vəzifəsi, adı, soyadı)
____________________________ (imza)
M.Y.
|
“Təsdiq edilmişdir”
___________________ _____20 … (səlahiyyətli orqanın adı)
il tarixli qərarı ilə
________________________________________ (səlahiyyətli şəxsin (şəxslərin) vəzifəsi, adı, soyadı və ya təsisçi (təsisçilərin) adı, soyadı) ________________________________ (imza) |
_________.... il tarixdə ________ nömrə ilə _____________________ tərəfindən dövlət (qeydiyyat orqanın adı)
|
|
qeydiyyatına alınmış ________________ nizamnaməsinin (əsasnaməsinin) _______… (qurumun adı)
|
|
bəndinə edilmiş dəyişikliklər/əlavələr: |
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №6
|
“Dövlət qeydiyyatına alınmışdır”
_________________________ (qeydiyyat orqanının adı)
“_____” ____________ 20 -c… il
________________________ (vəzifəli şəxsin vəzifəsi, adı, soyadı)
____________________________ (imza) |
“Təsdiq edilmişdir”
____________________ ___20 –c (səlahiyyətli orqanın adı) il tarixli qərarı ilə ____________________________ (səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı və ya təsisçi (təsisçilərin) adı, soyadı)
____________________________ (imza) |
M.Y.
__________________________ (qurumun adı)
NİZAMNAMƏSİ (ƏSASNAMƏSİ)
(__–C… REDAKSİYADA)
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №7
|
||||
|
__________________________________________________________________ |
|||
|
______________________________________________________ (dövlət qeydiyyatı orqanının adı) |
|||
|
|
|||
|
__________________________________________________________________ |
|||
|
__________________________________________________________________ |
|||
|
__________________________________________________________________ (qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi və olduğu yer) |
|||
|
|
|||
|
__________________________________________________________________ |
|||
|
__________________________________________________________________ |
|||
|
__________________________________________________________________ (təsisçinin (təsisçilərin) və ya səlahiyyətli şəxsin (şəxslərin) adı, soyadı, atasının adı, yaşayış yeri, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumat) tərəfindən |
|||
Ə R İ Z Ə |
||||
|
||||
_____________________________________________________________________________________ (Azərbaycan Respublikası hüquqi şəxsi olan qeyri-kommersiya qurumunun adı) |
||||
|
||||
filialının (nümayəndəliyinin) dövlət reyestrinə daxil edilməsini xahiş edirik. |
||||
|
||||
Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.
|
||||
Qoşma: |
______________________________________________________________ |
|||
|
______________________________________________________________ |
|||
|
______________________________________________________________ (saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat) |
|||
|
||||
Təsisçi (təsisçilər) və ya səlahiyyətli şəxs (şəxslər): |
_____________________ |
_____________ |
||
|
(adı, soyadı, atasının adı) |
(imza) |
||
Qeyd: ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilir. Qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir. |
||||
|
|
|
|
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №8 |
A K T
Dövlət reyestrindən çıxarılmış qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin möhürünün məhv edilməsi barədə |
|||||||
_______ 20 -c… il |
|
________________ Rayon (Şəhər) |
|||||
|
|||||||
_________________________ ilə əlaqədar ____20 –c… il tarixdə ___nömrə ilə_________________ |
|||||||
(möhürün ləğv olunmasının səbəbi) |
|
(qeydiyyat orqanının adı) |
|||||
tərəfindən dövlət qeydiyyatına alınmış ______________ məxsus … ədəd |
|||||||
|
(qurumun adı) |
|
|||||
möhür tərəfimizdən məhv edildi. |
|||||||
|
|||||||
_______________________________ (vəzifəli şəxsin vəzifəsi, adı soyadı) |
_______________________________ (vəzifəli şəxsin vəzifəsi, adı soyadı) |
||||||
___________________ (imza) |
___________________ (imza) |
||||||
|
|
|
|
|
|
|
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №9 |
Arxiv sənədlərinin hərəkəti kitabı
Sıra №-si |
Qurumun adı, qeydiyyat nömrəsi və tarixi |
Təhvil alan şəxsin adı, soyadı, imzası, tarixi |
Qaytarıldığı tarix, qaytaran şəxsin adı, soyadı və imzası |
Məsul şəxsin adı, soyadı, imzası və tarix
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №10 |
Arxiv sənədlərinin uçotu kitabı
Sıra №-si |
Qurumun adı, qeydiyyat nömrəsi və tarixi |
Təhvil verilmə tarixi |
Məsul şəxsin adı, soyadı, imzası və tarix |
