Qaçayev Ramil

Ramil Qaçayev hüquqşünas və tədqiqatçıdır. Birləşmiş Krallıqda hüquq üzrə doktorluq dərəcəsinə (PhD) malikdir (Swansea University) və University of Edinburgh ilə bağlı akademik fəaliyyəti çərçivəsində qonaq tədqiqatçı proqramında iştirak edib. Samara Dövlət İqtisad Universitetinin Hüquq fakültəsini 2003-cü ildə fərqlənmə ilə bitirib. 2020-ci ildə London International Business School-un “International Business Law” proqramını fərqlənmə ilə tamamlayıb.
Təxminən 20 ilə yaxın akademik və peşəkar hüquq təcrübəsinə malikdir. University of Edinburgh-da Beynəlxalq Əqli Mülkiyyət Hüququ fənnini tədris edib. Müxtəlif dövrlərdə dövlət sektoru ilə yanaşı, kommersiya və qeyri-kommersiya təşkilatlarında hüquqşünas və hüquq üzrə struktur bölmənin rəhbəri kimi fəaliyyət göstərib. Peşə və idarəetmə bacarıqlarını Strasburq (Fransa) və Kardiff (Böyük Britaniya) şəhərlərində təkmilləşdirib.
Elmi fəaliyyəti ilkin mərhələdə kompüter cinayətləri, nou-hau və kommersiya sirri, bank sirri, hüquq fəlsəfəsi mövzularını əhatə edib. Hazırda əsas tədqiqat və nəşr istiqamətləri beynəlxalq intellektual mülkiyyət hüququ, beynəlxalq investisiya hüququ və süni intellektin hüquqi tənzimlənməsi və idarəçiliyi kəsişməsinə yönəlib. Elmi işləri rəyli (peer-review) jurnallarda dərc olunur.
dejure.az veb resursunun, həmçinin AI hüququ və məsuliyyətli AI idarəçiliyi mövzusuna həsr olunmuş aijurium.com platformasının təsisçisidir. Netty Milli İnternet Mükafatının Təşkilat Komitəsinin üzvüdür. “De Jure” hüquq firmasının həmtəsisçisi və idarəedici partnyorudur. Ailəlidir, iki övladı var.

E-poçt: dejure@dejure.az

Social şəbəkələrdə:

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.