|
|
|
|
|
|
|
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №11 |
Reyestrdən çıxarılmış qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
uçotu kitabı
Sıra №-si |
Qurumun adı |
Qeydiyyat nömrəsi və tarixi |
Dövlət reyestrindən çıxarıldığı tarix |
Qovluqda saxlanılan sənədlərin və vərəqlərin sayı |
|
|
|
|
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №12
|
Qeydiyyat sənədlərinin təhvil kitabı
Sıra №-si |
Təşkilatın adı, təşkilati-hüquqi forması, ərizənin daxil olduğu tarix və daxil olma nömrəsi |
Ərizənin qısa məzmunu |
İcra vəziyyəti haqqında qeydlər |
Təhvil verilməsi barədə qeydlər |
|
|
|
|
|
|
|
|
|
|
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №13
|
|
Dövlət reyestrinə daxil edilmiş və dərc olunması üçün Ədliyyə Nazirliyinə təqdim edilən qeyri-kommersiya qurumları və təhsil müəssisələri barədə məlumatın forması |
Dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumları və təhsil müəssisələri barədə
|
Qurumun adı: __________________ |
Qeydiyyat tarixi: ________________ |
Qeydiyyat №-si: ________________ |
Hüquqi ünvanı: _________________ |
Fəaliyyət ərazisi: ________________ |
Fəaliyyət predmeti və məqsədi: __________________ |
Fondlarda təsisçilər:_______________________ |
Fondlarda nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının miqdarı:____________________ |
Fondlarda Himayəçilər şurasının üzvləri:_____________________ |
Qanuni təmsilçi:____________________________ |
Dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin təsis sənədlərində edilmiş dəyişikliklər barədə |
Qurumun adı: _________________ |
Qeydiyyat tarixi: ________________ |
Qeydiyyat №-si: ________________ |
Dəyişikliklərin məzmunu və hüquqi əsasları:_______________________ |
Dəyişikliklərin qeydiyyat tarixi:_______________________ |
Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydalarına Əlavə №14
|
|||||
|
__________________________________________________________________________________ |
||||
|
_________________________________________________________________________________ (dövlət qeydiyyatı orqanının adı) |
||||
|
|
||||
|
_________________________________________________________________________________ |
||||
|
_________________________________________________________________________________ |
||||
|
_________________________________________________________________________________ (qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi) |
||||
|
|
||||
|
________________________________________________________________________________ |
||||
|
________________________________________________________________________________ |
||||
|
________________________________________________________________________________ (ləğvetmə komissiyasının (təsviyəçi) üzvləri barədə məlumat, yaradıldığı tarix) tərəfindən |
||||
Ə R İ Z Ə |
|||||
|
|||||
_________________________________________________________________________________________________ |
|||||
_________________________________________________________________________________________________ (qurumun adı) |
|||||
|
|||||
ləğv prosesində olması ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsini xahiş edirik. |
|||||
|
|||||
Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.
|
|||||
Qoşma: |
______________________________________________________________________________________ |
||||
|
______________________________________________________________________________________ |
||||
|
______________________________________________________________________________________ (saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat, vərəqlərin sayı göstərilməklə) |
||||
|
|||||
Ləğvetmə komissiyası (təsviyəçi) |
_______________ |
_____________ |
_____________ |
||
|
|
(imza) |
(tarix) |
||
Qeyd: ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilir. Qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir. |
|||||
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 iyul 2012-ci il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı
2. 30 avqust 2012-ci il tarixli 19-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı
3. 22 aprel 2013-cü il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı
4. 29 sentyabr 2014-cü il tarixli 9-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı
5. 6 may 2015-ci il tarixli 6-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı
6. 12 fevral 2016-cı il tarixli 7-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı
© 2009-2022 De Jure.